Azərbaycan Respublikası Mərkəzi Bankı
        Naxçıvan Muxtar Respublikası İdarəsi

  • Ünvanı: Naxçıvan şəhəri C.Məmmədquluzadə-32
  • Saytın ünvanı: www.cbar.nakhchivan.az
  • Email ünvani: mb@nakhchivan.az
  • Telefon(faks): 550-59-11 550-59-12 550-59-13


 



Mərkəzi Bankın Naxçıvan MR İdarəsi Nağdsız ödənişlər pul dövriyyəsinin ən etibarlı hesablaşma şəklidir.


Nağdsız ödəniş pul və pul vəsaitlərinin nağd olmadan banklar və səlahiyyəti olan digər maliyyə mənbələrivasitəsilə həyata keçirilən pul dövriyyəsinin forması olub, ən etibarlı hesablaşma şəklidir. Təbii ki, bunun üçün etibarlı əməliyyat sistemi, geniş texniki imkanlar və subyektlər arasında inam olmalıdır. İlk iki məsələni yalnız maddi imkanlar hesabına, özü də qısa müddətdə reallaşdırmaq mümkündürsə, üçüncü məsələ maarifləndirmə və təbliğat tələb edir. Nağdsız ödəniş sistemlərinin dünyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyatlarındakı çəkisinə diqqət edərkən bu sistemin iqtisadi inkişaf üçün nə dərəcədə əhəmiyyət kəsb etdiyini görmüş olarıq. Bunu statistic rəqəmlər də göstərir.

Nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında maliyyə- iqtisadi siyasətin reallaşdırılması məqsədini daşıyır. Bu sahədə beynəlxalq təcrübədən, inkişaf etmiş ölkələrdə tətbiq olunan stimullaşdırıcı tədbirlərdən yararlanmaqla, habelə əhalinin maarifləndirilməsi və məlumatlandırılması yolu ilə nağdsız ödəniş sisteminin genişləndirilməsinə nail olmaq mümkündür. Dünya təcrübəsində təyin olunmuş limitdən artıq nağd hesablaşmalar həyata keçirən hüquqi şəxslərə cərimələr tətbiq olunur. Fransada bir əqd üzrə nağd aparılmış əməliyyat həcmi 1300 ABŞ dolları həcmini aşdıqda, artıq məbləğin 5 faizi həcmində cərimə tətbiq edilir. Müvafiq olaraq, bu göstəricilər Rusiyada 3400 ABŞ dollarını aşdıqda 50 faiz, Bolqarıstanda 3300 ABŞ dollarını aşdıqda fiziki şəxslərə 25 faiz, hüquqi şəxslərə 50 faiz həcmində müəyyən olunur. Muxtar respublikada nağdsız aparılan əməliyyatlara görə müxtəlif güzəştlər tətbiq edilir, bonuslar və mükafatlar verilir. “Naxçıvanbank”Açıq Səhmdar Cəmiyyəti tərəfindən Naxçıvan şəhərində fəaliyyət göstərən bir sıra böyük xidmət və ticarət müəssisələrində aparılan nağdsız əməliyyatlara görə 5 faiz həcmində güzəştlər edilir.

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi tərəfindən də həvəsləndirici tədbirlər həyata keçirilir. Cari ilin iyul ayında daha çox nağdsız əməliyyat aparmaqda fərqlənmiş 76 nəfər qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. Belə tədbirlər davam etdiriləcəkdir. Nağdsız ödəniş sistemi maliyyə vəsaitləri- nin dövriyyəsinin sürətlənməsi, nağd pul kütləsinin ixtisarı, ödəniş məbləğinin dəqiq aparılması kimi iqtisadi, vaxt itkisinin aradan qaldırılması kimi sosial əhəmiyyətli üstünlüklərə malikdir. Çünki, əsasən, bankların və digər maliyyə təşkilatlarının yaratdığı sistem vasitəsilə həyata keçirilən nağdsız ödəniş əməliyyatlarında bütün hüquqi və fiziki şəxslər sərbəst şəkildə iştirak etmək imkanlarına malik olurlar. Eyni zamanda bu sistem maliyyə intizamına nəzarət etməyə, maliyyə əməliyyatlarında şəffaflığın qorunmasına, vətəndaşların rahatlığının təmin olunmasına, müştərilərin və bank əməliyyatlarının təhlükəsizliyinə şərait yaradır. Nağdsız hesablaşmalar nağd ödənişlə müqayisədə bir çox üstünlüklərə malikdir.

Mərkəzi Bankın Naxçıvan MR İdarəsinin Statistika şöbəsinin əmakdaşının Naxçıvan TV-də müxtəlif çıxışlarından nümunələr




Bankların Valyuta Kursları

Bankların Valyuta Kursları

Mərkəzi Bankın
Maliyyə məlumatları

AMB kursları
30.11.2020
1 ABŞ dolları 1.7000
1 Avro 2.0156
1 Rusiya rublu 0.0240
1 Avstriya dolları 1.3726
1 Funt sterlinq 2.4094
1 Türk lirəsi 0.2585
100 İran rialı 0.0047
1 Kanada dolları 1.3800
1 Küveyt dinarı 5.6725
1 Sinqapur dolları 1.2977
1 Ukrayna qrivnası 0.0607
100 Yapon yeni 1.5619
1 Gürcü larisi 0.6800
1 Zelandiya dolları 1.0131
1 Qazaxıstan tengesi 0.0038
1 Qırxizstan somu 0.0207
1 Polşa zlotısı 0.4109
1 Tayvan dolları 0.0561

 
Faiz dəhlizinin parametrləri
30.11.2020
Dəhlizinin aşağı həddi6.25 %
Dəhlizinin yuxarı həddi7.25%
Uçot faiz dərəcəsi6.75 %

 
Bank sektoru
01.08.2020
Kredit qoyuluşları (min.AZN)195202.80
Əhalinin əmanətləri (min.AZN)9164.70

 
Bank metalları
30.11.2020
1 t.u.Qızıl2684.1640
1 t.u. Gümüş26.6648
1 t.u Platin1350.6670
1 t.u Palladium3223.4975

 
Mərkəzi Bank
Pull bazarı
30.11.2020
Dövriyyədə olan notların həcmi
(mln.AZN)
370.00
Notlar üzrə son
faiz dərəcəsi
(faiz)
3.85%

 
Mərkəzi Bank Monetar göstəricilər
30.11.2020
Rəsmi Valyuta ehtiyatları həcmi(mln.USD)6400.90
MB Pul Bazarı
(mln.AZN)
12112.30

Webmail


Webmail

2020 © Naxçıvan Muxtar Respublikası İdarəsi. Bütün hüquqlar qorunur.