Azərbaycan Respublikası Mərkəzi Bankı
        Naxçıvan Muxtar Respublikası İdarəsi

  • Ünvanı: Naxçıvan şəhəri C.Məmmədquluzadə-32
  • Saytın ünvanı: www.cbar.nakhchivan.az
  • Email ünvani: mb@nakhchivan.az
  • Telefon(faks): 550-59-11 550-59-12 550-59-13


 

Azərbaycan Respublikası Mərkəzi Bankının
Naxçıvan Muxtar Respublikası İdarəsi
Ə  S  A  S  N  A  M  Ə

1.1 Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi (bundan sonra – İdarə) Naxçıvan Muxtar Respublikası ərazisində Mərkəzi Bankın bu Əsasnamə ilə ona verilən səlahiyyətlərini həyata keçirir.
1.2 İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Banklar haqqında” Azərbaycan Respublikası qanunlarını, Mərkəzi Bankın normative xarakterli aktlarını, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarını, Mərkəzi Bankın İdarə Heyətinin qərarlaını, Mərkəzi Bank üzrə əmrləri, sərəncamları və bu Əsasnaməni rəhbər tutur.
1.3 İdarə müstəqil balansa və üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri olan və adı həkk olunmuş möhürə, blank və ştampa malikdir.
1.4 İdarə Mərkəzi Bankın tərkib hissəsidir. İdarə öz fəaliyyətində  Mərkəzi Bankın digər struktur bölmələri ilə əlaqəli fəaliyyət göstərir.
1.5 İdarənin fəaliyyəti Mərkəzi Bankın öz təşəbbüsü, eləcə də Azərbaycan Respublikası Prezdentinin təyin etdiyi auditorlar tərəfindən yoxlanıla bilər.
1.6 İdarə Naxçıvan şəhərində yerləşir.

2. İdarənin hüquq və vəzifələri

İdarə aşağıdakı hüquq və vəzifələri həyata keçirir.
2.1  İdarə Muxtar Respublika ərazisində nağd pul tədavülünü və emissiya-kassa işini təşkil edir, kredit təşkilatlarını nağd pulla təminatını, qiymətlilərin lazımi yerlərə vaxtında və təhlükəsiz çatdırılması işini təmin edir.
2.2 Muxtar Respublikanın mərkəzi xəzinədarlıq orqanının bank hesabına xidmət göstərir.
2.3 Mərkəzi Bankın mü vafiq normativ aktlarının tələblərinə uyğun olaraq bankların valyuta mübadilə şöbələrinin fəaliyyəti, habelə “Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin valyuta ə məliyyatlarının rejimi haqqında Qaydalar”a əsasən bankların vəsatəti ilə rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən valyuta əməliyyatlarının aparılması üçün fərdi icazələr verir.
2.4 Milli Bankın tapşırığı ilə Muxtar Respublika ərazisində fəaliyyət göstərən kredit təşkilatlarında yoxlamalar aparır və nəticələrini Mərkəzi Banka təqdim edir.
2.5 Muxtar Respublika ərazisində fəaliyyət göstərən kredit təşkilatlarının aylıq, rüblük, illik maliyyə hesabatlarını, habelə bank ststistikası məlumatlarını alır və təhlil edərək Mərkəzi Banka təqdim edir.
2.6 Mərkəzi Bankın tapşırığı ilə Muxtar Respublika ərazisində fəaliyyət göstərən kredit təşkilatlarının inzibatçılarının attestasiyasını keçirir və nəticələrini Mərkəzi Banka təqdim edir.
2.7 Mərkəzi Bankın tapşırığı ilə Muxtar Respublika ərazisində fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının vəzifəli şəxslərinin peşə yararlığını müəyyən etmək məqsədilə onlarla söhbətlər aparır və nəticəsini Mərkəzi Banka bildirir.
2.8 Mərkəzi Bankın müəyyən etdiyi qaydada idarənin işini əks etdirən hesabatlar və statistik məlumatlar tərtib edib Mərkəzi Banka və aidiyyatına təqdim edir.

3. İdarənin əmlakı və fondları

3.1 İdarə öz hüquq və vəzifələrininin həyata keçirilməsi üçün əsas və dövriyyə vəsaitlərinə və fondlara malikdir.
3.2 İdarə onun balansında olan əmlak barəsində qanunvericiliyə müvafiq sürətdə fəaliyyətinin məqsədlərinə və əmlakın təyinatına uyğun olaraq sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir.
3.3 İdarə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə müvafiq olaraq Mərkəzi Bank üçün nəzərdə tutulmuş vergi güzəştlərinə malikdir, dövlət rüsumlarının və yığımlarının bütün növlərinin ödənilməsindən azaddır.

4. İdarəetmənin təşkili

4.1 İdarənin fəaliyyətinə sədr rəhbərlik edir. İdarənin sədr və sədr müavini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri  tərəfindən Mərkəzi Bankın İdarə Heyətinin razılığı ilə vəzifəyə təyin edilir və eyni qaydada vəzifədən azad edilir.
4.2 İdarənin baş mühasibi və xəzinə müdiri  İdarənin sədrinin təqdimatı ilə Mərkəzi Bankın İdarə Heyəti tərəfindən vəzifəyə təyin edilir və eyni qaydada vəzifədən azad edilir.
4.3 İdarənin sədri və sədr müavini əmək vəzifələrinin kobud şəkildə pozulmasına yol verdiyi hallarda  Mərkəzi Bankın İdarə Heyəti onların işdən azad olunması barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə təqdimat verə bilər.
4.4 Mərkəzi Bank idarənin sədri, sədr müavini, baş mühasibi və xəzinə müdiri ilə tam maddi məsuliyyət haqqında müqavilə bağlayır.

4.5  İdarənin sədri
4.5.1 İdarənin işini təşkil edir, İdarənin üzərinə düşən hüquq və vəzifələrin  yerinə yetirilməsinə, əmlakının qorunmasına görə şəxsi məsuliyyət daşıyır.
4.5.2 Ehtiyat fondunda və dövriyyə kassasında olan nağd pulun qorunub saxlanmasına şəxsən məsuliyyət daşıyır.
4.5.3 Dövriyyə kassasında nağd pulun xərclənməsinə sərəncam verir.
4.5.4 Mərkəzi Bank tərəfindən təsdiq edilmiş büdcə üzrə xərclərin aparılmasını təmin edir.
4.5.5 Mərkəzi Bankla razılaşdırmaqla İdarənin daxili strukturunu və büdcə çərçivəsində ştat cədvəlini təsdiq edir.
4.5.6 İdarənin struktur bölmələrinin Əsasnamələrini təsdiq edir.
4.5.7 İdarədə tətbiq olunan buraxılış rejiminin etibarlı fəaliyyətini təşkil edir, rejim üzrə daxil olmuş məlumatların təhlilini aparır, mövcud qüsur və nöqsanların aradan qaldırılması üçün zəruri olan tədbirlər həyata keçirir.
4.5.8 Rejim və mühafizə məsələləri üzrə  Naxçıvan Muxtar Respublikasının hüquq mühafizə orqanları ilə əlaqələr yaradır, İdarənin mühafizəsinin təmin edilməsi üçün müvafiq tədbirlər görür.
4.5.9 Bu Əsasnamənin tələblərinə müvafiq sürətdə İdarənin işçilərini işə qəbul edir, işdən azad edir, Mərkəzi Bankın müvafiq qaydalarına əsasən işçilərin mükafatlandırılması və intizam tənbeh tələblərini tətbiq edir.
4.5.10 İdarənin maddi məsul şəxsləri ilə tam maddi məsuliyyət haqqında müqavilələr bağlayır.
4.5.11 İdarəyə işçilər tərəfindən vurulan maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirləri görür.
4.5.12 Səlahiyyəti daxilində İdarənin işçiləri üçün məcburi əmr və sərəncamlar verir.
4.5.13 İşçilərə normal iş şəraiti yaradır, əməyin mühafizəsini təmin edir və intizam qaydalarına riayət olunmasına ciddi nəzarət edir.
4.5.14 İdarənin Mülki Müdafiə planını hazırlayır və Muxtar Respublika MM orqanları ilə razılaşdırır. Fövqəladə şəraitdə İdarənin fəaliyyətinin sabitliyini təmin etmək məqsədi ilə tədbirlər planını işləyib gazırlayır.
4.5.15 İşçiləri fərdi mühafizə vasitələri ilə təmin edir, rəhbər işçilərin Mülki Müdafiə kurslarında hazırlıq keçmələrini təşkil edir.
4.5.16 Hərbi mükəlləfiyyətlilərin qeydiyyatı və təxsislənmələrini həyata keçirir.
4.5.17 İdarənin fəaliyyətində bank və xidməti sirrin qanunvericiliyə uyğun olaraq qorunmasını təmin edir.
4.5.18 İdarənin fəaliyyətinə aid məsələlər üzrə müqavilələr bağlayır, etibarnamələr verir, üçüncü şəxslərlə  münasibətdə İdarəni təmsil edir.
4.5.19 İdarənin fəaliyyətinə aid olan digər məsələləri həll edir.

4.6 İdarə sədrinin müavini
4.6.1 İdarə sədrinin səlahiyyətlərinin icra olunmasına yaxından köməklik edir.
4.6.2 İdarənin işçiləri arasında işlərin əlaqələndirilməsini təşkil edir.
4.6.3 İdarənin sədri işdə olmadıqda (məzuniyyətdə, ezamiyyətdə və.s hallarda) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə və Mərkəzi Banka məlumat verməklə onun vəzifələrini icra edir və İdarə sədrinin səlahiyyətinə aid hüquq və vəzifələrin lazımi qaydada həyata keçirilməsinə şəxsi məsuliyyət daşıyıer.
4.7 İdarə sədrinin müavini işdə olmadıqda (məzuniyyətdə, ezamiyyətdə və.s hallarda) İdarə sədrinin səlahiyyətləri Naxçıvan Muxtar Respublikası Ali Məclisi ilə razılaşdırılmaqla Mərkəzi Bankın təyin etdiyi etdiyi digər şəxslərə həvalə edilir.

4.8 Baş mühasib
4.8.1 İdarənin maliyyə işlərinə rəhbərliyi həyata keçirir, İdarənin mühasibat uçotunu müvafiq qanunvericiliyə uyğun aparılmasına məsuliyyət daşıyır.
4.8.2 İdarənin fəaliyyətinə dair maliyyə hesabatlarının vaxtında və düzgün tərtib olunmasını həyata keçirir.
4.8.3 İdarənin sədri ilə birlikdə əmtəələrin, materialların və başqa sərvətlərin, pul vəsaitlərinin qəbulu və verilməsi üçün əsas olan sənədlərə, habelə hesablaşma, kredit və maliyyə öhdəliklərini imza edir.
4.8.4 İdarə tərəfindən Mərkəzi Bankın departamentlərinə mühasibat uçotuna lazımi informasiya təlabatını dəqiq, tam və vaxtında ödənilməsini təmin edir.
4.8.5 İdarənin dövriyyə kassasında və ehtiyat fondunda saxlanılan qiymətlilərin salamatlığı üçün şəxsən məsuliyyət daşıyır.
4.8.6 Qanunvericiliyə uyğun sürətdə baş mühasibin üzərinə düşən digər səlahiyyətləri həyata keçirir.

4.9 Xəzinə müdiri
4.9.1 Mühafizə qaydalarına ciddi riayət etməklə pul vəsaitlərinin və digər qiymətlilərin İdarənin dövriyyə kassasına və ehtiyat fonduna qəbul edilməsi və oradan verilməsi, onların saxlanması və uçotu üzrə digər maddi-məsul şəxslərlə birlikdə müvafiq əməliyyat prosedurlarını həyata keçirir və həmin əməliyyatların düzgünlüyü üçün şəxsi məsuliyyət daşıyır.
4.9.2 Xəzinədə mühafizə rejiminə əməl olunmasına ciddi nəzarəti təmin edir və lazım gəldikdə bu rejimin gücləndirilməsi üçün İdarə sədri qarşısında məsələ qaldırır.
4.9.3 İdarənin kassa kitabının müvafiq qaydalara uyğun düzgün aparılmasını, kassa və uçot məlumatları ilə kassa qalığının üzləşdirilməsini təmin edir, kassa hesabatlarının düzgün tərtibini təşkil edir.
4.9.4 İdarənin dövriyyə kassasında və ehtiyyat fondunda saxlanılan qiymətlilərin salamatlığı üçün şəxsi məsuliyyət daşıyır.
4.9.5 Qanunvericiliyə uyğun xəzinə müdiri üzərinə düşən digər səlahiyyətləri həyata keçirir.
4.10 İdarənin vəzifəli maddi məsul şəxsləri xəzinənin açarlarının və möhürlərin müvafiq qaydalara uyğun saxlanmasını təmin etməlidir. Maddi məsul şəxslərə məxsus açarların və möhürlərin başqa şəxslərə və ya bir maddi məsul şəxsdən digərinə verilməsi qəti qadağandır.
4.11 İdarədə emissiya-kassa əməliyyatlarının aparılması zamanı mövcud qanunvericiliyin, o cümlədən Mərkəzi Bankın müvafiq normativ sənədlərinin tələblərinə ciddi riayət olunmasına İdarənin rəhbər vəzifəli şəxsləri (İdarənin sədri, onun müavini, baş mühasib və xəzinə müdiri) şəxsi məsuliyyət daşıyırlar.    

                          



Bankların Valyuta Kursları

Bankların Valyuta Kursları

Mərkəzi Bankın
Maliyyə məlumatları

AMB kursları
30.11.2020
1 ABŞ dolları 1.7000
1 Avro 2.0156
1 Rusiya rublu 0.0240
1 Avstriya dolları 1.3726
1 Funt sterlinq 2.4094
1 Türk lirəsi 0.2585
100 İran rialı 0.0047
1 Kanada dolları 1.3800
1 Küveyt dinarı 5.6725
1 Sinqapur dolları 1.2977
1 Ukrayna qrivnası 0.0607
100 Yapon yeni 1.5619
1 Gürcü larisi 0.6800
1 Zelandiya dolları 1.0131
1 Qazaxıstan tengesi 0.0038
1 Qırxizstan somu 0.0207
1 Polşa zlotısı 0.4109
1 Tayvan dolları 0.0561

 
Faiz dəhlizinin parametrləri
30.11.2020
Dəhlizinin aşağı həddi6.25 %
Dəhlizinin yuxarı həddi7.25%
Uçot faiz dərəcəsi6.75 %

 
Bank sektoru
01.08.2020
Kredit qoyuluşları (min.AZN)195202.80
Əhalinin əmanətləri (min.AZN)9164.70

 
Bank metalları
30.11.2020
1 t.u.Qızıl2684.1640
1 t.u. Gümüş26.6648
1 t.u Platin1350.6670
1 t.u Palladium3223.4975

 
Mərkəzi Bank
Pull bazarı
30.11.2020
Dövriyyədə olan notların həcmi
(mln.AZN)
370.00
Notlar üzrə son
faiz dərəcəsi
(faiz)
3.85%

 
Mərkəzi Bank Monetar göstəricilər
30.11.2020
Rəsmi Valyuta ehtiyatları həcmi(mln.USD)6400.90
MB Pul Bazarı
(mln.AZN)
12112.30

Webmail


Webmail

2020 © Naxçıvan Muxtar Respublikası İdarəsi. Bütün hüquqlar qorunur.