Azərbaycan Respublikası Mərkəzi Bankı
        Naxçıvan Muxtar Respublikası İdarəsi

  • Ünvanı: Naxçıvan şəhəri C.Məmmədquluzadə-32
  • Saytın ünvanı: www.cbar.nakhchivan.az
  • Email ünvani: mb@nakhchivan.az
  • Telefon(faks): 550-59-11 550-59-12 550-59-13


 

Mərkəzi Bankın Naxçıvan MR İdarəsinin Nağd Pulla İş şöbəsinin məlumatları


Mərkəzi Bankın Naxçıvan MR İdarəsinin Nağd Pulla İş şöbəsinin Xəzinə fəaliyyəti

Merkezi Bank

Kassa əməliyatlarının aparılması

Mərkəzi Bankın xəzinə infrastrukturunda nağd pullarla əməliyatlar aparmaq üçün dövriyyə kassaları yaradılır. Dövriyyə kassası -əməliyyat günü ərzində nağd pul və qiymətllilərin qəbulu verilməsi üzrə müştərilərə xidmət göstərən kassadır. Dövriyyə kassaları aşağıdakı kassalara bölünürlər:

-- Mədaxil kassası:

-- Məxaric kassası:

Mədaxil kassası- əməliyyat günü ərzində müştərilərdən nağd pul və qiymətllilərin qəbulunu həyata keşirən kassadır.Məxaric kassası- əməliyyat günü ərzində müştərilərə nağd pul və qiymətllilərin verilməsini həyata keşirən kassadır.

Mərkəzi Bankın xəzinə infrastrukturunun madaxil kassalarına müştərilər tərəfindən təhvil verilən nağd pulun qəbulu Mərkəzi Bankın və müştəri arasında bağlanmış bank hesabı müqaviləsinə əsasən aparılr.Müştərilər tərəfindən təhvil verilmiş nağd pulların yenidən sayılması və ya çeşidlənməsi nətəcəsində kənarlaşma (artıq və ya əskik gəlmə , tədavülə yararlı olmayan, saxta pullar və s) aşkar edilərsə , yaranmış fərq məbləği tərtib edilən aktlarla əsasən mübahizəsiz olaraq müştərinin hesabından silinir və ya əksinə onun hesabına mədaxil edilir.Bu şərt müştəri ilə bağlanan müqavilədə ayrıca maddə ilə göstərilir.

Mərkəzi Bankın xəzinə infrastrukturunun mədaxil kassalarına təhvil verilən nağd pullar aşağıdakı mədaxil sənədlərinə əsasən qəbul edilir:

--nağd pulu mədaxili üçün elan (elan , qəbz ,order )

--kassa mədaxil orderi

Mərkəzi Bankın xəzinə infrastrukturundan nağd pulların verilməsi məxaric kassaları vasitəsilə həyata kecirilir.Nağd pulların verilməsi məxaric sənədlərinə əsasən aparılır:

-- nağd pul almaq üçün çek

-- kassa məxaric orderi

-- elektron ödəniş tapşıriğı

Mərkəzi Bankın xəzinə infrastrukturunun kassirləri mədaxil kassasına qəbul etdikləri nağd pulları nominallara görə çeşidləyirlər.Kağız pullar yararlı və yararsizlığına , metal pullar isə yararlı və qüsurluluğuna (zədələnmələrinə) görə çeşidlənir və hər biri ayrılıqda formalaşdırılıb bağlanır.

Xəzinə işinin təşkilinə , xəzinənin qorunmasının təmin edilməsinə və kassa əməliyyatla-rının aparılması qaydalarına ciddi əməl edilməsinə görə vəzifələrin bölüşdürülməsindən aslı olmayaraq , xəzinə infraksturunun rəhbərləri şəxsən məsuliyyət daşıyırlar.

Mərkəzi Bankın xəzinə infrastrukturunun baş mühasibi (ərazi idarələrində) xəzinə müdiri , yenidənsayma bölməsinin müdiri ( Çeşidlənmə şöbəsinin müdiri) aidiyyət üzrə aşağıdakıları təmin etməli, xəzinə infrakstirunun rəhbəri isə bütün bunlara ümumi rəhbərliyi həyata keçirməlidir:

--hüquqi və fiziki şəxslərə vaxtında kassa xidmətinin göstərilməsini;

-- Mərkəzi Bankın xəzinə infrastrukturunun xəzinəsində olan bütün nagd pul və qiymətlilərin tam qorunmasını;

--nağd pul və qiymətlilərlə əməliyyatları yerinə yetirən kassa və çeşidləmə istənilən aidiyyəti baza , onları müvafiq iş sahələri ilə təmin etməsini və peşəkar hazırlıqları ilə əlaqədar tədbirlərin həyata keçirilməsini;

--nağd pul və qiymətlilərin düzğ sayılmasını , artıq məsrəflərə və oğurluq hallarına yol verilməməsini , əgər belə hallar baş verərsə Azərbaycan Respublikasının qüvvədə olan qanunve-riciliyinə uyğun olaraq günahkar səxslərdən zərərin bərpa olunması üçün tədbirlər görulməsini , bu şəxslərin məsuliyyətə cəlb olunması üçün Mərkəzi Bankın qarşısında məsələ qaldırılması-nı ;

-- aparılmış yoxlamanın nəticələrinə görə aşkar olunan kənarlaşmaları yoxlama müddətində aradan qaldırılmasını.

Xəzinə anbarlarında olan nağd pul və digər qiymətlilərin saxlanmasına və onlarla əməliyatların düzgun aparılmasına görə xəzinə müdiri qanunvericiliyə uyğun olaraq tam maddi məsuliyyət daşıyır.

Mərkəzi Bankın xəzinə infrastrukturunun təşkili və kassa əməliyyatlarının aparılması Mərkəzi Bankın İdarə Heyətinin Sədri E.S.Rüstəmov tərəfindən 29 noyabr 2006-cı il tarixli Protokol 36 D/reyestr 161 saylı Azərbaycan Respublikasının Mərkəzi Bankında Xəzinə işinin təşkili və kassa əməliy-yat larının aparılmasının prosedur qaydaları əsasən həyata keçirilir.

Mərkəzi Bankın Naxçıvan MR İdarəsinin Nağd Pulla İş şöbəsinin Inkassasiya fəaliyyəti

Merkezi Bank

Qiymətlilərin inkassasiyasının təşkili

Əməliyyat günü - kredit təşkilatlarının daxili qaydaları ilə müəyyən edilmiş iş günü ərzində müştərilərə xidmət göstərilən müddətdir. Bankomat - kassirin iştirakı olmadan nağd pulun verilməsi və qəbul edilməsi üçün istifadə olunan avtomat qurğudur. Qiymətlilər - nağd pul, qiymətli kağızlar, qiymətli metallar və daş - qaşlar, zinət əşyaları.İnkassasiya - nağd pul və digər qiymətlilərin olduğu yerdən təyinat yerinə daşınması.İnkassator - nağd pulun və digər qiymətlilərin inkassasiyasını həyata keçirən şəxs Qiymətlilərin inkassasiyasını həyata keçirmək üçün Mərkəzi Bank Naxçıvan MR İdarəsi tərəfindən inkassasiya xidməti yaradılır.İnkassasiya xidməti olmayan kredit təşkilatı qiymətlilərin inkassasiyasını həyata keçirmək üçün iş texniki tələblərə cavab verən inkassasiya xidməti olan digər kredit təşkilatı ilə müqavilə bağlamaqla onların inkassasiya xidmətindən istifadə edə bilərlər. Qiymətlilərin inkassasiyası kredit təşkilatının daxili prosedur qaydaları və müştərilərlə bağlanmış müqavilələr əsasında təşkil edilir.

Kredit təşkilatının daxili prosedur qaydalarında ən azı aşağıdakılar müəyyən edilməlidir:

- İnkassatorlar briqadasının təşkili;

- Inkassasiya zamanı qiymətlilərin qəbulu və təhvili qaydaları;

- Qiymətlilərin formalaşdırılması;

- Qiymətlilərin təhlükəsizliyinin təminatı;

- Qiymətlilərin inkassasiyasında məsuliyyət.

Müştərilərlə bağlanan müqavilənin şərtlərində ən azı aşağıdakı məsələlər nəzərdə tutulmalıdır :

- Qiymətlilərin inkassasiya qrafiki;

- Inkassasiya zamanı qiymətlilərin qəbulu və təhvili qaydaları;

- Xidmət haqqı;

- Tərəflərin məsuliyyəti.

Qiymətlilərin inkassasiyası kredit təşkilatının inkassasiya xidmətində yaradılan inkassator briqadası (iki inkassatordan az olmamaqla) tərəfindən həyata keçirilir. İnkasator briqadasının tərkibindən bir nəfər rəhbər təyin olunur.İnkassatorlar və sürücü inkassatorlar fiziki cəhətdən sağlam olmalı, silahlardan istifadə etmək bacarığına malik olmalıdırlar. İnkassatorların və sürücü inkassatorların qanunvericiliyə müvafiq olaraq sağlamlıq haqqında müvafiq tibbi arayışı olmalı və ən azı 3 ildən bir tibbi müayinədən keçməlidirlər.

Qiymətlilərin inkassasiyası zamanı inkassatorların müəyyən olunmuş marşrutdan və qrafikdən kənarlaşması, nəzərdə tutulmayan məntəqələrdə dayanması, habelə avtomaşında kənar şəxslərin və yüklərin daşınması qadağandır.

Qiymətlilərin inkassasiyası zamanı nəqliyyat vasitəsi sıradan çıxarsa və ya inkassatorlardan biri xəsarət alarsa dərhal kredit təşkilatının rəhbərliyinə məlumat verilməli, xəsarət alan şəxsə ilkin yardım göstərilməli, qiymətlilərin mühafizəsi təşkil edilməli və qiymətlilərin təyinat yerinə çatdırılması üçün şəraitə uyğun olaraq qərar qəbul edilməlidir.

Qiymətlilərin inkassasiya xidməti üçün aşağıdakı sahələr olmalıdır:

- xidməti silahların və döyüş sursatların saxlanması üçün müvafiq qaydada təhciz olunmuş otaq;

- silahların güllə ilə doldurulması və boşaldılması üçün xüsusi təhciz olunmuş sahə;

- inkassatorların fiziki hazırlıqlarının və professional biliklərinin artırılması, onların təlimatlandırılması və istirahət etmələri üçün otaq.

Qiymətlilərin inkassasıyasını həyata keçirən inkassator briqadası aşağıdakı minimum texniki vasitələr ilə təhciz olunmalıdır:

- Zirehli nəqliyyat;

- Mobil telefon və ya radiostansiya;

- Xüsusi geyim və zirehli gödəkcə.

Qiymətlilərin inkassasiyasını həyata keçirən inkassasiya briqadası qanunvericiliyə uyğun olaraq xidməti silah və döyüş sursatları ilə təmin edilməli və ya silahlı mühafizə olunmalıdırlar.



Bankların Valyuta Kursları

Bankların Valyuta Kursları

Mərkəzi Bankın
Maliyyə məlumatları

AMB kursları
30.11.2020
1 ABŞ dolları 1.7000
1 Avro 2.0156
1 Rusiya rublu 0.0240
1 Avstriya dolları 1.3726
1 Funt sterlinq 2.4094
1 Türk lirəsi 0.2585
100 İran rialı 0.0047
1 Kanada dolları 1.3800
1 Küveyt dinarı 5.6725
1 Sinqapur dolları 1.2977
1 Ukrayna qrivnası 0.0607
100 Yapon yeni 1.5619
1 Gürcü larisi 0.6800
1 Zelandiya dolları 1.0131
1 Qazaxıstan tengesi 0.0038
1 Qırxizstan somu 0.0207
1 Polşa zlotısı 0.4109
1 Tayvan dolları 0.0561

 
Faiz dəhlizinin parametrləri
30.11.2020
Dəhlizinin aşağı həddi6.25 %
Dəhlizinin yuxarı həddi7.25%
Uçot faiz dərəcəsi6.75 %

 
Bank sektoru
01.08.2020
Kredit qoyuluşları (min.AZN)195202.80
Əhalinin əmanətləri (min.AZN)9164.70

 
Bank metalları
30.11.2020
1 t.u.Qızıl2684.1640
1 t.u. Gümüş26.6648
1 t.u Platin1350.6670
1 t.u Palladium3223.4975

 
Mərkəzi Bank
Pull bazarı
30.11.2020
Dövriyyədə olan notların həcmi
(mln.AZN)
370.00
Notlar üzrə son
faiz dərəcəsi
(faiz)
3.85%

 
Mərkəzi Bank Monetar göstəricilər
30.11.2020
Rəsmi Valyuta ehtiyatları həcmi(mln.USD)6400.90
MB Pul Bazarı
(mln.AZN)
12112.30

Webmail


Webmail

2020 © Naxçıvan Muxtar Respublikası İdarəsi. Bütün hüquqlar qorunur.