Azərbaycan Respublikası Mərkəzi Bankı
        Naxçıvan Muxtar Respublikası İdarəsi

  • Ünvanı: Naxçıvan şəhəri C.Məmmədquluzadə-32
  • Saytın ünvanı: www.cbar.nakhchivan.az
  • Email ünvani: mb@nakhchivan.az
  • Telefon(faks): 550-59-11 550-59-12 550-59-13


 

Mərkəzi Bankın Naxçıvan MR İdarəsinin Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət şöbəsinin məlumatları


Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət şöbəsinin hüquq və vəzifələri.

Merkezi Bank









Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət şöbəsi Muxtar Respublika ərazisində fəaliyyət göstərən kredit təşkilatlarının işinə nəzarət edir, onların aylıq, rüblük, illik hesabatlarını, statistik məlumatlarını alır və təhlil edərək idarə rəhbərliyinə məlumat verir.

Mərkəzi Bankın hüquqi aktlarının tələblərinə uyğun olaraq banklarda “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması haqqında Qaydalar”a əsasən mübadilə şöbələrinə valyuta əməliyyatlarının aparılması üçün fərdi icazələrin verilməsini həyata keçirir.

Mərkəzi Bankın tapşırığı ilə Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən və ya fəaliyyətin həyata keçirilməsinə icazə üçün müraciət edən kredit təşkilatlarında müvafiq yoxlamalar və monitorinqlərin aparılmasını həyata keçirir, nəticəsi barədə Mərkəzi Banka məlumat verir.

Kredit təşkilatlarının müraciəti və ya Mərkəzi Bankın tapşırığı ilə Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən bank inzibatçılarıın attestasiyasının keçirir və nəticəsi barədə Mərkəzi Banka məlumat verir.

Kredit təşkilatlarının müraciəti və ya Mərkəzi Bankın tapşırığı ilə Naxçıvan Muxtar Respublikası ərazisində bank olmayan kredit təşkilatlarının vəzifəli şəxslərinin peşə yararlılığını müəyyən etmək məqsədilə onlarla müsahibələrin aparılması və nəticəsi barədə Mərkəzi Banka məlumat verilməsini təmin edir.

Qəbul edilmiş Dövlət Proqramlarında Naxçıvan Мuxtar Respublikası ərazisində fəaliyyət bank qurumları qarşısinda qoyulmuş vəzifələrin vaxtında istisnasız təmin olunmasını həyata keçirir.

Banklar tərəfindən açılmış bank hesablarının aktiv fəaliyyətə cəlb olunması, nağd hesablaşmaların aradan qaldırılması, əhalidə, fiziki və huquqi şəxslərdə mövcud olan nağd pul vəsaitlərinin əmanət və depozit şəklində banklara cəlb edilməsi istiqamətində müvafiq tədbiblər həyata keçirir

Naxçıvan Мuxtar Respublikası ərazisində fəaliyyət Bank və Bank Olmayan Kredit təşkilatları tərəfindən muxtar respublika iqtisadiyyatına yönəldilən kredit qoyuluşuna dair portfelin keyfiyyət göstəricilərini təhlil edir, nəticəsi haqqında idarə rəhbərliyinə məlumat verir.

Əsassız nağd ödənişlərin qarşısının alınması məqsədilə müəssisə və təşkilatlar tərəfindən xammal və material alınması üçün tələb olunan vəsaitlərin köçürmə yolu ilə həyata keçirilməsinə nəzarət edir.

Daxili bazarın qorunması və maliyyə intizamının yaxşılaşdırılması ilə əlaqədar qarşıya qoyulmuş vəzifələrin icrasını təmin edir.

Naxçıvan Мuxtar Respublikası Dövlət Statistika Komitəsinə tələb olunan statistik məlumatların hazırlanmasını və vaxtında tərtib edilərək göndərilməsini həyata keçirir

Mərkəzi Bankın Naxçıvan MR İdarəsinin Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət şöbəsinin rəsi

Sevdimalıyev Şəmsəddin

Sevdimalıyev Şəmsəddin Mehdi oğlu-01 yanvar 1958-ci il tarixində Ordubad rayonunun Aşağı Aza kəndində anadan olub. 1975-ci ildə Aşağı Aza kənd orta məktəbini bitirdikdən sonra Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnsititunun “sənayenin iqtisadiyyatı” fakultısinə daxil olmuş, həmin fakultəni 1979-cu ildə bitirmişdir. 03 avqust 1979-cu il tarixdə təyinatla SSRİ Dövlət Bankının Naxçıvan Kontorunun plan-kredit şöbəsində iqtisadçı vəzifəsinə təyin olunmuşdur. 10 oktyabr 1979-cu il tarixdən 20 aprel 1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. 18 may 1981-ci il tarixdə SSRİ Dövlət Bankının Naxçıvan Kontorunun plan-kredit şöbəsində iqtisadçı, 31 dekabr 1987-ci il tarixdə SSRİ Mənzil Kommunal Təsərrüfatı və Sosial İnkişaf Bankı Naxçıvan Respublikası İdarəsində baş iqtisadçı, 9 mart 1988-ci il tarixdə Kredit-iqtisad şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.

30 mart 1989-cu il tarixdən 28 aprel 1989-cu il tarixədək Moskva Ümumittifaq Ordenli Maliyyə-İqtisad İnsititutunun qiyabi fakultəsində “Xalq təsərrüfatının sosial inkişafı sferasında kredit və iqtisadi əlaqəlar” mövzusunda ixtisasartırma kursunu bitirmişdir.

01 yanvar 1991-ci il tarixdə SSRİ Dövlət Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində Bankların əlaqələndirmə və pul tədavülü şöbəsinin rəisi, 24 oktyabr 1994-cü il tarixdə Milli Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin Əməliyyat İdarəsində Kreditləşmə və pul tədavülü şöbəsinin rəisi, 01 dekabr 1997-ci il tarixdən 01 fevral 2017-ci il tarixədək Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində Kredit təşkilatlarına nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.

01 fevral 2017-ci il tarixdən 11 fevral 2020-ci il tarixədək Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində Nağd pulla iş şöbəsinin rəisi, 11 fevral 2020-ci il tarixdən Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində Kredit təşkilatlarının fəaliyyətinə nəzarət şöbəsinin rəisi vəzifəsində təyin edilmişdir.

Azərbaycan Bank Tədris Mərkəzi tərəfindən Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində keçirilən kurslarda iştirak etmiş və aşağıdakı sertifikartları almışdır:

10-11 mart 2003-cü il tarixdə “Bank və filialların idarə edilməsi”

16-17 iyun 2007-ci il tarixdə “Filialların idarə edilməsi”

6-7 iyun 2008-ci il tarixdə “Bankların idarə edilməsi”

15-16 may 2009-cu il tarixdə “Banklarda risklərin idarə edilməsinin asasları”

14-15 may 2010-cu il tarixdə “Kreditlərin və risklərin idarə edilməsi”

01-02 iyul 2011-ci il tarixdə “Müştəri xidmətləri və satış texnologiyaları”

06-07 aprel 2012-ci il tarixdə “Kənd təsərrüfatının kreditləşdirilməsi”

23-24 noyabr 2012-ci il tarixdə “Nağdsız hesablaşmalar və risklər”

28 fevral-01 mart 2014-cü il tarixdə “Kənd təsərrüfatının kreditləşdirilməsi”

Hal-hazırda Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət şöbəsinin rəisi vəzifəsində işləyir.



Bankların Valyuta Kursları

Bankların Valyuta Kursları

Mərkəzi Bankın
Maliyyə məlumatları

AMB kursları
30.11.2020
1 ABŞ dolları 1.7000
1 Avro 2.0156
1 Rusiya rublu 0.0240
1 Avstriya dolları 1.3726
1 Funt sterlinq 2.4094
1 Türk lirəsi 0.2585
100 İran rialı 0.0047
1 Kanada dolları 1.3800
1 Küveyt dinarı 5.6725
1 Sinqapur dolları 1.2977
1 Ukrayna qrivnası 0.0607
100 Yapon yeni 1.5619
1 Gürcü larisi 0.6800
1 Zelandiya dolları 1.0131
1 Qazaxıstan tengesi 0.0038
1 Qırxizstan somu 0.0207
1 Polşa zlotısı 0.4109
1 Tayvan dolları 0.0561

 
Faiz dəhlizinin parametrləri
30.11.2020
Dəhlizinin aşağı həddi6.25 %
Dəhlizinin yuxarı həddi7.25%
Uçot faiz dərəcəsi6.75 %

 
Bank sektoru
01.08.2020
Kredit qoyuluşları (min.AZN)195202.80
Əhalinin əmanətləri (min.AZN)9164.70

 
Bank metalları
30.11.2020
1 t.u.Qızıl2684.1640
1 t.u. Gümüş26.6648
1 t.u Platin1350.6670
1 t.u Palladium3223.4975

 
Mərkəzi Bank
Pull bazarı
30.11.2020
Dövriyyədə olan notların həcmi
(mln.AZN)
370.00
Notlar üzrə son
faiz dərəcəsi
(faiz)
3.85%

 
Mərkəzi Bank Monetar göstəricilər
30.11.2020
Rəsmi Valyuta ehtiyatları həcmi(mln.USD)6400.90
MB Pul Bazarı
(mln.AZN)
12112.30

Webmail


Webmail

2020 © Naxçıvan Muxtar Respublikası İdarəsi. Bütün hüquqlar qorunur.