Azərbaycan Respublikası Mərkəzi Bankı
        Naxçıvan Muxtar Respublikası İdarəsi

  • Ünvanı: Naxçıvan şəhəri C.Məmmədquluzadə-32
  • Saytın ünvanı: www.cbar.nakhchivan.az
  • Email ünvani: mb@nakhchivan.az
  • Telefon(faks): 550-59-11 550-59-12 550-59-13


 

Naxçıvan MR MB İqtisadi Təhlil və Statistika şöbəsinin məlumatları


Naxçıvan MR MB İqtisadi Təhlil və Statistika şöbəsində iş fəaliyyəti

Bankçılıq 2017-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən qəbul edilmiş qərarların və verilmiş tapşırıqların müəyyən edilmiş müddətlərdə icrasının təmin edilməsi,Naxçıvan Muxtar Respublikasında qəbul olunmuş Dövlət Proqramlarında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərar və sərəncamları ilə idarənin üzərinə qoyulan vəzifələrin səlahiyyətləri dairəsində icra edilməsi,2017-ci il və sonrakı 3 il üçün Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin hazırlanması məqsədilə tələb olunan hesabatların icrasının təmin edilməsi.

“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda qarşıya qoyulmuş vəzifələrin icrasının təmin edilməsi,“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamından irəli gələn vəzifələrin icrasının təmin edilməsi,“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin, məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda qarşıya qoyulmuş vəzifələrin icrasının təmin edilməsi, “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”da nəzərdə tutulmuş tədbirlərin icrasının həyata keçirilməsi, Daxili bazarın qorunması, muxtar respublikada kredit və maliyyə resursları ilə təmin olunması, daha böyük əhəmiyyət kəsb edən sahələrin müəyyənləşdirilməsi, istehsal və xidmət sahələrinin inkişafına dair təkliflərin işlənib hazırlanması.

Naxçıvan Muxtar Respublikasında bank sektorununda mövcud vəziyyətin və qarşıda duran məsələlərin işıqlandırılması və daha geniş əhali kütləsinə çatdırılması üçün analitik jurnalların və buklet-braşuraların hazırlanması,Pərakəndə ticarət və ictimai iaşə müəssisələrində əhali tərəfindən mal və xidmətlərin dəyərinin ödənilməsi zamanı ödəniş kartlarına üstünlük verməsi üçün müxtəlif stimullaşdırıcı tədbirlərin layihələrinin hazırlanması,Xidmət, ticarət və ictimai iaşə obyektlərində POS-terminalların işləkliyinin təmin edilməsi istiqamətində işlərin görülməsi.Orta və ali təhsil müəssisələrində şagird və tələbələrə maliyyə biliklərinin artırılması və elektron ödəniş xidmətlərindən istifadə üzrə zəruri biliklərin verilməsi.“Naxçıvan” Universiteti və Naxçıvan Dövlət Texniki Kollecində tələbələrə bank işi, maliyyə savadlılığı, ailə büdcəsi, kiçik və orta sahibkarlıq subyektlərində maliyyə intizamı, büdcə planlaşması və digər aktual mövzularda açıq dərs və seminarların keçirilməsi.

Əhalidə, fiziki və hüquqi şəxslərdə mövcud olan nağd pul kütləsinin banklarda əmanətə cəlb edilməsi üçün tədbirlər həyata keçirilməsi,Muxtar Respublikada fəaliyyət göstərən bankların və bank olmayan kredit təşkilatlarının fəaliyyətinin nəticələrini əks etdirən aylıq statistik bülletenin hazırlanması,İqtisadiyyatın inkişafına, struktur problemlərinə dair tədqiqatların aparılması və müvafiq analitik materialların hazırlanması. Mərkəzi Bankın ayrı-ayrı struktur bölmələri, regionun iqtisadi orqanların müvafiq struktur bölmələri və iqtisadi problemlərin tədqiqi ilə məğul olan elmi təşkilatlarla müvafiq problemlər üzrə əməkdaşlığın həyata keçirilməsi, Şöbənin səlahiyyətlərinə aid məsələlərlə bağlı Banka daxil olan sənədlərə (layihələrə) və müracitələrə rəylərin verilməsi.

Maliyyə sisteminin, o cümlədən bank sisteminin sabitliyi və inkişafı məqsədləri çərçivəsində maliyyə bazarları və maliyyə infrastrukturu üzrə tədqiqatların həyata keçirilməsi.Naxçıvan Muxtar Respublikasının hər bir rayonu üzrə sosial-iqtisadi inkişafın göstəricilərinə dair hesabatlar hazırlayaraq idarə rəhbərliyinə təqdim edilməsi.Bank sektorundakı yeniliklərin və diqqətəlaiq məlumatların kütləvi informasiya vasitələri ilə ictimayyətə çatdırılması.Banklarda işçilərin peşə biliklərinin artırılması məqsədi ilə kurs və seminarların keçirilməsi.Muxtar respublikada müxtəlif istiqamətlərdə fəaliyyət göstərən müəssisələri real sektorun monitorinqinə cəlb etmək, monitorinqin nəticələrini emal edərək hesabatlar hazırlamaq, şöbəyə daxil olan məktub və sorğulara cavablar hazırlamaq.

Ölkə üzrə ənsərfəli kreditlər Naxçıvanda təklif olunur

Merkezi Bank Davamlı dinamik inkişaf iqtisadi siyasətin əsas hədəflərindən biridir. Bu baxımdan səmərəli kreditləşmə mexanizminin təmin edilməsi istehsal və xidmət sahələrinin inkişafı, daimi məşğulluq və əhali gəlirlərinin artırılması kimi məqsədlərə xidmət edir. Məsuliyyətli və eyni zamanda olduqca vacib olan kreditləşmə zamanı əsas şərtlərdən biri də kreditlərin sərfəli olması, yəni onun faiz dərəcələrinin real iqtisadi vəziyyətlə üst-üstə düşməsidir.

Faiz dərəcələrinin istehlakçılar üçün optimal səviyyədə olması kreditlərin əlçatanlığını artıran əsas amildir. Hazırda ölkəmizdəki kredit bazarına nəzər saldıqda görürük ki, muxtar respublikamızda kreditlər üzrə tətbiq edilən orta faiz dərəcələri Azərbaycanın digər iqtisadi rayonları ilə müqayisədə ən aşağısəviyyədədir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının məlumatına görə, 1 dekabr 2016-cı il tarixə təklif olunan kreditlərAbşeron iqtisadi rayonu üzrə 16,7 faiz, Aran iqtisadi rayonu üzrə 22,6 faiz, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 22,1 faiz, Gəncə-Qazax iqtisadi rayonu üzrə 19,5 faiz, QubaXaçmaz iqtisadi rayonu üzrə 19,8 faiz, Lənkəran iqtisadi rayonu üzrə 22,4 faiz, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 22 faiz, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 17,9 faiz, Naxçıvan Muxtar Respublikası üzrə isə 12,6 faiz təşkil edir.

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən aldığımız məlumata görə, muxtar respublikada kredit faizlərinin ölkə üzrə ən aşağı göstəricilər olmasına təsir edən mühüm amil “Naxçıvanbank”Açıq Səhmdar Cəmiyyəti tərəfindən aşağı faiz dərəcələri ilə təklif edilən kreditlərdir.Adıçəkilən bankın Müşahidə Şurasının yeni qərarı ilə 18 yanvar 2017-ci il tarixdən kreditlərin faiz dərəcələri yenidən aşağısalınıb. Belə ki, yeni qaydalara görə kənd təsərrüfatı üzrə heyvandarlığa 15, taxılçılığa, kartofçuluğa, bostan, tərəvəz və qarğıdalı kimi əkinçilik sahələrinə 13 faizlə kreditlər verilir. Muxtar respublika sakinləri istehlak kreditlərini 17, kart kreditlərini 18, bankın öz vəsaiti hesabına verilən ipoteka kreditlərini isə 10 faizlə götürə bilərlər. Onu da qeyd etmək lazımdır ki, ipoteka krediti üzrə faiz dərəcəsinin aşağısalınması Naxçıvanbank tərəfindən əvvəlki illərdə verilmiş kreditlərə də şamil olunur.

İdarədən onu da bildiriblər ki, Naxçıvanda verilən kreditlər üzrə faizlər “annuitet” üsulla hesablanır. Bu da vətəndaşların əldə etdikləri vəsaitlər üçün ödəyəcəkləri real faiz dərəcəsinin aşağı düşməsinə səbəb olur. Kreditlərin faktiki illik faiz dərəcələri kənd təsərrüfatı üzrə 6,5- 7 faiz, istehlak kreditləri üzrə 8,5- 9 faiz, daxili ipoteka kreditləri üzrə 5 faiz təşkil edir.

Muxtar respublikada həyata keçirilən kreditləşmə işində 2016-cı ildə Ali Məclis Sədrinin müvafiq Fərmanı ilə yaradılan “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cə- miyyəti vəsaitləri hesabına verilən 4-8 faizli, uzunmüddətli kreditləri də qeyd etmək lazımdır. Belə ki, bu kreditlər muxtar respublikamızda əhalinin mənzil təminatını yaxşı- laşdırmaqla bərabər, real sektorun da inkişafına xidmət edir.

Mərkəzi Bankın Naxçıvan MR İdarəsində Bankçılıq mövzusunda treninq keçirilib

Bankçılıq Bankçılıq Bankçılıq Bankçılıq Bankçılıq Bankçılıq Bankçılıq Bankçılıq
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” və ”2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram” adlı Sərəncamları əsas götürülərək Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində Naxçıvan Dövlət Texniki Kollecinin Bank işi ixtisası üzrə təhsil alan ikinci və üçünçü kurs tələbələrinə treninq keçirilib.

Tədbiri Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov acaraq bilirib ki, muxtar respublikamızda sosial-iqtisadi inkişafın gücləndirilməsi, bank sisteminin inkişafı, iqtisadi və maliyyə savadlılığının artırılması, kollecin məzunlarının ixtisaslı və peşəkar kadr kimi hazırlanması, maliyyə savadlılığının ictimai dəyər kimi tanınması meyarları bu tədbirin həyata keçirilməsində əsas məqsəd olaraq qarşıya qoyulub. Belə tədbirlərin kollecdə Bank işi ixtisası üzrə təhsil alan tələbələrin gələcəkdə maliyyə, bank və poçt sahəsində müəyyən təcrübəyə malik kadr kimi fəaliyyət göstərmələrinə dəstək olacaq, adıçəkilən sahələrdə və ümumiyyətlə, muxtar respublikada fəaliyyət göstərən idarə və təşkilatlarda, özəl müəssisələrin, ticarət mərkəzlərinin və digər qurumların maliyyə-uçot bölmələrində tələb olunan ixtisaslı kadr potensialının gücləndirilməsinı öz töhfəsini verəcəkdir.

Sonra çıxış üçün söz idarənin İqtisadi təhlil və statistika şöbəsinin rəisi Tural Şirəlizadəyə verilib. O da öz təqdimatında tələbələrə ölkəmizdə fəaliyyət göstərən müasir bank sistemi, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının funksiyaları, bank və bank olmayan kredit təşkilatlarının xassələri, bankların iqtisadi prosseslərdə rolu, iş prinsipləri, əmanət və kreditlərin ölkə iqtisadiyyatındakı əhəmiyyətli rolundan danışmiş, muxtar respublikamızda bankçılıq sahəsi üzrə tətbiq olunan dövlət proqramları və tədbirlər planları haqda məlumat vermiş, həmin sərəncamlardan irəli gələn tapşırıqlar istiqamətində görülmüş işlərdən danışmışdır. Təqdimat zamanı muxtar respublikamızda bank sektorunun cari vəziyyəti, bu sahədə il ərzində görülmüş işlər və əldə olunan naliyyətlər barədə də məlumatlar tələbələrin diqqətinə çatdırılmışdır.

Tədbirdə idarənin aparıcı mütəxəssisi Hafiz İsmayılbəyli də öz təqdimatı ilə çıxış etmiş, günümüzün ən aktual məsələlərindən olan elektron ödənişlər və nağdsız hesablaşmalar sahəsində tələbələrə ətraflı məlumat vermiş, bu sahənin ölkə iqtisadiyyatı üçün əhəmiyyəti qeyd olunmuşdur. Təqdimatda muxtar respublikamızda fəaliyyət göstərən bankların bu sahədə təklif etdiyi xidmətlər barədə danışılmış, tələbələrə müəyyən tövsiyyələr edilmiş, xidmətlərə qoşulma və istifadə qaydaları barədə nəzəri və praktiki göstərişlər verilmişdir.

Tədbirin yekununda idarənin sədri Səbuhi Məmmədov bundan sonra da tələbələrlə görüşlərin davam etdiriləcəyini və tələbələrin yüksək səviyyədə bank və maliyyə biliklərinə yiyələnmələrinin, onların təhsil aldıqları müddət ərzində yetkin kadrlar kimi hazır olmalarının gələcəkdə bank sektorundavə digər sahələrdə işlə təmin olunmalarına müsbət təsir göstərəcəyini qeyd etmişdir.

Ailə büdcəsi və ailələr büdcələrini planlaşdırmaları haqqinda.

Ailə büdcəsi Ailə büdcəsi











Ailə büdcəsi nədir və ailələrin büdcələrini planlaşdırmalarının nə kimi əhəmiyyəti var?-Ailə büdcəsi bir ailənin gəlir və xərclərini və bunlar əsasında onun yaşayış standartlarının müəyyənləşdirilməsini əhatə edən büdcədir. Bir ailə büdcəsi hazırlanarkən aylıq və ya illik gəlir əsas götürülür və ediləcək xərclər (qida, geyim, təhsil, tibbi, nəqliyyat, istirahət və s.) bu əsasda müəyyənləşdirilir. İstər ailə,istər şirkət, istərsə də dövlət büdcəsi olsun, büdcə hər zaman həyati əhəmiyyət kəsb edir və insanların yaşayış tərzini köklü dəyişir. Və məhz buna görə bir ailə, şirkət və ya dövlətin nə dərəcədə yaxşı idarə edilib edilməməsi onun büdcə tərkibinə baxmaqla müəyyən edilə bilər. Misal üçün, ailə üzvlərinin sağlıq, qida və təhsil xərclərinin az, digər şöhrətpərəst (göstəriş xatirli) xərclərin (bahalı avtomobil, geyim, telefon və s.) isə çoxluq təşkil etməsi həmin ailə büdcəsinin düzgün və effektiv planlaşdırılmadığını göstərir. Bundan əlavə, ailələrin bəzi xərcləri gələcəyə investisiya şəklində formalaşır, misal üçün, təhsilə, inkişafa çəkilən xərc gələcəkdə ailə dəyərlərinin daha da möhkəmlənməsinə stimul verir, eyni zamanda sağlamlıq üçün çəkilən xərcləri də investisiya qismində saymaq olar. Lakin elə xərclər də var ki, geri dönməyən xərclərdir və onlar sadəcə müvəqqəti müəyyən ehtiyaclarımızın ödənilməsi üçün lazımdır. Bu mənada ailə büdcəmizdə xərclərimizə qənaət edərkən investisiya yönümlü xərclərimizə yox, daha çox geri dönməyən xərclərimizə qənaət etmək məqsədəuyğun olar. Onu da qeyd edim ki, gələcək müəyyən məqsədlərimiz üçün yığım edərkən, bəzən gəlirlərimizi artırmaq bizim üçün çətin, hətta bəzən imkansız olur. Bunun üçün gəlirləri artırmaq yerinə, xərclərimizə qənaət etməklə məqsədimizə çatmaq daha effektli olar.

Ailə büdcəsinin tərtibi bir ailəyə hansı üstünlükləri verir?-İlk olaraq onu qeyd edim ki, büdcə, ailənin zəruri ehtiyaclarının daha dolğun şəkildə ödənilməsinə şərait yaradır. Məntiqli və şüurlu bir şəkildə edilmiş planlaşdırma ailənin malik olduğu müxtəlif gəlir mənbələrini ən yaxşı şəkildə dəyərləndirməsinə və uzun müddətli məqsədlərinin reallaşdırılmasına səbəb olur. Yaxşı düşünülmüş və tərtib edilmiş bir büdcə ailəyə bir çox üstünlüklər verir. Belə ki, gəlirlərin zəruri mallara və xidmətlərə xərclənməsinə səbəb olur, gəlirlərə və xərclərə nəzarət etməyə imkan verir, ailənin uzunmüddətli məqsədlərinə çatmağa şərait yaradır, gözlənilməz vəziyyətlərdə (anidən aldığımız toy xəbəri, kiminsə yas mərasimi, ani səfərə çıxmaqla əlaqədar alacağımız xəbərlər) ailənin pis vəziyyətdə qalmasının qarşısını alır, ailənin sosial və iqtisadi vəziyyətini yaxşılaşdırır, ailədə uşaqların pulun dəyərini daha yaxşı anlamalarına və gələcəkdə onu daha yaxşı məqsədlər üçün istifadə etmələrinə səbəb olur, ailə üzvlərinin hər birinin iştirakı ilə tərtib olunmuş büdcə ailə daxili münasibətləri daha da möhkəmləndirir.

Bugün biz büdcəmizin pullarını hara xərcləyirik? -Danılmaz bir həqiqət var ki, istəklərimiz sonsuz, gəlirlərimiz isə məhduddur. Və bugün hər bir ailə üçün əsas olan məhdud gəlirlə hansı ehtiyacını necə ödəməyi bilməsidir. Bu mənada pulu qazanmaqla müqayisədə onu necə xərcləmək daha üstün bacarıq tələb edir. Çünki insanların yaşayış səviyyəsi onların qazancının məbləğindən birbaşa asılı deyildir. Əgər belə olsaydı, yəqin ki, eyni maaşla işləyən insanların həyat səviyyəsi arasında elə də böyük fərqlər olmazdı. Buna görə də, problemin həllini yaşayış standartlarımızı gəlirlərimizə daha yaxşı uyğunlaşdırmaqda axtarmaq lazımdır. İstərdim ki, ölkə əhalisinin gəlirlərini və onların hansı xərclərə yönəldilməsi haqqında bir sıra məqamları diqqətinizə çatdırım, belə ki, statistik məlumatlara əsasən 2015-ci ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 26 milyard 674 milyon 700 min manat təşkil edib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 5,9% çoxdur. Və bu müddət ərzində əhalinin hər nəfərinə düşən nominal gəlirlər 4,6% və ya 2 min 805 manatadək artıb. Sözü gedən dövr ərzində gəlirlərin 75%-i son istehlaka, 9,5%-i vergilər, sosial sığorta və üzvlük haqlarının, 15,5%-i kreditlər üzrə faizlərin ödənilməsinə, əmanətlərə və kapitalın artırılmasına, qalanı digər məqsədlərə yönəldilib.

Göstəricilərdən gördüyümüz kimi, əhali gəlirlərinin böyük bir qismi də məhz götürülmüş kreditlər üçün ödənilən aylıq ödənişlərindən ibarətdir. Bugün ölkəmizdə ümumi kreditlərin 41%-inin istehlak kreditlərinin payına düşdüyünü nəzərə alsaq, mövzumuzun əvvəlində də qeyd etdiyimiz kimi bu kreditlər üçün ödənilən aylıq ödənişlər büdcəmizdə geri dönməyən xərclər qismində iştirak edir. Digər tərəfdən məsələyə yanaşsaq, xarici istehsal olan bahalı elektron avadanlıqların (telefon, komputer, televizor və başqa bu kimi olması o qədər də vacib olmayan) alınması üçün də götürülən istehlak kreditləri aylıq ailə büdcəmizdə uzunmüddətli xərclər yaratmaqla bərabər, eyni zamanda idxalı stimullaşdırıcı xarakter də daşıyır. Yəni bu məqsədlə götürülmüş istehlak kreditləri birbaşa şəkildə bizi xərcə salmaqla, dolayı yolla xarici ölkənin istehsalına sərmayə qoyuluşudur.

Qeyd etdiyiniz kimi ölkəmizdə ailələrin xərclərinin əsas hissəsini məhz müəyyən məqsədlər üçün götürülmüş istehlak kreditlərinin aylıq ödənişləri təşkil edir. Məhz bu baxımdan vətəndaşlar istehlak kreditləri üçün banklara müraciət edərkən nəyə diqqət etməlidirlər? -Bəzi istehlakçılar kredit öhdəliyinə kifayət qədər məsuliyyətsiz yanaşırlar və düşünmədən kredit götürmək üçün banka müraciət edirlər. Bu kredit onun üçün nə dərəcədə vacibdir və ya hal hazırki xərclərimi ödəyə biləcək gəlirim yoxdursa, götürəcəyim kredit mənim aylıq xərclərimi daha da artıracağı təqdirdə nə edəcəyəm sualının cavabını isə heç axtarmaq fikrinə belə düşmürlər. Belə düşünülməmiş addımlar ailə büdcəsində mənfi şəkildə özünü büruzə verir.

Halbuki, kredit götürərkən ailənin bütün digər xərcləri də nəzərə alınmalıdır. Ümumi təcrübəyə əsaslanaraq deyə bilərəm ki, istənilən ailənin kredit ödənişi gəlirin 20-25 faizini aşmamalıdır. Statistikaya əsaslanaraq deyə bilərəm ki, ölkə əhalisi qida ehtiyacları üçün gəlirin 50 faizdən çoxunu sərf edir və bu, digər dövlətlərlə müqayisədə çoxdur. Xərclər baxımından az olanı kommunal xərclərimizdir ki, bu da son illər artımla müşahidə olunur. Xaricdə isə, xüsusilə də Avropa ölkələrində kommunal xərclər daha çoxdur. Əlbəttə bizim bu imkandan faydalanaraq qənaət etməyimiz daha uyğun olardı. Ailənin digər xərclərinin 30 faiz olduğunu düşünsək, aylıq gəlirin 15-20 faizindən artıq ödənişi olan kredit almaq problem yarada bilər.

Bu gün ölkəmizdə ailə büdcəsinin planlaşdırılmasına yanaşma necədir? Əlbəttə bu gün ailə büdcəsi anlayışı cəmiyyətimiz üçün yeni bir məfhumdur. Və artıq ölkəmizdə əhalinin 20%-dən çoxu məhz bu cür planlaşdırmalara üstünlük verirlər. Bu barədə cəmiyyətimizin maarifləndirilməsinə həddən artıq ehtiyac duyulur. Və əsasən də yeniyetməlik yaşına çatan uşaqların, məktəb şagirdlərinin ailə büdcəsinin idarə olunmasına cəlb edilməsi vacibdir. Uşaqlara kiçik yaşlardan başlayaraq təşəbbüskar olmağı, öz ayağı üstündə durmağı öyrətmək, ailə xərclərinin necə yaranması və gəlirlərin necə və hansı mənbələr hesabına formalaşmasını izah etmək gələcəkdə onların bu kimi problemlərin öhdəsindən rahat şəkildə gəlmələrinə kömək edəcəkdir.

Elçin Əliyev Mərkəzi Bankın Naxçıvan MR İdarəsinin İqtisadi təhlil və statistika şöbəsinin rəisi

Kiçik və orta sahibkarlıq sektoru məşğulluq və innovasiya.

Merkezi BankKiçik və orta sahibkarlıq sektoru məşğulluğun və innovasiyaların vacib mənbəyidir. Belə ki, bu sahibkarlıq növünün inkişafı bir tərəfdən məhsul bolluğu yaratmaqla daxili istehlak bazarının formalaşmasına səbəb olur və saglam rəqabət üçün geniş imkanlar açır, digər tərəfdən isə işsizlik kimi kəskin sosial-iqtisadi problemlərin həllini sürətləndirir və dövlət büdcəsinin zənginləşməsinə kömək edir. Kiçik və orta sahibkarlar iqtisadi inkişafın və rəqabətin dinamik artımı və inkişafını sürətləndirir. Qısaca ümumiləşdirsək, bu sahibkarlar kiçik pərakəndə alverçidirlər, iş yerləri məhdud olan yerlərdə işsizliyi qismən aradan qaldırırlar, istehlakçıları bazarla təmin edirlər, vergi ödəməklə büdcənin gəlirini atırırlar, əhalinin müəyyən hissəsinin gəlirini artırırlar, iri müəssisələrə nisbətən baş vermiş hər hansı iqtisadi prosesə çevik reaksiya vermək qabiliyyətinə malikdirlər və iqtisadi həyatda böyük iqtisadi əhəmiyyət daşıyırlar. Beynəlxalq qiymətləndirmələrə görə kiçik və orta sahibkarlıq sektorunun iqtisadiyyata, məşğulluğa və təhlükəsizliyə əsaslı təsir göstərməsi üçün kiçik müəssisələrin məşğulluq sahəsində və əlavə dəyərin yaradılmasında təxminən 40 %-lik iştirak payı olmalıdır. Yalnız bu halda onlar mövcud iqtisadi resursları mənimsəyib onları davamlı inkişafa doğru istiqamətləndirə bilər.

Bununla belə, kiçik və orta sahibkarların nəzərdə tutulmuş nəticələrə nail olması üçün sahibkarların qanuni müəssisələr yaratmaq motivasiyası olmalıdır. Sahibkarları qanuni fəaliyyət göstərməyə inandırmaq və onların bizneslərinin “yaşama”sına kömək etmək üçün ən əhəmiyyətli amil isə biznes mühitidir.

Bugün muxtar republikamızda kiçik və orta sahibkarların inkişafı üçün istər dövlət dəstəyi, istərsə də yaradılmış biznes mühiti kifayət qədər imkan verir ki, bu sahədə yüksək nəticələrə nail olunsun. Ancaq kiçik və orta sahibkarlar fəaliyyətə başlayarkən və ya sonrakı mərhələlərdə müxtəlif maneələrlə qarşılaşırlar ki, bunlar :

1. Biznesə başlamaq və onu inkişaf etdirmək üçün ilkin kapitalın azlığı,

2. Sahibkarlıq fəaliyyətini idarəetmə bacarıqlarının zəif olması və ya olmaması,

3. Öz büdcələrinə nəzarət edə bilməmə kimi problemdən yaranan böyük həcmli borclanmalar, və s. Danılmaz faktdır ki, inkişaf etmək və ya “yaşamaq” üçün kiçik və orta sahibkarların kapitala ehtiyacı vardır. Onlar icarəyə yer götürməli, avadanlıq almalı və işçiləri işə qəbul etməlidir. İlkin kapitalı öz şəxsi vəsaitləri hesabına formalaşdıran kiçik və orta sahibkarlar sonrakı fəaliyyət dövründə daha yaxşı nəticələrə nail ola bilirlər. Belə ki, xərclərinin azlığı onların büdcələrini daha səmərəli formalaşdırmalarına imkan verir. Bu halda müəyyən sahibkarlıq qabiliyyətinin olması və büdcənin səmərəli təşkili mexanizminin mövcudluğu sahibkarın fəaliyyətinin inkişafına təkan verir və gələcək mərhələlərdə layihənin davamlılığına və effektivliyinə zəmin yaradır.

>Hazırda dünyada kiçik sahibkarlığın əsas maliyyə mənbəyi şəxsi kapitalları ilə yanaşı, həmçinin müxtəlif maliyyə institutlarından alınan borc vəsaitləridir. Məsələn, ABŞ-da bu qəbildən olan subyektlərin 77 %-i fəaliyyətləri dövründə ən azı bir dəfə də olsa kredit götürmüş olurlar. Avropa Birliyində kiçik və orta sahibkarlıq subyektlərinin azı 76 %-nin bir və ya bir neçə banka kredit borcu vardır.

Bugün muxtar respublikamızda kiçik və orta sahibkarlıqla məşğul olmaq istəyən şəxslərin bir çoxu fəaliyyətə başladığı anda şəxsi kapitala malik olmur. Və bütünlüklə tələb olunan ilkin kapitalı bank krediti hesabına formalaşdırmağa çalışır. Onların bəzilərinin bu borcları effektiv idarəetmə bacarıqlarının olmaması isə gələcək qısa müddət ərzində həmin kreditlərin biznesin inkişafından daha çox onların zəifləməsinə və hətta müəyyən mərhələdə iflasına səbəb olur. Əksər vaxtlarda isə sahibkarlıq fəaliyyətinin tamamilə dayandırılması ilə nəticələnir.

Xüsusilə də zəif inzibati resurslara malik kiçik və orta sahibkarlıq subyektlərində iri şirkətlərə nisbətən kreditlərlə bağlı risklər yüksək olur. Bazar hakimiyyətinin iri şirkətlərə verdiyi rəqabət üstünlüyünü nəzərə aldıqda kiçik və orta sahibkarların fəaliyyətində potensial risklər daimi xarakter daşıyır. Bəzən isə müəyyən sahibkarlıq biliklərinə malik olmadan, reallaşdırılacaq layihəni müvafiq meyarlar əsasında təhlil etmədən və layihənin öz xərcləriniödəyə bilmə imkanını və müddətini nəzərə almadan və öz bazar paylarını müəyyənləşdirmədən sahibkar olma xülyası qısa müddət ərzində puç olur. Bu prosesdə əsas zərbə isə məhz layihələrin reallaşdırılması üçün dırnaqarası sahibkarı ilkin kapitalla təmin edən banklara, digər maliyyə institutlarına dəymiş olur. Nəticədə banklarda problemli kreditlərin yaranmasına potensial şərait yaranır. Qaytarılmalı olan kredit borcları isə uzun müddət ərzində dövriyyədən kənar qalır. Bu proses isə bankların kredit resurslarını tükətdiyindən onların kiçik və orta sahibkarlıq subyeklərini maliyyələşdirmə marağının azalmasına səbəb olur.

Bir sıra hallarda isə sahibkarlığın inkişafı məqsədilə verilən kreditlərə tətbiq olunan güzəştlərdən faydalanmaq istəyən şəxslər bu məqsədlə aldıqları kreditləri təyinatına uyğun istifadə etməkdən boyun qaçırırlar. Bu vəsaitlər isə hədəflərindən kənarlaşır, hər hansı bir xarici istehsal olan göstərişli avtomobilin alınması, xaricə turistik səfərə çıxmaq, toy şənliyi etmək və başqa bu kimi “zəruri ehtiyaclar”ın ödənməsində vasitəçi olur. Məhz bu kimi hallar banklarla müştərilər arasındakı etibarlı partnyorluğa sarsıdıcı zərbə vurur.

Halbuki bugün ölkə iqtisadiyyatının əsas aparıcı subyektləri sayılan kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi dövlətin qeyri-neft sektorunun da inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.Və məhz bu məqsədlə də sahibkarlarla onları maliyyə resursu ilə təmin edən kredit təşkilatlarının qarşılıqlı etibarlılığa əsaslanan partnyorluğu vacib məsələdir.

Elçin Əliyev Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin İqtisadi təhlil və statistika şöbəsinin rəisi

Nağdsız hesablaşmalar yüksək iqtisadi mədəniyyətin nümayişidir.

Merkezi Bank Hazırda Muxtar Respublikamızın maliyyə bazarında nağdsız ödəniş sisteminin yüksək səviyyədə inkişaf etdiyini söyləmək çətindir. Çünki hələ də sahibkarlıqla məşğul olan orta səviyyəli bir çox hüquqi və fiziki şəxslər pul vəsaitlərinin daha tez əldə edilməsi məqsədilə nağd şəkildə əməliyyatlara üstünlük vermələri ilə yanaşı, sıravi vətəndaşların da çox cüzi bir hissəsi nağdsız ödənişlərə maraq göstərirlər. Lakin nəzərə almaq lazımdır ki, nağdsız ödənişlər, xüsusilə də böyük həcmli məbləğlərdə, vəsaitə üçüncü şəxslərin müdaxiləsi imkanlarını, saxta pul əskinaslarından istifadə hallarını aradan qaldırır.

Vətəndaşların isə nağdsız ödənişlərə az maraq göstərmələri bu sistemin imkanlarından məlumatsızlıqları və ümumiyyətlə sistemin hələ ki, maliyyə bazarını tam əhatə etməməsidir. Digər tərəfdən hər hansı ticarət obyektindən alış-veriş edən şəxsin ödənişi nağd deyil, ödəniş kartı vasitəsilə nağdsız şəkildə ödəməsinə əsas yaradan amillər kifayət qədər deyil. Yəni, başqa sözlə desək, alıcını indiyə qədər adət etdiyi nağd ödəniş sistemindən imtina edərək, ödəniş kart əldə etməyə, ondan istifadə qaydalarını öyrənməyə, istifadə etməyə maraqlandıran stimullaşdırıcı səbəblər olmalıdır.

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən muxtar respublika iqtisadiyyatında nağdsız dövriyyənin həcminin yüksəldilməsi və ödəniş alətləri bazarının inkişaf etdirilməsi əsas məqsəd kimi qarşıya qoyulmuşdur. Məqsəd elektron ödəniş alətlərindən və xidmətlərindən istifadənin kütləvi hal alması və inkişafına nail olmaqdır. Məqsədə çatmaq üçün isə ilk növbədə ictimaiyyətin müasir elektron ödəniş alətlərinin üstünlükləri və imkanları barəsində maarifləndirilməsi davam etdirilməlidir. Eyni zamanda alqı-satqı əməliyyatları üzrə hesablaşmalarda kartlardan istifadənin miqyasının genişləndirilməsi üçün geniş təbliğat kampaniyalarının da həyata keçirilməsinə ehtiyac duyulur.

Məlumat üçün çatdıraq ki, nağdsız ödəmə vətəndaşları bir çox problemlərdən azad edir. Məsələn, üstündə külli miqdarda nağd pul gəzdirmək məcburiyyətində deyilsən. Pulu evdə unutmaq, yaxud hardasa itirmək mümkün deyil. Bu yolla vəsaitin oğurlanmasının da qarşısı alınır. Kart itəndə, yaxud oğurlananda banka məlumat vermək kifayətdir ki, bloklaşdırma aparılsın və heç kim ondan istifadə edə bilməsin. Ödəniş kartlarının köməyilə istənilən sahədə onlayn ödəniş aparmaq mümkündür. Artıq vətəndaşlarımız ödəniş kartları vasitəsilə vergi və rüsumları, Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi, pasport və şəxsiyyət vəsiqəsi alınması üçün rüsumları, Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu və yerli şöbələrinə sosial siğorta haqlarını, mobil və stasionar rabitə üzrə xərcləri, internet ödənişləri və gömrük rüsumlarını elektron ödəniş formasında apara bilərlər.

Hal-hazırda Muxtar Respublikamızda nağdsız ödənişlər müxtəlif ödəniş vasitələrinin köməyilə həyata keçirilir. Son illərdə ölkəmizdə bank sisteminin geniş inkişafı, bank məhsullarının və xidmətlərinin çeşidliliyinin durmadan artması nağdsız dövriyyənin formalaşmasına və genişləndirilməsinə səbəb olan əsas amillərdəndir.

Cari ilin on bir ayı ərzində də banklar tərəfindən ödəniş kartları infrastrukturu inkişaf etdirilib.Elektron ödəniş məkanının formalaşdırılması işləri davam etdirilir. Muxtar Respublikada 181883 ədəd bank ödəniş kartı mövcuddur, muxtar respublikanın şəhər, rayon və iri kənd yaşayış mərkəzlərində 89 ədəd bankomat və 227 ədəd POS-terminal quraşdırılıb. Ümumilikdə banklar tərəfindən emissiya edilmiş 181883 ödəniş kartının 98.9 %-i debet, 1.1 %-i isə kredit yönümlüdür. Əməkhaqqı və pensiyaların, sosial müavinətlərin ödənilməsinin 97,5 %-i, qeyri-dövlət sektorunda isə əməkhaqlarının 27 %-i ödəniş kartları vasitəsilə həyata keçirilir. Onu da qeyd etmək lazımdır ki, kartlardan istifadə səviyyəsinin artımı ilə istehlak, iqtisadi artım arasında elastiklik əlaqəsi güclüdür. Belə ki, kartlardan istifadə səviyyəsinin 1% artması istehlakın 0,056%, iqtisadi artımın isə 0,035% artımına səbəb olur. Bankomatların və POS-terminalların sayında da əvvəlki aylarla müqayisədə artım müşahidə olunmaqdadır.

Naxçıvan şəhərində maliyyə xidmətlərinə çıxış imkanları olan bankomatların sayı hər 10 min nəfərə 7.4 ədəd təşkil edir ki, bu da ölkə üzrə orta göstəricidən xeyli yüksəkdir. Ancaq bütün bunlara baxmayaraq, muxtar respublikada nağdsız ödənişlərin xüsusi çəkisi ümumi ödənişlərin 3,8-4 faizini təşkil edir ki, bu da aşağı göstəricidir. Məhz bu göstəricinin iqtisadiyyatdakı çəkisini artırmaq məqsədilə 2013-2015-ci illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması üzrə tədbirlər planı” işlənib hazırlanmışdır. Tədbirlər planında maliyyə sektorunun aparıcı subyektləri olan banklar və digər maliyyə təsərrüfatlarının qarşısına nağdsız ödəniş sisteminin tətbiqinin genişləndirilməsi ilə yanaşı, ictimaiyyətin maarifləndirilməsi və maraqlandırılması istiqamətində də geniş təbliğat-təşviqat işlərininin aparılması vəzifəsi qoyulmuşdur.Aparılan tədbirlər gələcəkdə nağdsız əməliyyatların həcmini yüksəltməklə bu sahədə keyfiyyətcə yeni nəticələrin əldə olunmasına zəmin yaradacaqdır.

Naxçıvan Muxtar Respublikasında Nağdsız Hesablaşmaların Həcmi Artır.

Merkezi BankNağdsız ödəniş pul və pul vəsaitlərinin nağd olmadan banklar və səlahiyyəti olan digər maliyyə mənbələri vasitəsilə həyata keçirilən pul dövriyyəsinin forması olub, ən etibarlı hesablaşma şəklidir. Təbii ki, bunun üçün etibarlı əməliyyat sistemi, geniş texniki imkanlar və subyektlər arasında inam olmalıdır. İlk iki məsələni yalnız maddi imkanlar hesabına, özü də qısa müddətdə reallaşdırmaq mümkündürsə, üçüncü məsələ maarifləndirmə və təbliğat tələb edir.

Nağdsız ödəniş sistemlərinin dünyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyatlarındakı çəkisinə diqqətedərkən bu sistemin iqtisadi inkişaf üçün nə dərəcədə əhəmiyyət kəsb etdiyini görmüş olarıq. Bunu statistic rəqəmlər də göstərir. Nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında maliyyə- iqtisadi siyasətin reallaşdırılması məqsədini daşıyır. Bu sahədə beynəlxalq təcrübədən, inkişaf etmiş ölkələrdə tətbiq olunan stimullaşdırıcı tədbirlərdən yararlanmaqla, habelə əhalinin maarifləndirilməsi və məlumatlandırılması yolu ilə nağdsız ödəniş sisteminin genişləndirilməsinə nail olmaq mümkündür.

Dünya təcrübəsində təyin olunmuş limitdən artıq nağd hesablaşmalar həyata keçirən hüquqi şəxslərə cərimələr tətbiq olunur. Fransada bir əqd üzrə nağd aparılmış əməliyyat həcmi 1300 ABŞ dolları həcmini aşdıqda, artıq məbləğin 5 faizi həcmində cərimə tətbiq edilir. Müvafiq olaraq, bu göstəricilər Rusiyada 3400 ABŞ dollarını aşdıqda 50 faiz, Bolqarıstanda 3300 ABŞ dollarını aşdıqda fiziki şəxslərə 25 faiz, hüquqi şəxslərə 50 faiz həcmində müəyyən olunur. Muxtar respublikada nağdsız aparılan əməliyyatlara görə müxtəlif güzəştlər tətbiq edilir, bonuslar və mükafatlar verilir. “Naxçıvanbank”Açıq Səhmdar Cəmiyyəti tərəfindən Naxçıvan şəhərində fəaliyyət göstərən bir sıra böyük xidmət və ticarət müəssisələrində aparılan nağdsız əməliyyatlara görə 5 faiz həcmində güzəştlər edilir.Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi tərəfindən də həvəsləndirici tədbirlər həyata keçirilir.

Cari ilin iyul ayında daha çox nağdsız əməliyyat aparmaqda fərqlənmiş 76 nəfər qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. Belə tədbirlər davam etdiriləcəkdir. Nağdsız ödəniş sistemi maliyyə vəsaitləri- nin dövriyyəsinin sürətlənməsi, nağd pul kütləsinin ixtisarı, ödəniş məbləğinin dəqiq aparılması kimi iqtisadi, vaxt itkisinin aradan qaldırılması kimi sosial əhəmiyyətli üstünlüklərə malikdir. Çünki, əsasən, bankların və digər maliyyə təşkilatlarının yaratdığı sistem vasitəsilə həyata keçirilən nağdsız ödəniş əməliyyatlarında bütün hüquqi və fiziki şəxslər sərbəst şəkildə iştirak etmək imkanlarına malik olurlar. Eyni zamanda bu sistem maliyyə intizamına nəzarət etməyə, maliyyə əməliyyatlarında şəffaflığın qorunmasına, vətəndaşların rahatlığının təmin olunmasına, müştərilərin və bank əməliyyatlarının təhlükəsizliyinə şərait yaradır.

Nağdsız hesablaşmalar nağd ödənişlə müqayisədə bir çox üstünlüklərə malikdir. Belə ki, bu sistem nağd ödənişlərdə olduğu kimi, pulların təkrar hesablanmasını tələb etmir, vergidənyayınma hallarının qarşısını alır, əhaliyə dövlət təşkilatları tərəfindən göstərilən kommunal və sair xidmət haqlarının rahat şəkildə, yəni heç kimə müraciət etmədən ödənilməsini, canlı ünsiyyətin azalması nəticəsində qanundankənar halların aradan qaldırılmasını təmin edir. Həmçinin nağdsız ödəniş sistemindən istifadə etməklə əlavə pulun çap olunmasına, nağd pulun daşınmasına, saxlanılmasına, yoxlanılmasına sərf edilən əlavə xərclərə qənaət edilir.

Hazırda nağdsız ödənişlərin muxtar respublikamızın maliyyə sektorundakı payı artan templə davam etməkdədir. Bu mənada nağdsız ödənişlərin iqtisadiyyatdakı çəkisini artırmaq üçün 2013-2015-ci illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması üzrə Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər Planına uyğun olaraq, maliyyə sektorunun aparıcı subyektləri olan banklar və digər maliyyə təsərrüfatları tərəfindən nağdsız ödəniş sisteminin tətbiqinin texniki tərəflərinin həll edilməsi, infrastrukturun inkişafı və təkmilləşdirilməsi, ictimaiyyətin maarifləndirilməsi və maraqlandırılması, geniş təbliğat-təşviqat işlərinin aparılması istiqamətindəki fəaliyyət uğurla həyata keçirilir. Məhz bunun nəticəsidir ki, tədbirlər planının qəbulundan əvvəlki dövrlə müqayisədə böyük irəliləyişlər əldə edilmiş, istər infrastruktur, istərsə də əhalinin maarifləndirilməsində böyük uğurlara nail olunmuşdur. Belə ki, muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən indiyədək təkcə Naxçıvan şəhərində 424, rayonlarda və kənd mərkəzlərində 268 olmaqla, ticarət və xidmət müəssisələrində, restoranlarda, otellərdə və digər iaşə obyektlərində 692 ədəd POS-terminal quraşdırılmışdır. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfədən çox artım deməkdir. Hazırda muxtar respublikada ödəniş kartlarının sayı 198 min 899 ədədə çatdırılmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz – 21 min 459 ədəd artım deməkdir. Quraşdırılmış bankomatların sayı isə 7 ədəd artırılaraq 92 ədəd təşkil etmişdir.

Nağdsız ödənişlərin genişləndirilməsi məqsədilə muxtar respublikada vətəndaşlara ödəniş kartları vasitəsilə vergi və rüsumları, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu və yerli şöbələrinə sosial sığorta haqlarını nağdsız şəkildə, istər müvafiq idarələrdə quraşdırılmış POS-terminal, istərsə də internet portalları vasitəsilə ödəmə imkanları təqdim edilir. Eyni zamanda mobil və stasionar rabitə üzrə xərclər, qaz, enerji kimi kommunal xərclər internet üzərindən elektron şəkildə ödənilə bilər. Bunlara uyğun olaraq, banklar tərəfindən müştərilərə təqdim edilən çeşidli nağdsız ödəniş vasitələri də bu sistemin genişlənməsi istiqamətində öz rolunu oynayır. Nağdsız ödəniş alətləri infrastrukturunun genişləndirilməsi, əhalinin bu istiqamətdə maarifləndirilməsi və həyata keçirilən digər tədbirlər nağdsız ödənişlərin həcminin artması ilə nəticələnmişdir. Belə ki, təkcə bu ilin avqust ayı ərzində banklar tərəfindən muxtar respublikada quraşdırılmış POS-terminallar, internet və digər ödəniş sistemləri vasitəsilə aparılan nağdsız əməliyyatların həcmi, ümumilikdə, 1 milyon 325 min 217 manat təşkil etmişdir. Muxtar respublikada elektron hökumətin inkişaf etdirilməsi, müvafiq infrastrukturun yaradılması nağdsız ödəniş sisteminin inkişafına xidmət edən amillərdir.

Bütün bu tədbirlərin həyata kecirilməsi nağd pul dovriyyəsinin məhdudlaşdırılmasında, təsərrüfat subyektlərində maliyyə intizamının gücləndirilməsində,yüksək odəniş mədəniyyətinin formalaşdırılması- nda mühüm rol oynayacaqdır.

Ölkə üzrə kreditlərin orta faiz dərəcəsinin ən aşağı səviyyəsi MR-da müşahidə edilmişdir.

Merkezi Bank 2014-cü il oktyabr ayının 1-nə muxtar respublika iqtisadiyyatına kredit qoyuluşları 98 milyon 92 min manat təşkil etmişdir. 2014-cü ilin yanvar – sentyabr aylarında verilmiş kreditlərin həcmi isə 41 milyon 636 min manat təşkil etmiş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 440 min manat (20.3%) artmışdır. Bu müddət ərzində verilmiş kreditlərin 31.7%-i və ya 13 milyon 211 min manatı kənd təsərrüfatının inkişafı üçün yönəldilmişdir. Sosial və şəxsi xidmətlərin göstərilməsi məqsədilə istehlaka yönəldilən kreditlərin həcmi isə 14 milyon 25 min manat (33.7%) olub. İnşaat və əmlak sahəsinin payına kreditlərin 6 milyon 520 min manatı (15.7%), biznesin inkişafına isə 3 milyon 629 min manatı (8.7%) düşüb. Sənaye və istehsal sahəsinə kreditlərin 2 milyon 258 min manatı və ya 5.4%-i, iqtisadiyyatın digər sahələrinə isə 1 milyon 993 min manatı və ya 4.8%-i yönəldilib. 2014-cü ilin yanvar-sentyabr aylarında verilmiş kreditlərin 15 milyon 542 min manatı (37,3%) qısamüddətli, 26 milyon 94 min manatı (62.7%) isə uzunmüddətli kreditlər olub. Muxtar respublikamızda kreditlərin ötən illə müqayisədə artımı ilə bərabər, verilmiş kreditlərin ölkə üzrə ən aşağı faiz dərəcəsi də müşahidə edilmişdir.

Azərbaycan Respublikası Mərkəzi Bankının 01 sentyabr 2014-cü il tarixə açıqladığı hesabata əsasən kreditlərin orta faiz dərəcəsi Abşeron iqtisadi rayonu üzrə 18.7%, Lənkəran iqtisadi rayonu üzrə 23.7%, Gəncə-Qazax iqtisadi rayonu üzrə 21.5%, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 23.6%, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 20.5% olduğu halda Naxçıvan Muxtar Respublikasında kreditlər üzrə orta faiz dərəcəsi 13 faiz olmuşdur.

Azərbaycan Respublikası Mərkəzi Bankının 01 sentyabr 2014-cü il tarixə açıqladığı hesabata əsasən kreditlərin orta faiz dərəcəsi Abşeron iqtisadi rayonu üzrə 18.7%, Lənkəran iqtisadi rayonu üzrə 23.7%, Gəncə-Qazax iqtisadi rayonu üzrə 21.5%, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 23.6%, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 20.5% olduğu halda Naxçıvan Muxtar Respublikasında kreditlər üzrə orta faiz dərəcəsi 13 faiz olmuşdur.

Ailə büdcəsinin planlaşdırılması əsassız borclanmaların qarşısını alır.

Merkezi BankAilə həyatı – ailə təsərrüfatının və ailə büdcəsinin təşkili bütün dövrlərin və bütün cəmiyyətlərin aktual problemi hesab edilir. Ailənin psixoloji və sosial vəziyyəti qədər onun iqtisadi vəziyyəti də ailənin yaşayış səviyyəsinə təsir göstərən önəmli faktordur. Çünki maddi problemlərlə əlaqədar bir sıra məsələlər ailə daxilində sıxıntılara gətirib çıxarır. Bu kimi maddi problemlərin qaşısını almaq üçün ailə büdcəsinin planlaşdırılması şərtdir. Ailə büdcəsi ailə üzvlərinin tələbatlarının ödənilməsinin əsas və başlıca mənbəyidir. Müəyyən müddət ərzində ailənin gəlirlərinin və xərclərinin məcmusu olan ailə büdcəsi dövlət, müəssisə, büdcələrində olduğu kimi gəlir və xərclərin fərqindən asılı olaraq aktiv və ya müsbət büdcə, passiv və ya kəsirli mənfi büdcə kimi qiymətləndirilir. Eyni zamanda, ailə büdcəsi gündəlik, həftəlik, aylıq və illik büdcə şəklində formalaşdırılır və istifadə olunur. Ailənin gəlirlərinin və xərclərinin quruluşunun ailə büdcəsində əks olunması həm də ailənin həyat səviyyəsi haqqında tədqiqat və araşdırma aparmağa imkan verir və əlverişli məlumat mənbəyi kimi çıxış edir.

İnkişaf etmiş ölkələrdə ailələrin böyük bir qismi öz ailə büdcələrini planlaşdırsalar da, təəssüf ki, ölkəmizdə belə bir planlaşdırma ölkə əhalisinin sadəcə 20%-ə qədər kiçik bir hissəsi tərəfindən həyata keçirilir. Bugün Böyük Britaniyada ailələrin təxminən 90%-i ailə büdcəsini tərtib edir. Böyük Britaniyanın statistika idarəetmə saytında ailə büdcəsinin planlaşdırılması ilə bağlı xüsusi kalkul- yator var. Ailələr həmin büdcə formasından istifadə edərək, inflyasiya səviyyəsini nəzərə alaraq, gəlirlərini daxil etmək və xərclərini seçməklə büdcələrininin planlaşdırılmasını həyata keçirirlər. Həmin ölkələrdə ailə büdcəsinin planlaşdırılması üçün instisional baza mövcuddur.

Bugün muxtar respublikamızda yaşayan ailələrin böyük bir qisminin ailə büdcəsi planlaşdırmasından xəbərsiz olması və ya az maraq göstərməsi ailə gəlirlərinin səmərəliliyini də aşağı salır. Bu mənada ailə büdcəsi çox vacibdir. Əgər ailədə büdcə planlaşdırılmırsa, gəlirlər kortəbii şəkildə xərclərə yönəldilirsə, ailədə qənaət yoxdursa, ərzaq və qeyri-ərzaq məhsullarının alınmasında israfçılığa yol verilirsə, gəlir çox olsa belə, ailənin xərclərinin qarşısını almaq mümkün olmayacaq. Bu isə ailələrin borclanmasına və ya qarşılaşdığı hər hansı maddi çətinlikdə kredit üçün banklara müraciət etməsinə gətirib çıxarır. Son statistik məlumatlara əsasən əhali gəlirlərinin təxminən 20%-ə qədərini borclanma təşkil edir. Ölkəmizdə artıq əhalinin qarşılaşdığı hər kiçik maddi problemlə bağlı istehlak krediti almaq üçün banklara üz tutması isə ənənəyə çevrilmişdir. Məhz bunun nəticəsidir ki, son vaxtlar istehlak kreditlərinin kredit portfelindəki payı 40%-ə qədər yüksəlmişdir. Mənfi cəhətlərdən biri də ondan ibarətdir ki, ailələrin böyük bir qismi götürdükləri kreditləri öz gəlirlərinə daxil edirlər. Bu cür yalnış yönləndirmə gələcək aylar ərzində ailələrin xərclərinin artımında özünü büruzə verir. Belə ki, alınmış kreditlər sadəcə istifadə edildiyi başlanğıc anında ailə daxilində istehlakı canlandırır. Növbəti ayda kredit üzrə geri ödənişlər başladığı andan etibarən isə ailə daxili xərcləri artırır və alıcılıq qabiliyyətini aşağı salır.

Ailə büdcəsi planlaşdırılan zaman diqqət edilməli bir neçə faktor mövcuddur. Bunlardan birincisi,ailə üzvlərinin hər birinin əldə etdiyi gəlirlərin (əmək haqqının, pensiyanın, təsərrüfat fəaliyyətindən əldə edilən gəlirlərin, əmlakın icarəsindən əldə edilən və digər gəlirlərin) əvvəlcədən müəyyənləşdirilməsi və düzgün təhlilidir. İkinci əsas amil isə xərcləri müəyyənləşdirmək, onları büdcəyə uyğunlaşdırmaq və ciddi nəzarətdə saxlamaqdan ibarətdir. Eyni zamanda lazım olmayan xərcləri müəyyən etməklə və düzgün qərarların verilməsi yolu ilə xərclərə qənaət etmək də mümkündür. Təcrübəyə əsasən, xərcləri ciddi nəzarətdə saxlamaq və düzgün təhlil etməklə gözlənilməyən xərclərdən qaçmaq və ya 25 faizədək qənaət etmək olar.

Bu baxımdan ailə büdcəsini planlaşdırmaq, ailə üzvlərinin əldə etdiyi gəlirlər və edilən xərcləri müəyyənləşdirmək və bu prosesi hər ay mütəmadi şəkildə davam etdirməklə ailələr qarşılaşa biləcəkləri maddi problemlərin öhdəsindən gələ bilər və əsassız borclanmalara yol verməzlər.

Kənd təsərrüfatı kreditləri payız aylarında da davam etdiriləcəkdir.

Merkezi Bank Müasir bazar iqtisadiyyatı şəraitində Muxtar respublikamızda bankların verdiyi kreditlər nəticəsində iqtisadiyyatın ayrı-ayrı sahələrinin maliyyələşdirilməsi məhz bank sektorunun iqtisadiyyatın inkişafında rolunun əsas göstəricisidir. Banklarımız tərəfindən Muxtar Respublika vətəndaşlarının əlverişli maliyyə resursları ilə təmin edilməsi müxtəlif istehsal və xidmət sahələrinin yaradılmasına, onların inkişafına, bu sahələrdə fəaliyyətin genişləndirilməsinə, əhali tələbatlarının daxili bazar hesabına ödənilməsinə istiqamətlənmiş prioritet məsələdir. Muxtar Respublikada fəaliyyət göstərən banklar və bank olmayan digər kredit təşkilatları tərəfindən iqtisadiyyatın ayrı-ayrı sahələrinə verilən kreditlər həmin sahələrdə məhsulların istehsalının artımına, istehsal olunmuş məhsulların ixracına, məşğulluğun artırılmasına, ümumilikdə Muxtar Respublika iqtisadiyyatının bütün sahələrinin inkişafına birbaşa və dolayı yolla təsir edir.

Qeyd etdiyimiz kimi, Muxtar Respublikamızda kreditləşmə iqtisadiyyatın müxtəlif sahələri üzrə aparılır. Bu proses 2014-cü ilin ilk 8 ayında da banklar və bank olmayan kredit təşkilatları tərəfindən uğurla həyata keçirilmişdir. Ümumilikdə, 2014-cü ilin yanvar - avqust ayları ərzində Muxtar Respublika iqtisadiyyatının inkişafı üçün verilmiş kreditlər 37 milyon 17 min manat təşkil etmişdir, bu isə ötən ilin müvafiq dövrüylə müqayisədə 7 milyon 736 min manat artım deməkdir. Verilmiş kreditlər sənaye, tikinti, ticarət, nəqliyyat, daşınmaz əmlakla əlaqədar ipoteka krediti, digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi üçün istehlak və kənd təsərrüfatı kreditlərini əhatə edir. Bu sahələr içərisində Muxtar Respublika iqtisadiyyatının aparıcı sahələrindən hesab olunan kənd təsərrüfatı mühüm yerlərdən birini tutur. Belə ki, kənd təsərrüfatı ilə məşğul olan əhaliyə, fermerlərə, sahibkarlara bu müddət ərzində verilən kreditlərin həcmi 11 milyon 657 min manat təşkil etmiş, bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 9 min manat artım deməkdir. O cümlədən kənd təsərrüfatının da ayrı-ayrı sahələri üzrə verilən kreditlərin həcmində artım tempi müşahidə olunmaqdadır. Belə ki, bostan-tərəvəz bitkilərinin yetişdirilməsi məqsədilə verilən kreditlər ötən illə müqayisədə 857 min manat artım olmaqla 1 milyon 139 min manat təşkil etmişdir. Heyvandarlığın inkişafı üçün ayrılan kreditlərin həcmi 7 milyon 940 min manat olmuş, bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 159 min manat artım deməkdir. İstixana təsərrüfatının yaradılması və inkişafı məqsədilə banklar və bank olmayan kredit təşkilatları tərəfindən 535 min manat kredit verilmişdir, bu sahədə isə ötən ilin müvafiq dövrüylə müqayisədə 504 min manat artım olmuşdur. Cəlb edilən maliyyə resurslarının artım tempi ilə müşahidə olunan sahələrdən biri də arıçılıqdır. Belə ki, bu sahənin inkişafına istiqamətləndirilmiş kreditlərin həcmi 400 min manat olmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə 257 min manat artım müşahidə edilmişdir.

Bütün bunlarla yanaşı qarşıdan payız mövsümün gəlməsi və payızlıq əkinlərin həyata keçirilməsi ilə bağlı əhalinin maliyyə resusrlarına yarana biləcək tələbatlarının ödənilməsi üçün Muxtar Respublikada fəaliyyət göstərən bank və bank olmayan kredit təşkilatları bu istiqamətdə hazırlıqlarını davam etdirir. Payızlıq taxıl əkini kreditləşməsində sahibkarlara güzəştli kreditlərin verilməsi də davam etdiriləcəkdir. Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlığının başlıca şərtidir. Bu baxımdan ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatında əsas strateji sahə olan kənd təsərrüfatının inkişafı daim diqqət mərkəzində olmalıdır. Aqrar sahədə gü¬zəştli kreditləşdirmə imkanlarının genişlənməsi öz müsbət nəticələrini göstərməkdədir. Bü¬tün bunlar aqrar sektorda istehsal həcmini artırmaqla yanaşı, bu sahədə yüksək məhsuldarlığa və səmərəliliyə, qabaqcıl texnologiyaların tətbiqinə, emal müəssisələri şəbəkəsinin genişləndirilməsinə, ən əsası isə yerli məhsullarımızın rəqabət qabiliyyətinin artırılmasına gətirib çıxarır. Aqrar sahədə sahibkarlığın inkişafı kənddə orta təbəqənin formalaşması prosesinə də təkan verir.

Naxçıvan Muxtar Respublikasında Vətəndaşların banklara inamı artır.

Merkezi BankSon illərdə muxtar respublika vətəndaşlarının öz gəlirlərinin bir hissəsini banklarda əmanət şəklində saxlamaları artıq bank sektorunun əhalidə inam yaratdığının bariz nümunəsidir. Baxmayaraq ki, banklar tərəfindən əhalidən cəlb edmiş əmanətlərin həcmi ümumi kredit qoyuluşunun 6% - ni təşkil edir, ancaq ötən ilin müvafiq dövrüylə müqayisədə 01 sentyabr 2014-cü il tarixə 1 milyon 322 min manat artaraq 5 milyon 996 min manat olması ona əsas verir ki, əhali artıq banklara etibar edir. Xarici valyuta ilə cəlb olunan əmanətlərin həcmi isə 1 milyon 470 min manat təşkil edir ki, bu da ötən ilin müvafiq dövrüylə müqayisədə 439 min manat artım deməkdir. Qeyd edək ki, muxtar respublikada fəaliyyət göstərən banklar illik 4%-dən 20%-dək əmanətləri qəbul edir. Əmanətlərin siğortalanması fondunun fəaliyyət göstərməsi və muxtar respublikada fəaliyyət göstərən bütün bankların bu fondun üzvü olması əhalinin banklara olan inamının artırılmasında kifayət qədər həlledici məqamdır.

Artıq banklarda yerləşdirilən və ümumi məbləği 30 min manatdan yuxarı olmayan, illik faizi 9% - dən artıq olmayan bütün əmanətlər siğortalanır. Bu o deməkdir ki, vətəndaşın bankda yerləşdirdiyi əmanətin məbləği 30 min manatdan, illik faizi 9% - dən artıq deyilsə, bankın müflis olduğu halda belə vətəndaşın əmanəti qaytarılacaq. Çünki həmin bankdakı əmanətlər sözügedən meyarlar daxilində əmanətlərin siğortalanması fondu tərəfindən siğortalanıb. Bu baxımdan fond vətəndaşların banklara olan inamının artırılması üçün kifayət qədər həlledici və böyük təsirə malikdir.

Baxmayaraq ki, banklar tərəfindən əhalidən cəlb edmiş əmanətlərin həcmi ümumi kredit qoyuluşunun6%-ni təşkiledir, ancaq ötən ilin müvafiq dövrüylə müqayisədə 01 sentyabr 2014-cü il tarixə 1 milyon 322 min manat artaraq 5 milyon 996 min manat olması ona əsas verir ki, əhali artıq banklara etibar edir. Xarici valyuta ilə cəlb olunan əmanətlərin həcmi isə 1 milyon 470 min manat təşkil edir ki, bu da ötən ilin müvafiq dövrüylə müqayisədə 439 min manat artım deməkdir. Qeyd edək ki, muxtar respublikada fəaliyyət göstərən banklar illik 4%-dən 20%-dək əmanətləri qəbul edir. Əmanətlərin siğortalanması fondunun fəaliyyət göstərməsi və muxtar respublikada fəaliyyət göstərən bütün bankların bu fondun üzvü olması əhalinin banklara olan inamının artırılmasında kifayət qədər həlledici məqamdır.

Artıq banklarda yerləşdirilən və ümumi məbləği 30 min manatdan yuxarı olmayan, illik faizi 9% - dən artıq olmayan bütün əmanətlər siğortalanır. Bu o deməkdir ki, vətəndaşın bankda yerləşdirdiyi əmanətin məbləği 30 min manatdan, illik faizi 9% - dən artıq deyilsə, bankın müflis olduğu halda belə vətəndaşın əmanəti qaytarılacaq. Çünki həmin bankdakı əmanətlər sözügedən meyarlar daxilində əmanətlərin siğortalanması fondu tərəfindən siğortalanıb. Bu baxımdan fond vətəndaşların banklara olan inamının artırılması üçün kifayət qədər həlledici və böyük təsirə malikdir.



Bankların Valyuta Kursları

Bankların Valyuta Kursları

Mərkəzi Bankın
Maliyyə məlumatları

AMB kursları
30.11.2020
1 ABŞ dolları 1.7000
1 Avro 2.0156
1 Rusiya rublu 0.0240
1 Avstriya dolları 1.3726
1 Funt sterlinq 2.4094
1 Türk lirəsi 0.2585
100 İran rialı 0.0047
1 Kanada dolları 1.3800
1 Küveyt dinarı 5.6725
1 Sinqapur dolları 1.2977
1 Ukrayna qrivnası 0.0607
100 Yapon yeni 1.5619
1 Gürcü larisi 0.6800
1 Zelandiya dolları 1.0131
1 Qazaxıstan tengesi 0.0038
1 Qırxizstan somu 0.0207
1 Polşa zlotısı 0.4109
1 Tayvan dolları 0.0561

 
Faiz dəhlizinin parametrləri
30.11.2020
Dəhlizinin aşağı həddi6.25 %
Dəhlizinin yuxarı həddi7.25%
Uçot faiz dərəcəsi6.75 %

 
Bank sektoru
01.08.2020
Kredit qoyuluşları (min.AZN)195202.80
Əhalinin əmanətləri (min.AZN)9164.70

 
Bank metalları
30.11.2020
1 t.u.Qızıl2684.1640
1 t.u. Gümüş26.6648
1 t.u Platin1350.6670
1 t.u Palladium3223.4975

 
Mərkəzi Bank
Pull bazarı
30.11.2020
Dövriyyədə olan notların həcmi
(mln.AZN)
370.00
Notlar üzrə son
faiz dərəcəsi
(faiz)
3.85%

 
Mərkəzi Bank Monetar göstəricilər
30.11.2020
Rəsmi Valyuta ehtiyatları həcmi(mln.USD)6400.90
MB Pul Bazarı
(mln.AZN)
12112.30

Webmail


Webmail

2020 © Naxçıvan Muxtar Respublikası İdarəsi. Bütün hüquqlar qorunur.