Azərbaycan Respublikası Mərkəzi Bankı
        Naxçıvan Muxtar Respublikası İdarəsi

  • Ünvanı: Naxçıvan şəhəri C.Məmmədquluzadə-32
  • Saytın ünvanı: www.cbar.nakhchivan.az
  • Email ünvani: mb@nakhchivan.az
  • Telefon(faks): 550-59-11 550-59-12 550-59-13


 

Azərbaycan Respublikası Mərkəzi Bankının Pul Siyasətinin Bəyanatı


Azərbaycan Respublikasının Mərkəzi Bankının 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatı.

Ailə büdcəsiMöhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə həyata keçirilən müasirləşmə strategiyası və uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkədə yüksək iqtisadi artım dinamikası formalaşmış, dayanıqlı makroiqtisadi sabitlik şəraitində bu iqtisadi artımın “inklüziv” inkişafa, sosial rifaha və yüksək həyat standartlarına sürətli transformasiyası baş vermişdir.Nəticədə Azərbaycan adambaşına düşən ümumu daxili məhsulun həcminə görə 100 pillə irəliləyərək qısa zaman ərzində orta gəlirli dövlətlər qrupuna daxil olmuşdur.

2013-cü il, son 10 ili əhatə edən parlaq quruculuq və inkişaf dövrünü uğurla tamamlamaqdadır. XXI əsrin əvvəllərindən başlayaraq yüksək inkişaf sürəti götürmüş ölkə iqtisadiyyatı son 5 ildə yaşanan qlobal iqtisadi və maliyyə böhranı şəraitində də uğurla inkişaf etməkdə davam edir. Aparıcı ölkələr hələ də böhran qarşıdurması problemlərini həll etdiyi bir vaxtda, Azərbaycan dayanıqlı inkişafa yönəlmiş yeni strateji vəzifələri həyata keçirir. Ölkə makroiqtisadi dayanıqlıq göstəricilərinə görə dünyada ilk onluqda qərarlaşmışdır. Milli iqtisadiyyat yüksək məşğulluq həddində fəaliyyət göstərir. Ölkədə yüz minlərlə yeni iş yerləri açılmış, regionların sosial-iqtisadi inkişafı sürətlənmişdir.

2013-cü ildə Mərkəzi Bank öz siyasətini tarazlı inkişafın vacib şərtləri olan makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasına yönəldərək aşağı inflyasiya, sabit məzənnə, bank-maliyyə sektorunda dayanıqlıq kimi mühüm hədəflərə nail olmuş, ölkədə maliyyə vasitəçiliyi genişlənmiş və şaxələnmişdir. 2014-cü ildə də ölkədə iqtisadi artım və inkişaf proseslərinin dəyişkən qlobal konyunktur, yüksək daxili iqtisadi fəallıq şəraitində davam edəcəyi gözlənilir. Mərkəzi Bank özünün siyasət prinsiplərinin irsiliyini saxlamaqla, 2014-cü ildə ölkə iqtisadiyyatının qarşısında duran yeni strateji vəzifələrin həllinə hərtərəfli dəstək verəcək və qlobal iqtisadiyyatdan gələ bilən risklərin neytrallaşdırılmasına çalışacaqdır. Növbəti ildə Mərkəzi Bank ölkədə makroiqtisadi sabitliyə, bank sektorunda maliyyə dayanıqılığı və sabitliyinin qorunmasına, habelə maliyyə vasitəçiliyinin dərinləşməsinə yönəldilmiş siyasətini davam etdirəcəkdir.

1.2013-cü ildə Mərkəzi Bankın fəaliyyəti. 2013-cü ildə Mərkəzi Bank bütövlükdə, qanunla müəyyən olunmuş mandatı üzrə məqsəd və funksiyaların icrasını təmin etmişdir. Makroiqtisadi sabitlik institutu olaraq Mərkəzi Bank iqtisadiyyatın tarazlı inkişafının mühüm şərti olan makroiqtisadi sabitliyi qorumuş, iqtisadi tsiklə adekvat olaraq pul siyasətinin stabilləşdirici və təşviqedici imkanlarından istifadə etmişdir. Eyni zamanda bank sektorunda riskləri və izafi hərarətlənməni tənzimləmək üçün maliyyə sabitliyinin idarə olunmasının çevik alətləri tətbiq olunmuşdur. İqtisadiyyatda şaxələnmə proseslərinə dəstək vermək üçün bank sektorunun maliyyə vasitəçiliyinin, habelə maliyyə infrastrukturunun inkişafını təşviq etməklə Mərkəzi Bank hökumətin cari ildə iqtisadi siyasətinin həyata keçirilməsində fəal iştirak etmişdir. Öz vəzifə və funksiyalarını daha effektiv həyata keçirmək üçün 2013-cü ildə Mərkəzi Bankda institusional inkişafın sürətlənməsinə yönəlmiş 40-a yaxın müxtəlif layihələr həyata keçirilmişdir.

1.1. Qlobal iqtisadi şərait. 2013-cü ildə qlobal iqtisadi artım gözləniləndən aşağı olmuş və dünyanın müxtəlif regionları fərqli artım templərini nümayiş etdirmişdir. Dünya iqtisadiyyatında yenidən tarazlaşma prosesi davam etmiş, yüksək borc yükünə malik ölkələrdə iqtisadi artım mənbələrinin dövlət və özəl sektor arasında balanslaşmasına yönəlmiş struktur siyasətlər həyata keçirilmişdir.

ABŞ, Avrozona və digər aparıcı iqtisadi güc mərkəzlərində sərtləşən büdcə siyasəti qlobal iqtisadi artıma əhəmiyyətli təsir etmişdir. Fiskal konsolidasiya tədbirləri ciddi borc və kəsir problemini aradan qaldırmaqla büdcə dayanıqlığının artırılmasına yönəlmişdir. Vergi siyasətləri isə vergi yükünün istehsaldan istehlak üzərinə keçirilməsinə istiqamətlənmişdir. Bununla belə, dövlət xərclərinin əhəmiyyətli azalmasının iqtisadi artım və məşğulluğa məhdudlaşdırıcı təsirini aradan qaldırmaq üçün 2013-cü ildə əksər ölkələrdə mərkəzi banklar pul siyasətini yumşaltmışlar.

Bir sıra ölkələrin mərkəzi bankları öz siyasətlərini işsizliyin azalmasından asılı olaraq dəyişəcəyini bəyan etmişlər. Cari ildə nəzərdən keçirilmiş 64 ölkənin 54-də mərkəzi banklar başlıca faiz dərəcəsini azaltmışlar. Beynəlxalq Valyuta Fondu (BVF) 2013-cü ildə müxtəlif valyutalar üzrə LİBOR dərəcəsinin ötən illə müqayisədə 0.1-0.3% aşağı olacağını proqnozlaşdırır.

1.2. Azərbaycanda iqtisadi inkişaf prosesləri İQTİSADİ ARTIM. 2013-cü ildə məcmu daxili tələb yüksək səviyyədə qalmış, bu şəraitdə iqtisadi artım başlıca olaraq qeyri-neft sektoru hesabına davam etmişdir. Cari ilin 11 ayında real ÜDM 5.7%, o cümlədən qeyri-neft sektorunda 9.5% artmışdır. Ökədə iqtisadi artım tempi dünya (3.6%) və MDB (3.4%) üzrə orta artım tempini üstələyir. Azərbaycan 70 mlrd. ABŞ dolları həcmində iqtisadiyyata malikdir (dünyada 67-ci yer). Həyata keçirilən fəal şaxələnmə siyasəti sayəsində qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi 56%-ə yüksəlmişdir.

2013-cü ildə iqtisadi artıma daxili tələbin bütün elementləri müsbət təsir etmişdir. Cari ildə dövlət büdcəsi xərclərinin 10% artması daxili tələbi yüksəldən əsas amillərdən olmuşdur. Əhalinin son istehlak xərcləri isə dövr ərzində 15% artmışdır. Şaxələnməyə təkan verən investisiyalar 11 ayda 15%, o cümlədən qeyri-neft sektoruna 8% artmışdır. İnvestisiyaların 70%-indən çoxu qeyri-neft sektorunun payına düşmüşdür.

Mərkəzi Bankın real sektor müəssissələri və ev təsərrüfatları arasında apardığı sorğuya görə Biznes və İstehlakçı İnam İndeksləri yüksək səviyyədə qalmaqdadır. Bu meyl şirkətlərin satışlarının, yeni mal və xidmət sifarişlərinin artması, müəssisələrin və əhalinin nikbin gözləntiləri ilə bağlıdır. Daşınmaz əmlak bazarında qiymətlərin qlobal böhran öncəsi səviyyəyə yaxınlaşması da iqtisadi aktivlik və gəlir səviyyəsinin davamlı yüksəlməsini göstərir.

Azərbaycan Respublikası Mərkəzi Bankının 20 illiyi.

Merkezi BankAzərbaycan Mərkəzi Bankının fəaliyyətə başlamasının 20 illiyi münasibəti ilə yubiley tədbiri keçirilib.Tədbirdə çıxış edən Mərkəzi Bankın sədri Elman Rüstəmov mərasim iştirakçılarını salamlayaraq, bildirdi ki, Azərbaycan Mərkəzi Bankının yubileyi müstəqil dövlət quruculuğu tarixinin ən parlaq dövründə – ölkəmizin davamlı inkişafı, getdickə müasirləşməsi və qabaqcıl dünya dövlətləri sırasına cəsarətlə qoşulması şəraitində qeyd edilir. Azərbaycan bu gün sözün əsl mənasında sosial, iqtisadi və mədəni intibah dövrünü yaşayır. Bu intibahın əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən uzaqgörən iqtisadi strategiyaya və onun bəhrələrinə söykənir. E.Rüstəmov Mərkəzi Bankın 20 illik inkişaf dövrünə nəzər saldı. Bildirdi ki, Azərbaycan öz dövlət müstəqilliyini qazandıqdan sonra, 1992-ci ilin fevral ayında yaradılan Mərkəzi Bankın ilk illərdəki fəaliyyəti ölkədəki qeyri sabit siyasi və iqtisadi vəziyyət dövrünə təsadüf etmişdir. Bu dövrdə Mərkəzi Bankın yaranması və fəaliyyətinin hüquqi bazası olsa da onun qiymətlərin səviyyəsinin və milli valyutanın məzənnəsinin sabitliyinə yönələn səmərəli pul siyasəti yeritmək, sabit bank sistemi qurmaq üçün imkan və təcrübəsi yox idi. Siyasi iqtisadi böhran, hərbi təcavüz və vətəndaş qarşıdurması ilə müşayət olunan belə bir çətin dövrdə məhz Ümummilli lider Heydər Əliyevin siyasi dəstəyi ilə ölkədəki makroiqtisadi sabitliyin təmin edilməsi istiqamətində genişmiqyaslı, radikal islahatlar həyata keçirildi və bəhrəsini verdi.

Mərkəzi Bankın əhəmiyyətli valyuta ehtiyatları formalaşdı, infilyasiyanın səviyyəsi minimuma endi, manatın məzənnəsinin sabitliyinə nail olundu. Mərkəzi Bank ölkədə dayanıqlı bank sisteminin formalaşmasında, ödəniş sisteminin müasirləşməsində, elektron bankçılıq təcrübəsinin tətbiqində, iqtisadiyyatın nağd pulla fasiləsiz təmin olunmasında, nəhayət insan kapitalının formalaşmasında qarşısında duran vəzifələri müvəffəqiyyətlə həll etmişdir. Çıxışında Elman Rüstəmov həmçinin qeyd etdi ki, 20 illik fəaliyyəti dövründə Mərkəzi Bank üç böyük böhran sınağından uğurla çıxmışdır. Belə ki, Mərkəzi Bankın hökumətlə birlikdə məqsədyönlü fəaliyyəti sayəsində 1993-1994-cü il transformasiya böhranı, 1998-ci il Asiya və 2008-ci il qlobal maliyyə böhranları zamanı ölkədə makroiqtisadi sabitlik və bank sisteminin dayanıqlığı qorunmuş, iqtisadi inkişafa zəruri dəstək verilmişdir. E.Rüstəmov qeyd etdi ki, son qlobal maliyyə böhranından sonra dünya müstəvisində baş verən dəyişikliklər, post-böhran dövründə dünyada gedən gərgin iqtisadi proseslər fonunda Mərkəzi Bankın qarşısında duran vəzifələr də mürəkkəbləşir, yeni hədəflər yaranır. Mərkəzi Bankın başlıca missiyası qiymətlərin sabitliyini təmin etmək, maliyyə sabitliyini qorumaq və ölkənin iqtisadi inkişafına dəstək verməkdir. Onun sözlərinə görə, mühüm dövlət institutu olaraq Mərkəzi Bank bundan sonra da ölkənin iqtisadi inkişafında fəal iştirak edəcəkdir.

Prezident İlham Əliyevin “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasının hazırlanması barədə sərəncamını xatırladan E. Rüstəmov bildirdi ki, sənədin strateji prioriteti yaxın illərdə ölkənin yüksək gəlirli dövlətlər qrupuna daxil olmasını təmin etməkdir. Bu prioritetdən çıxış edərək və “XXI əsrin Mərkəzi Bankı” ideyasını rəhbər tutaraq Mərkəzi Bank müasir çağırışları öz missiyası çərçivəsində yeni strategiya və innovasiyalarla adekvat qarşılamaq əzmindədir. Tədbirdə həmçinin yubiley münasibətilə hazırlanmış poçt markasının təqdimatı, eləcə də “Azərbaycan Mərkəzi Bankının ölkə iqtisadiyyatında rolu” mövzusunda məqalə müsabiqəsinin və “Azərbaycanın iqtisadi inkişafında bank sisteminin rolu və inkişaf istiqamətləri” mövzusunda referat müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi də keçirildi. Daha sonra Mərkəzi Bankın 20 illik fəaliyyətini əks etdirən “Azərbaycan Mərkəzi Bankı – 20 ildə” adlı film nümayiş etdirildi.

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi.

Merkezi Bank 19 iyul 2011-ci il tarixdə dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbovun «2011-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial–iqtisadi inkişafının yekunları haqqında» məruzəsində və 2011-ci ilin ikinci yarısında qarşıda duran vəzifələrlə əlaqədar Muxtar Respublika ərazisində fəaliyyət göstərərən bankların qarşısında bir sıra vəzifələr qoyulmuşdur.2011-ci ilin sosial-iqtisadi inkişafının yekunları Muxtar Respublikanın dinamik inkişaf yolunda olduğunu bir daha təsdiqləyir. Yüksək inkişaf özünü ümumi daxili məhsulun istehsalında, orta əmək haqqı məbləğinin artımında, insanların həyat tərzində, müasir informasiya texnologiyalarına çıxış imkanlarında, biznesin inkişafına dövlət dəstəyinin göstərilməsində və digər makroiqtisadi göstəricilərdə qabarıq göstərir.

Muxtar Respublikada gedən yüksək inkişaf, iqtisadi resursların düzgün və məqsədyönlü realizə edilməsi, real sektorun dəstəklənməsi, bank sisteminin fəaliyyəti üçün əlverişli şərait yaratmışdır. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və qeyri bank kredit təşkilatları tərəfindən 1 yanvar 2012-ci il tarixə Muxtar Respublikanın Iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 75 milyon 347 min manat, o cümlədən uzunmüddətli kredit qoyuluşu 52 milyon 5 min manat, qısamüddətli kredit qoyuluşu isə 23 milyon 342 min manat təşkil edir. 1 yanvar 2011-ci il tarixlə müqayisədə kredit qoyuluşu 15 milyon 195 min manat və ya 25,3 % artmışdır.Muxtar Respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu əsasən real sektorun inkişafına yönəldilmişdir ki, bu da Muxtar Respublikanın rayonlarında və Naxçıvan şəhərində yerli sənaye və istehlak malları istehsalının həcminin artması və yeni-yeni iş yerlərinin yaranmasında mühüm rol oynamışdır. Bank və qeyri-bank kredit təşkilatları tərəfindən 47 milyon 229 min manat kredit verilmişdir ki, bunun da 28 milyon 192 min manatı qısamüddətli, 19 milyon 37 min manatı isə uzunmüddətli kredit təşkil edir. Kreditlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 milyon 320 min manat artmış və ya bu artım 131.5% təşkil etmişdir. 2011-ci ilin 12 ayında verilmiş kreditin 15 milyon 848 min manatı kənd təsərrıfatı, 5 milyon 667 min manatı sənaye, 619 min manatı tikinti, 50 min manatı balıqçılıq, 6 milyon 603 min manatı kommersiya, 1 milyon 305 min manatı nəqliyyata, 7 milyon manatı maliyyə fəaliyyəti üçün, 1 milyon 360 min manat ipoteka kreditlərinin verilməsinə, 50 min manatı səhiyyəyə, 8 milyon 727 min manatı digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi, istehlak kreditlərinin verilməsi kimi sahələrə yönəldilmişdir.İpoteka kreditlərinin verilməsi əhalinin mənzillə təminatına şərait yaratmaqla bərabər mənzil tikinti sektorunun inkişafına da təkan vermişdir.

Mərkəzi Bankın lisenziyası ilə fəaliyyət göstərən 4 bank olmayan kredit təşkilatı və 5 kredit ittifaqı vasitəsilə 11506 nəfərə kənd təsərrüfatı məhsulları istehsalı və biznes üçün 16 milyon 372 min manat, o cümlədən 15 milyon 906 min manat qısa müddətli, 466 min manat isə uzunmüddətli kredit verilmişdir. Verilmiş kreditlərin 34,7%-i bank olmayan kredit təşkilatlarının üzərinə düşür. Gələcəkdə bu cür kreditlər verilməsinin həcminin artırılması istiqamətində lazımı iş aparılır. 2011-ci ildə verilən kreditlərdə orta faiz dərəcəsi 11,7 faiz olmuşdur ki, bu da Azərbaycan Respublikasında ən aşağı faiz dərəcəsidir.Muxtar Respublikada fəaliyyət göstərən banklar tərəfindən fiziki və hüquqi şəxslərə açılmış bank hesablarının işlək hesablara çevrilməsi istiqamətində də lazımi tədbirlər həyata keçirilmişdir. Banklar tərəfindən 2175 hüquqi, 10776 fiziki şəxs olmaqla 12951 müştəriyə xidmət göstərilmişdir. Xidmət olunan hesabların 10246-ı işlək hesab olmuşdur ki, onların 1236-ı hüquqi, 9010-u fiziki şəxsdir. 2011-ci ildə 45 hüquqi, 3765 fiziki şəxs olmaqla 3810 müştəriyə yeni bank hesabı açılmışdır.

2012-ci illərdə yaradılan ərzaq məhsuları istehsalı, xidmət müəssisələri və digər sahibkarlıq subyektlərinin bank fəaliyyətinə cəlb edilməsi; Muxtar Respublikanın böyük kənd yaşayış mərkəzlərində bankomatların quraşdırılmasının davam etdirilməsi, kənd yerlərində yaşayan əhalinin pensiya və müavinətləri plastik kartlarla verilməsinin təmin edilməsi; Ticarət və ictimai iaşə obyektlərində, rüsumların qəbul edilməsi üçün Gömrük və Yol Polisi idarələrində yeni POS terminalların quraşdırılması, mövcud POS-terminalların fəaliyyətinin artırılması üzərində işlərin aparılması; Kiçik və orta sahibkarlığa, kənd təsərrüfatı və ərzaq məhsulları istehsalçılarına kredit dəstəyinin davam etdirilməsi; Vaxtı keçmiş kredit borclarının qaytarılması təmin edilməlidir.

29 dekabr 2011-ci il tarixdə dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasında Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbovun «2011-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial–iqtisadi inkişafının yekunları haqqında» və 2012-ci ildə qarşıda duran vəzifələrlə əlaqədar məruzəsində Naxçıvan Muxtar Resubliasında fəaliyyət göstərən bütün bank qurumları qarşısında qoyulan vəzifələr layiqincə yerinə yetirməklə fiziki və hüquqi şəxslərdə olan nağd pul kütləsinin bank dövriyyəsinə cəlb edilməsi, bankların nağd pula olan tələbatının vaxtında ödənilməsi, bank sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, kredit portfelinin keyfiyyətinə nəzarətin gücləndirilməsi, pul dövriyyəsinin təşkilinin daha da müasirləşdirilməsi, infilyasiya hədəfi çərçivəsində iqtisadiyyatın pula tələbatının ödənilməsi, bank infrastrukturunun inkişafı, qeyri nağd ödənişlərin miqyasının artırılması, yeni bank xidmətlərinin yaradılması sahəsində Mərkəzi Bankın Naxçıvan Muxtar Rspublikası İdarəsi bundan sonra da bank strukturları ilə birgə öz fəaliyyətini günün tələbləri səviyyəsində quracaqdır.

Elektron hökumətin qurulmasının Dövlət Proqramı.

Merkezi BankElektron hökumətin qurulmasının Dövlət Proqramı.Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN xidmət") ilə birlikdə "Elektron hökumət"in qurulması layihələrinin növbəti mərhələlərinin həyata keçirilməsi üzrə Dövlət Proqramını hazırlayıb. Trend-in məlumatına görə, bunu cümə axşamı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Cənubi Koreyanın Azərbaycandakı səfiri Çoi Suk İn ilə görüşdə deyib. Nazirin sözlərinə görə, Dövlət Proqramının həyata keçirilməsi üzrə işlərin yaxın vaxtlarda başlaması gözlənilir. "Elektron hökumət"in qurulması sahəsində liderlərdən biri Cənubi Koreyadır. Biz bu ölkə ilə yeni Dövlət Proqramının qəbulundan sonra gələcəkdə də əməkdaşlıq etmək niyyətindəyik" , - o qeyd edib. Abbasovun sözlərinə görə, Azərbaycan Cənubi Koreya şirkətlərinin ölkənin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinə cəlb edilməsində maraq göstərir.

"Ötən ilin dekabrında qəbul edilmiş "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən, yaxın 10 il ərzində ölkənin ümumi daxili məhsulunun (ÜDM) iki dəfə artırılması nəzərdə tutulur. Burada əsas rol qeyri-neft sektoruna məxsus olacaq. Onun ayrılmaz hissələrini isə elm, təhsil, yüksək texnologiyalar və müasir tipli sahibkarlığın inkişafı təşkil edəcək. Onun sözlərinə görə, söhbət, həmçinin müasir tipli bazar iqtisadiyyatının saxlanılması, əlverişli rəqabət mühitinin yaradılması, sahibkarlığa dəstək və s.-dən gedir.

"Hazırda ölkə rəhbərliyi səviyyəsində əsas diqqət "Elektron hökumət"in qurulmasına ayrılır. "Elektron hökumət" iqtisadiyyat və sahibkarlığın inkişafına, həmçinin cəmiyyətin demokratikləşməsinə güclü təsir etməyə hesablanıb" , - Abbasov bildirib."Elektron hökumət"in qurulması sahəsində liderlərdən biri Cənubi Koreyadır. Biz bu ölkə ilə yeni Dövlət Proqramının qəbulundan sonra gələcəkdə də əməkdaşlıq etmək niyyətindəyik" , - o qeyd edib. Abbasovun sözlərinə görə, Azərbaycan Cənubi Koreya şirkətlərinin ölkənin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinə cəlb edilməsində maraq göstərir.

"Ötən ilin dekabrında qəbul edilmiş "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən, yaxın 10 il ərzində ölkənin ümumi daxili məhsulunun (ÜDM) iki dəfə artırılması nəzərdə tutulur. Burada əsas rol qeyri-neft sektoruna məxsus olacaq. Onun ayrılmaz hissələrini isə elm, təhsil, yüksək texnologiyalar və müasir tipli sahibkarlığın inkişafı təşkil edəcək.

Onun sözlərinə görə, söhbət, həmçinin müasir tipli bazar iqtisadiyyatının saxlanılması, əlverişli rəqabət mühitinin yaradılması, sahibkarlığa dəstək və s.-dən gedir. "Hazırda ölkə rəhbərliyi səviyyəsində əsas diqqət "Elektron hökumət"in qurulmasına ayrılır. "Elektron hökumət" iqtisadiyyat və sahibkarlığın inkişafına, həmçinin cəmiyyətin demokratikləşməsinə güclü təsir etməyə hesablanıb" , - Abbasov bildirib.

Ipotekanın faizinin azaldılacağı,məbləğinin isə artırılacağı gözlənilir.

Merkezi Bank Azərbaycan Parlamentinin ipoteka şərtlərinə təklif etdiyi dəyişiklər açıqlanıb. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Əli Məsimli Trend-ə bildirib ki, "İpoteka haqqında" qanuna təklif olunan dəyişiklər faiz dərəcəsinə və məbləğinə aid olacaq. Məsimli bildirib ki, dəyişikliklər, ilk növbədə ipoteka kreditlərinin faiz dərəcəsinə aiddir. "Dünyanın bir sıra inkişaf etmiş ölkələrində ipoteka kreditləri illik 4 faizlə, sosial ipotekalar isə 2 faizlə verilir. Biz də təklif edirik ki, adi ipotekalar indiki 8 faizdən 5 faizə, sosial ipotekalar isə 4 faizdən 1-2 faizədək endirilsin",- Məsimli vurğulayıb.

Eyni zamanda millət vəkili qeyd edib ki, 20 faiz ilkin ödəniş də vətəndaşlar üçün bir sıra hallarda əlavə çətinliklər törədir və bu ya ləğv olunmalı, ya azaldılmalıdır. İqtisadi siyasət komitəsinin üzvü, həmçinin ipoteka üçün ayrılan məbləğin həcminə də toxunub. O qeyd edib ki, ipoteka krediti üçün ayrılan vəsaitin yuxarı həddi 50 min manatdan 70 min manata qədər artırılmalıdır. "Düzdür, Azərbaycan Prezidenti İlham Əliyevin bu il "Azərbaycan Respublikasında güzəştli ipoteka kreditlərinin verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi haqqında fərmanına əsasən, sosial ipoteka çərçivəsində kreditin maksimum məbləği 35 min manatdan 50 min manatadək artırılıb. Lakin mənzil bazarına baxanda görürük ki, 50 min manata da Bakıda normal 2-3 otaqlı mənzil almaq çətindir. Bu səbəbdən ayrılan məbləğin 70 min manatadək artırılmasını təklif edirik", - Əli Məsimli vurğulayıb.

Hazırda AİF-in şərtlərinə görə, Azərbaycanda adi ipotekanın verilməsinin maksimum həddi 50 min manat təşkil edir və səkkiz faiz dərəcə ilə 25 il müddətinə verilir. Sosial ipoteka 50 min manat təşkil edir və dörd faiz dərəcə ilə 30 il müddətinə verilir. Güzəştli kreditlər üçün ilkin ödəniş 15 faiz, adi kreditlər üçün isə 20 faiz təşkil edir.

Kreditlər milli valyutada - manatla və yalnız Azərbaycan vətəndaşlarına verilməlidir, ipotekanın predmeti yalnız mənzil və şəxsi evlər ola bilər, ipoteka kreditinin məbləği ipoteka üçün girov qoyulan daşınmaz əmlakın bazar qiymətinin 80 faizini, kreditə görə aylıq ödəniş borcalanın aylıq gəlirinin 70 faizini ötməməlidir. Güzəştli şərtlər şəhid, milli qəhrəmanlar və məcburi köçkün ailələrinin üzvlərinə, ən azı üç il iş təcrübəsi olan dövlət qulluqçularına, elmlər namizədləri və doktorluq dərəcəsi olanlara, idman sahəsində xüsusi xidmətləri olan şəxslərə, həmçinin maksimum üç il xidmət stajı olan hərbiçilərə şamil edilir.

Güzəştli ipoteka krediti alan hər ailə bundan yalnız bir dəfə istifadə edə bilər. Kreditlər milli valyutada - manatla və yalnız Azərbaycan vətəndaşlarına verilməlidir, ipotekanın predmeti yalnız mənzil və şəxsi evlər ola bilər, ipoteka kreditinin məbləği ipoteka üçün girov qoyulan daşınmaz əmlakın bazar qiymətinin 80 faizini, kreditə görə aylıq ödəniş borcalanın aylıq gəlirinin 70 faizini ötməməlidir.

Güzəştli şərtlər şəhid, milli qəhrəmanlar və məcburi köçkün ailələrinin üzvlərinə, ən azı üç il iş təcrübəsi olan dövlət qulluqçularına, elmlər namizədləri və doktorluq dərəcəsi olanlara, idman sahəsində xüsusi xidmətləri olan şəxslərə, həmçinin maksimum üç il xidmət stajı olan hərbiçilərə şamil edilir. Güzəştli ipoteka krediti alan hər ailə bundan yalnız bir dəfə istifadə edə bilər.

Bakıda 7-ci Qafqaz Beynəlxalq sərgisi keçiriləcək.

Merkezi BankAprel ayının 4-dən 6-dək Bakı Ekspo Mərkəzində regionun mehmanxana və restoran sənayesinin yeganə ixtisaslaşdırılmış tədbiri - "HOREX Caucasus 2013" 7-ci Qafqaz Beynəlxalq "Mehmanxanalar, Restoran və Supermarketlər üçün avadanlıq və ləvazimatlar" sərgisi keçiriləcək. Sərginin təşkilatçıları qismində "Iteca Caspian" MMC və "ITE Group plc" şirkəti çıxış edirlər. Son illər Azərbaycanda mehmanxana sahəsində yüksək inkişaf müşahidə olunur. Bakı şəhərində, eləcə də regionlarda yeni və müasir standartlara cavab verən müxtəlif növ otel və mehmanxanalar tikilmişdir və bu proses hazırda da davam etdirilir. Qonaqpərvərlik sahəsində bu cür fəallığın təzahürü şirkətlərin yüksək səviyyəli turizm xidmətlərini ehtiva edən müasir təmayülləri və yeni texnologiyaları nümayiş etdirdikləri ixtisaslaşdırılmış sərginin keçirilməsinin aktuallığını bir daha sübut edir.

"HOREX Caucasus 2013" sərgisində mehmanxana və restoran biznesi, eləcə də biznes müəssisələri üçün öz məhsullarını nümayiş etdirən Azərbaycan, Almaniya, İtaliya, Kanada, Lüksemburq, Türkiyə və Rusiyanın 30-dan çox şirkəti iştirak edəcək. Stendlərdə tekstil dizaynı və müxtəlif növ interyerlər üçün dekorlar üzrə məhsullar, mehmanxanalar üçün kosmetik vasitələr və ətriyyat, beşulduzlu otellərdən tutmuş "fast-food" sistemində fəaliyyət göstərən müəssisələrə qədər müxtəlif profillər üçün peşəkar mətbəxin yaradılması üzrə avadanlıqlar, restoranlar üçün qab-qacaq və şüşə materiallar, təmizlik vasitələri və müasir təmizləmə avadanlıqları, restoranlar şəbəkəsi üçün idarəetmə üzrə proqram təminatı və digər məhsullar nümayiş etdiriləcək. Sərginin ekspozisiyasında supermarketlər üçün alış-veriş arabaları və müxtəlif səbətlər kimi avadanlıqlar da təqdim olunacaq. "Otel, restoran və kafelər üçün içkilər" ("HoReCa") bölümündə isə şərab, məşhur brendlərin istehsalı olan çay və qəhvə, eləcə də içməli su növləri nümayiş etdiriləcək.

Sözügedən sərgi Azərbaycanın regionlarından olan əksər mehmanxanalarının iştirak etdiyi "AITF-2013" Azərbaycan Beynəlxalq "Turizm və səyahət" sərgisi ilə eyni meydançada keçiriləcək. Sərgilərin birlikdə keçirilməsi mehmanxana nümayəndələrinə "HOREX Caucasus 2013" sərgisində nümayiş etdirilən yeni texnologiyalarla birbaşa tanış olmaq üçün unikal imkan yaradacaq. İştirakçılar isə öz stendlərində təqdimatlar və ustad dərsləri ("master klass") keçirəcəklər və burada iştirakçı və ziyarətçilər yeni avadanlıqları bilavasitə istismar şəraitində görə biləcəklər.

Beləliklə, Azərbaycanda sürətlə inkişaf edən turizm və mehmanxana biznesinin tələblərini əks etdirən "HOREX Caucasus" sərgisi üç gün ərzində ölkəmizdə mehmanxana və restoran sənayesinin peşəkarları üçün ideal iş meydançasına çevriləcəkdir.Sərginin ekspozisiyasında supermarketlər üçün alış-veriş arabaları və müxtəlif səbətlər kimi avadanlıqlar da təqdim olunacaq. "Otel, restoran və kafelər üçün içkilər" ("HoReCa") bölümündə isə şərab, məşhur brendlərin istehsalı olan çay və qəhvə, eləcə də içməli su növləri nümayiş etdiriləcək.

Sözügedən sərgi Azərbaycanın regionlarından olan əksər mehmanxanalarının iştirak etdiyi "AITF-2013" Azərbaycan Beynəlxalq "Turizm və səyahət" sərgisi ilə eyni meydançada keçiriləcək. Sərgilərin birlikdə keçirilməsi mehmanxana nümayəndələrinə "HOREX Caucasus 2013" sərgisində nümayiş etdirilən yeni texnologiyalarla birbaşa tanış olmaq üçün unikal imkan yaradacaq. İştirakçılar isə öz stendlərində təqdimatlar və ustad dərsləri ("master klass") keçirəcəklər və burada iştirakçı və ziyarətçilər yeni avadanlıqları bilavasitə istismar şəraitində görə biləcəklər. Beləliklə, Azərbaycanda sürətlə inkişaf edən turizm və mehmanxana biznesinin tələblərini əks etdirən "HOREX Caucasus" sərgisi üç gün ərzində ölkəmizdə mehmanxana və restoran sənayesinin peşəkarları üçün ideal iş meydançasına çevriləcəkdir.

Azərbaycanda birja valyuta bazarı 940 milyon dollar təşkil edib.

Merkezi Bank 2012-ci il dekabr аyının yекunlаrınа görə, Bакı Bаnкlаrаrаsı Vаlyutа Birjаsının (BBVB) valyuta seksiyasının USD/AZN üzrə hərraclarının ümumi həcmi 63,730 milyon manat və yaxud dollar ekvivalentində 81,223 milyon təşkil edib. Trend-in məlumatına görə, bu barədə birjanın çərşənbə günü yaydığı məlumatda deyilir. Noyabr ayı ilə müqayisədə valyuta bölməsinin həcm göstəriciləri hesabat dövründə 1,927 milyon manat və yaxud 3 faiz artıb. BBVB-nin vаlyutа bölməsində USD/AZN_TOD aləti üzrə кеçirilən hərrаclаrda 13 bаnk iştirак еdib. Birja Elektron Ticarət Sistemində ("BEST") hesabat ayında 44 ticarət sessiyası keçirilib və 33 əqd qeydə alınıb. Hesabat ayında Birja Elektron Ticarət Sistemində USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 3,692 milyon dollara çatıb, halbuki, hər əqdin orta həcmi 2,461 milyon dollar təşkil edib. Ötən ilin yekunlarına görə, Birja Elektron Ticarət Sistemində (BEST) valyuta bölməsində hərraclarının ümumi həcmi 738,149 milyon manat təşkil edib.

Bununla belə birja hərraclarının həcmi 2011-ci ilin dövriyyəsi ilə müqayisədə 272 milyon manat və ya 27 faiz azalıb. Dollar üzrə keçirilən hərracların ümumi həcmi 737,837 milyon manat (940 milyon dollar) təşkil edib. EUR/AZN aləti üzrə isə 0,312 milyon manat və yaxud AVRO ekvivalentində 0,300 milyon təşkil edib. 2012 il ərzində BEST sistemində cəmi 486 ticarət sessiyası baş tutub, onların iştirakçıları isə 20 bank olub. Qеyd еdəк кi, hеsаbаt аyındа birjаdа Аzərbаycаn mаnаtının USD/AZN_TOD aləti üzrə АBŞ dоllаrınа qаrşı məzənnəsi 0,23% düşüb - hər USD görə 0,7838-dən 0,7856 AZN qədər. Nəticədə milli vаlyutаnın АBŞ dоllаrınа nisbi оrtаölçülü birjа məzənnəsi dekabr аyındа 0,7846 manata bərаbər оlub.BBVB-nin vаlyutа bölməsində USD/AZN_TOD aləti üzrə кеçirilən hərrаclаrda 13 bаnk iştirак еdib. Birja Elektron Ticarət Sistemində ("BEST") hesabat ayında 44 ticarət sessiyası keçirilib və 33 əqd qeydə alınıb.

Hesabat ayında Birja Elektron Ticarət Sistemində USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 3,692 milyon dollara çatıb, halbuki, hər əqdin orta həcmi 2,461 milyon dollar təşkil edib. Ötən ilin yekunlarına görə, Birja Elektron Ticarət Sistemində (BEST) valyuta bölməsində hərraclarının ümumi həcmi 738,149 milyon manat təşkil edib. Bununla belə birja hərraclarının həcmi 2011-ci ilin dövriyyəsi ilə müqayisədə 272 milyon manat və ya 27 faiz azalıb. Dollar üzrə keçirilən hərracların ümumi həcmi 737,837 milyon manat (940 milyon dollar) təşkil edib. EUR/AZN aləti üzrə isə 0,312 milyon manat və yaxud AVRO ekvivalentində 0,300 milyon təşkil edib. 2012 il ərzində BEST sistemində cəmi 486 ticarət sessiyası baş tutub, onların iştirakçıları isə 20 bank olub. Qеyd еdəк кi, hеsаbаt аyındа birjаdа Аzərbаycаn mаnаtının USD/AZN_TOD aləti üzrə АBŞ dоllаrınа qаrşı məzənnəsi 0,23% düşüb - hər USD görə 0,7838-dən 0,7856 AZN qədər. Nəticədə milli vаlyutаnın АBŞ dоllаrınа nisbi оrtаölçülü birjа məzənnəsi dekabr аyındа 0,7846 manata bərаbər оlub.

Naxçıvan Muxtar Respublikasında Vətəndaşların banklara inamı artır.

Merkezi BankSon illərdə muxtar respublika vətəndaşlarının öz gəlirlərinin bir hissəsini banklarda əmanət şəklində saxlamaları artıq bank sektorunun əhalidə inam yaratdığının bariz nümunəsidir. Baxmayaraq ki, banklar tərəfindən əhalidən cəlb edmiş əmanətlərin həcmi ümumi kredit qoyuluşunun 6% - ni təşkil edir, ancaq ötən ilin müvafiq dövrüylə müqayisədə 01 sentyabr 2014-cü il tarixə 1 milyon 322 min manat artaraq 5 milyon 996 min manat olması ona əsas verir ki, əhali artıq banklara etibar edir. Xarici valyuta ilə cəlb olunan əmanətlərin həcmi isə 1 milyon 470 min manat təşkil edir ki, bu da ötən ilin müvafiq dövrüylə müqayisədə 439 min manat artım deməkdir. Qeyd edək ki, muxtar respublikada fəaliyyət göstərən banklar illik 4%-dən 20%-dək əmanətləri qəbul edir. Əmanətlərin siğortalanması fondunun fəaliyyət göstərməsi və muxtar respublikada fəaliyyət göstərən bütün bankların bu fondun üzvü olması əhalinin banklara olan inamının artırılmasında kifayət qədər həlledici məqamdır.

Artıq banklarda yerləşdirilən və ümumi məbləği 30 min manatdan yuxarı olmayan, illik faizi 9% - dən artıq olmayan bütün əmanətlər siğortalanır. Bu o deməkdir ki, vətəndaşın bankda yerləşdirdiyi əmanətin məbləği 30 min manatdan, illik faizi 9% - dən artıq deyilsə, bankın müflis olduğu halda belə vətəndaşın əmanəti qaytarılacaq. Çünki həmin bankdakı əmanətlər sözügedən meyarlar daxilində əmanətlərin siğortalanması fondu tərəfindən siğortalanıb. Bu baxımdan fond vətəndaşların banklara olan inamının artırılması üçün kifayət qədər həlledici və böyük təsirə malikdir.Qeyd edək ki, muxtar respublikada fəaliyyət göstərən banklar illik 4%-dən 20%-dək əmanətləri qəbul edir. Əmanətlərin siğortalanması fondunun fəaliyyət göstərməsi və muxtar respublikada fəaliyyət göstərən bütün bankların bu fondun üzvü olması əhalinin banklara olan inamının artırılmasında kifayət qədər həlledici məqamdır.

Artıq banklarda yerləşdirilən və ümumi məbləği 30 min manatdan yuxarı olmayan, illik faizi 9% - dən artıq olmayan bütün əmanətlər siğortalanır. Bu o deməkdir ki, vətəndaşın bankda yerləşdirdiyi əmanətin məbləği 30 min manatdan, illik faizi 9% - dən artıq deyilsə, bankın müflis olduğu halda belə vətəndaşın əmanəti qaytarılacaq. Çünki həmin bankdakı əmanətlər sözügedən meyarlar daxilində əmanətlərin siğortalanması fondu tərəfindən siğortalanıb. Bu baxımdan fond vətəndaşların banklara olan inamının artırılması üçün kifayət qədər həlledici və böyük təsirə malikdir.Qeyd edək ki, muxtar respublikada fəaliyyət göstərən banklar illik 4%-dən 20%-dək əmanətləri qəbul edir. Əmanətlərin siğortalanması fondunun fəaliyyət göstərməsi və muxtar respublikada fəaliyyət göstərən bütün bankların bu fondun üzvü olması əhalinin banklara olan inamının artırılmasında kifayət qədər həlledici məqamdır.

Artıq banklarda yerləşdirilən və ümumi məbləği 30 min manatdan yuxarı olmayan, illik faizi 9% - dən artıq olmayan bütün əmanətlər siğortalanır. Bu o deməkdir ki, vətəndaşın bankda yerləşdirdiyi əmanətin məbləği 30 min manatdan, illik faizi 9% - dən artıq deyilsə, bankın müflis olduğu halda belə vətəndaşın əmanəti qaytarılacaq. Çünki həmin bankdakı əmanətlər sözügedən meyarlar daxilində əmanətlərin siğortalanması fondu tərəfindən siğortalanıb. Bu baxımdan fond vətəndaşların banklara olan inamının artırılması üçün kifayət qədər həlledici və böyük təsirə malikdir.



Bankların Valyuta Kursları

Bankların Valyuta Kursları

Mərkəzi Bankın
Maliyyə məlumatları

AMB kursları
30.11.2020
1 ABŞ dolları 1.7000
1 Avro 2.0156
1 Rusiya rublu 0.0240
1 Avstriya dolları 1.3726
1 Funt sterlinq 2.4094
1 Türk lirəsi 0.2585
100 İran rialı 0.0047
1 Kanada dolları 1.3800
1 Küveyt dinarı 5.6725
1 Sinqapur dolları 1.2977
1 Ukrayna qrivnası 0.0607
100 Yapon yeni 1.5619
1 Gürcü larisi 0.6800
1 Zelandiya dolları 1.0131
1 Qazaxıstan tengesi 0.0038
1 Qırxizstan somu 0.0207
1 Polşa zlotısı 0.4109
1 Tayvan dolları 0.0561

 
Faiz dəhlizinin parametrləri
30.11.2020
Dəhlizinin aşağı həddi6.25 %
Dəhlizinin yuxarı həddi7.25%
Uçot faiz dərəcəsi6.75 %

 
Bank sektoru
01.08.2020
Kredit qoyuluşları (min.AZN)195202.80
Əhalinin əmanətləri (min.AZN)9164.70

 
Bank metalları
30.11.2020
1 t.u.Qızıl2684.1640
1 t.u. Gümüş26.6648
1 t.u Platin1350.6670
1 t.u Palladium3223.4975

 
Mərkəzi Bank
Pull bazarı
30.11.2020
Dövriyyədə olan notların həcmi
(mln.AZN)
370.00
Notlar üzrə son
faiz dərəcəsi
(faiz)
3.85%

 
Mərkəzi Bank Monetar göstəricilər
30.11.2020
Rəsmi Valyuta ehtiyatları həcmi(mln.USD)6400.90
MB Pul Bazarı
(mln.AZN)
12112.30

Webmail


Webmail

2020 © Naxçıvan Muxtar Respublikası İdarəsi. Bütün hüquqlar qorunur.