Azərbaycan Respublikası Mərkəzi Bankı
        Naxçıvan Muxtar Respublikası İdarəsi

  • Ünvanı: Naxçıvan şəhəri C.Məmmədquluzadə-32
  • Saytın ünvanı: www.cbar.nakhchivan.az
  • Email ünvani: mb@nakhchivan.az
  • Telefon(faks): 550-59-11 550-59-12 550-59-13


 

Kassa Əməliyatlarının Aparılması

Merkezi Bank

                  Mərkəzi   Bankın   xəzinə     infrastrukturunda     nağd   pullarla     əməliyatlar    aparmaq    üçün   dövriyyə kassaları    yaradılır.  Dövriyyə    kassası -əməliyyat günü     ərzində nağd    pul    və  qiymətllilərin qəbulu verilməsi üzrə müştərilərə  xidmət    göstərən    kassadır. Dövriyyə  kassaları    aşağıdakı    kassalara  bölünürlər:
 -- Mədaxil  kassası:
 -- Məxaric  kassası:
         Mədaxil  kassası- əməliyyat günü ərzində müştərilərdən nağd pul və qiymətllilərin qəbulunu  həyata  keşirən  kassadır.Məxaric  kassası- əməliyyat günü ərzində müştərilərə  nağd pul və qiymətllilərin verilməsini  həyata  keşirən  kassadır.
                  Mərkəzi   Bankın   xəzinə    infrastrukturunun   madaxil   kassalarına   müştərilər   tərəfindən təhvil  verilən nağd pulun qəbulu  Mərkəzi  Bankın    və  müştəri arasında bağlanmış bank hesabı müqaviləsinə əsasən   aparılr.Müştərilər tərəfindən təhvil verilmiş nağd  pulların yenidən   sayılması və ya  çeşidlənməsi   nətəcəsində   kənarlaşma (artıq və ya əskik gəlmə , tədavülə   yararlı olmayan, saxta pullar  və s)   aşkar edilərsə , yaranmış   fərq məbləği tərtib edilən aktlarla əsasən mübahizəsiz olaraq   müştərinin hesabından  silinir və  ya əksinə onun    hesabına mədaxil edilir.Bu şərt müştəri ilə bağlanan müqavilədə ayrıca   maddə ilə göstərilir.
                 Mərkəzi   Bankın   xəzinə   infrastrukturunun mədaxil kassalarına təhvil verilən nağd pullar
aşağıdakı  mədaxil sənədlərinə əsasən qəbul edilir:
     --nağd pulu mədaxili üçün elan (elan , qəbz ,order )
     --kassa mədaxil orderi
        Mərkəzi   Bankın   xəzinə    infrastrukturundan   nağd  pulların verilməsi məxaric kassaları vasitəsilə   həyata kecirilir.Nağd pulların  verilməsi məxaric sənədlərinə əsasən aparılır:
              -- nağd pul  almaq  üçün çek
-- kassa  məxaric  orderi
-- elektron ödəniş  tapşıriğı
           Mərkəzi   Bankın   xəzinə    infrastrukturunun kassirləri mədaxil   kassasına qəbul etdikləri nağd pulları nominallara  görə çeşidləyirlər.Kağız pullar yararlı və yararsizlığına , metal pullar isə yararlı və qüsurluluğuna (zədələnmələrinə) görə çeşidlənir və hər biri ayrılıqda formalaşdırılıb bağlanır.
            Xəzinə işinin təşkilinə , xəzinənin  qorunmasının təmin  edilməsinə və kassa əməliyyatla-rının aparılması qaydalarına ciddi əməl edilməsinə görə vəzifələrin bölüşdürülməsindən aslı olmayaraq , xəzinə  infraksturunun  rəhbərləri  şəxsən  məsuliyyət  daşıyırlar.
              Mərkəzi   Bankın   xəzinə    infrastrukturunun baş mühasibi (ərazi idarələrində) xəzinə müdiri , yenidənsayma bölməsinin müdiri  ( Çeşidlənmə  şöbəsinin  müdiri)  aidiyyət  üzrə aşağıdakıları təmin etməli, xəzinə infrakstirunun rəhbəri isə  bütün bunlara ümumi rəhbərliyi həyata keçirməlidir:
     --hüquqi və fiziki şəxslərə vaxtında kassa xidmətinin göstərilməsini;
              -- Mərkəzi   Bankın   xəzinə    infrastrukturunun xəzinəsində olan bütün nagd pul və qiymətlilərin tam qorunmasını;
               --nağd pul və qiymətlilərlə əməliyyatları yerinə yetirən kassa və çeşidləmə istənilən aidiyyəti baza , onları müvafiq iş sahələri ilə təmin etməsini və peşəkar hazırlıqları ilə əlaqədar tədbirlərin həyata keçirilməsini;
              --nağd pul və qiymətlilərin düzğ sayılmasını , artıq məsrəflərə və oğurluq hallarına yol verilməməsini , əgər belə hallar baş verərsə Azərbaycan Respublikasının qüvvədə olan qanunve-riciliyinə uyğun olaraq günahkar səxslərdən zərərin bərpa olunması üçün tədbirlər görulməsini , bu  şəxslərin     məsuliyyətə cəlb olunması üçün Mərkəzi Bankın qarşısında məsələ qaldırılması-nı ;
              -- aparılmış  yoxlamanın   nəticələrinə   görə   aşkar   olunan   kənarlaşmaları yoxlama müddətində   aradan qaldırılmasını.
             Xəzinə anbarlarında olan  nağd pul və digər qiymətlilərin saxlanmasına və onlarla əməliyatların  düzgun   aparılmasına  görə xəzinə müdiri qanunvericiliyə uyğun olaraq tam maddi məsuliyyət daşıyır.
              Mərkəzi   Bankın   xəzinə   infrastrukturunun  təşkili  və  kassa    əməliyyatlarının  aparılması  Mərkəzi Bankın İdarə Heyətinin Sədri  E.S.Rüstəmov tərəfindən 29 noyabr 2006-cı il tarixli Protokol 36
D/reyestr  161 saylı Azərbaycan Respublikasının Mərkəzi Bankında Xəzinə işinin təşkili və kassa əməliy-yat larının aparılmasının prosedur qaydaları  əsasən  həyata keçirilir.

 

                                       
                         



Bankların Valyuta Kursları

Bankların Valyuta Kursları

Mərkəzi Bankın
Maliyyə məlumatları

AMB kursları
30.11.2020
1 ABŞ dolları 1.7000
1 Avro 2.0156
1 Rusiya rublu 0.0240
1 Avstriya dolları 1.3726
1 Funt sterlinq 2.4094
1 Türk lirəsi 0.2585
100 İran rialı 0.0047
1 Kanada dolları 1.3800
1 Küveyt dinarı 5.6725
1 Sinqapur dolları 1.2977
1 Ukrayna qrivnası 0.0607
100 Yapon yeni 1.5619
1 Gürcü larisi 0.6800
1 Zelandiya dolları 1.0131
1 Qazaxıstan tengesi 0.0038
1 Qırxizstan somu 0.0207
1 Polşa zlotısı 0.4109
1 Tayvan dolları 0.0561

 
Faiz dəhlizinin parametrləri
30.11.2020
Dəhlizinin aşağı həddi6.25 %
Dəhlizinin yuxarı həddi7.25%
Uçot faiz dərəcəsi6.75 %

 
Bank sektoru
01.08.2020
Kredit qoyuluşları (min.AZN)195202.80
Əhalinin əmanətləri (min.AZN)9164.70

 
Bank metalları
30.11.2020
1 t.u.Qızıl2684.1640
1 t.u. Gümüş26.6648
1 t.u Platin1350.6670
1 t.u Palladium3223.4975

 
Mərkəzi Bank
Pull bazarı
30.11.2020
Dövriyyədə olan notların həcmi
(mln.AZN)
370.00
Notlar üzrə son
faiz dərəcəsi
(faiz)
3.85%

 
Mərkəzi Bank Monetar göstəricilər
30.11.2020
Rəsmi Valyuta ehtiyatları həcmi(mln.USD)6400.90
MB Pul Bazarı
(mln.AZN)
12112.30

Webmail


Webmail

2020 © Naxçıvan Muxtar Respublikası İdarəsi. Bütün hüquqlar qorunur.