Azərbaycan Respublikası Mərkəzi Bankı
        Naxçıvan Muxtar Respublikası İdarəsi

  • Ünvanı: Naxçıvan şəhəri C.Məmmədquluzadə-32
  • Saytın ünvanı: www.cbar.nakhchivan.az
  • Email ünvani: mb@nakhchivan.az
  • Telefon(faks): 550-59-11 550-59-12 550-59-13


 

Azərbaycan prezidenti İlham Əliyev Mərkəzi Bank əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. AzərTAcdan verilen məlumata görə, bank işinin inkişafındakı xidmətləri qarşılığında Bankın İdarə Heyətinin sədri Elman Sirac oğlu Rüstəmov “Şöhrət” ordeninə layiq görülüb. Alim Səlim oğlu Quliyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni alıb. Daha 15 nəfər isə “Tərəqqi” medalı ilə təltif olunub. Bunlar aşağıdakılardır:

Alıyev Tahir Alı oğlu

Babayev Aftandil Qasım oğlu

Daşdəmirova Gülnarə Sarı qızı

Ələsgərov Azər Abbas oğlu

Əliyev Ziya Zəfər oğlu

Əliyeva Aygün Nüsrəddin qızı

Əmirova Sevda Əliyar qızı

Xubanov Vadim Ələddin oğlu

Kərimova Mətanət Kərim qızı

Qurbanlı Vahid Nuhnəbi oğlu

Qurbanova Kəmalə Rafiq qızı

Manafov Elşad Hümbət oğlu

Məmmədov Səbuhi Hidayət oğlu

Məmmədyarov Əliyar Qəhrəman oğlu

Səlimov Rəşad Şaiq oğlu




   Azərbaycan Mərkəzi Bankının fəaliyyətə başlamasının 20 illiyi münasibəti ilə yubiley tədbiri keçirilib.

Tədbirdə çıxış edən Mərkəzi Bankın sədri Elman Rüstəmov mərasim iştirakçılarını salamlayaraq, bildirdi ki, Azərbaycan Mərkəzi Bankının yubileyi müstəqil dövlət quruculuğu tarixinin ən parlaq dövründə – ölkəmizin davamlı inkişafı, getdickə müasirləşməsi və qabaqcıl dünya dövlətləri sırasına cəsarətlə qoşulması şəraitində qeyd edilir. Azərbaycan bu gün sözün əsl mənasında sosial, iqtisadi və mədəni intibah dövrünü yaşayır. Bu intibahın əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən uzaqgörən iqtisadi strategiyaya və onun bəhrələrinə söykənir. E.Rüstəmov Mərkəzi Bankın 20 illik inkişaf dövrünə nəzər saldı. Bildirdi ki, Azərbaycan öz dövlət müstəqilliyini qazandıqdan sonra, 1992-ci ilin fevral ayında yaradılan Mərkəzi Bankın ilk illərdəki fəaliyyəti ölkədəki qeyri sabit siyasi və iqtisadi vəziyyət dövrünə təsadüf etmişdir. Bu dövrdə Mərkəzi Bankın yaranması və fəaliyyətinin hüquqi bazası olsa da onun qiymətlərin səviyyəsinin və milli valyutanın məzənnəsinin sabitliyinə yönələn səmərəli pul siyasəti yeritmək, sabit bank sistemi qurmaq üçün imkan və təcrübəsi yox idi. Siyasi iqtisadi böhran, hərbi təcavüz və vətəndaş qarşıdurması ilə müşayət olunan belə bir çətin dövrdə məhz Ümummilli lider Heydər Əliyevin siyasi dəstəyi ilə ölkədəki makroiqtisadi sabitliyin təmin edilməsi istiqamətində genişmiqyaslı, radikal islahatlar həyata keçirildi və bəhrəsini verdi. Mərkəzi Bankın əhəmiyyətli valyuta ehtiyatları formalaşdı, infilyasiyanın səviyyəsi minimuma endi, manatın məzənnəsinin sabitliyinə nail olundu. Mərkəzi Bank ölkədə dayanıqlı bank sisteminin formalaşmasında, ödəniş sisteminin müasirləşməsində, elektron bankçılıq təcrübəsinin tətbiqində, iqtisadiyyatın nağd pulla fasiləsiz təmin olunmasında, nəhayət insan kapitalının formalaşmasında qarşısında duran vəzifələri müvəffəqiyyətlə həll etmişdir. Çıxışında Elman Rüstəmov həmçinin qeyd etdi ki, 20 illik fəaliyyəti dövründə Mərkəzi Bank üç böyük böhran sınağından uğurla çıxmışdır. Belə ki, Mərkəzi Bankın hökumətlə birlikdə məqsədyönlü fəaliyyəti sayəsində 1993-1994-cü il transformasiya böhranı, 1998-ci il Asiya və 2008-ci il qlobal maliyyə böhranları zamanı ölkədə makroiqtisadi sabitlik və bank sisteminin dayanıqlığı qorunmuş, iqtisadi inkişafa zəruri dəstək verilmişdir. E.Rüstəmov qeyd etdi ki, son qlobal maliyyə böhranından sonra dünya müstəvisində baş verən dəyişikliklər, post-böhran dövründə dünyada gedən gərgin iqtisadi proseslər fonunda Mərkəzi Bankın qarşısında duran vəzifələr də mürəkkəbləşir, yeni hədəflər yaranır. Mərkəzi Bankın başlıca missiyası qiymətlərin sabitliyini təmin etmək, maliyyə sabitliyini qorumaq və ölkənin iqtisadi inkişafına dəstək verməkdir. Onun sözlərinə görə, mühüm dövlət institutu olaraq Mərkəzi Bank bundan sonra da ölkənin iqtisadi inkişafında fəal iştirak edəcəkdir. Prezident İlham Əliyevin “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasının hazırlanması barədə sərəncamını xatırladan E. Rüstəmov bildirdi ki, sənədin strateji prioriteti yaxın illərdə ölkənin yüksək gəlirli dövlətlər qrupuna daxil olmasını təmin etməkdir. Bu prioritetdən çıxış edərək və “XXI əsrin Mərkəzi Bankı” ideyasını rəhbər tutaraq Mərkəzi Bank müasir çağırışları öz missiyası çərçivəsində yeni strategiya və innovasiyalarla adekvat qarşılamaq əzmindədir. Tədbirdə həmçinin yubiley münasibətilə hazırlanmış poçt markasının təqdimatı, eləcə də “Azərbaycan Mərkəzi Bankının ölkə iqtisadiyyatında rolu” mövzusunda məqalə müsabiqəsinin və “Azərbaycanın iqtisadi inkişafında bank sisteminin rolu və inkişaf istiqamətləri” mövzusunda referat müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi də keçirildi. Daha sonra Mərkəzi Bankın 20 illik fəaliyyətini əks etdirən “Azərbaycan Mərkəzi Bankı – 20 ildə” adlı film nümayiş etdirildi.




Bankların Valyuta Kursları

Bankların Valyuta Kursları

Mərkəzi Bankın
Maliyyə məlumatları

AMB kursları
30.11.2020
1 ABŞ dolları 1.7000
1 Avro 2.0156
1 Rusiya rublu 0.0240
1 Avstriya dolları 1.3726
1 Funt sterlinq 2.4094
1 Türk lirəsi 0.2585
100 İran rialı 0.0047
1 Kanada dolları 1.3800
1 Küveyt dinarı 5.6725
1 Sinqapur dolları 1.2977
1 Ukrayna qrivnası 0.0607
100 Yapon yeni 1.5619
1 Gürcü larisi 0.6800
1 Zelandiya dolları 1.0131
1 Qazaxıstan tengesi 0.0038
1 Qırxizstan somu 0.0207
1 Polşa zlotısı 0.4109
1 Tayvan dolları 0.0561

 
Faiz dəhlizinin parametrləri
30.11.2020
Dəhlizinin aşağı həddi6.25 %
Dəhlizinin yuxarı həddi7.25%
Uçot faiz dərəcəsi6.75 %

 
Bank sektoru
01.08.2020
Kredit qoyuluşları (min.AZN)195202.80
Əhalinin əmanətləri (min.AZN)9164.70

 
Bank metalları
30.11.2020
1 t.u.Qızıl2684.1640
1 t.u. Gümüş26.6648
1 t.u Platin1350.6670
1 t.u Palladium3223.4975

 
Mərkəzi Bank
Pull bazarı
30.11.2020
Dövriyyədə olan notların həcmi
(mln.AZN)
370.00
Notlar üzrə son
faiz dərəcəsi
(faiz)
3.85%

 
Mərkəzi Bank Monetar göstəricilər
30.11.2020
Rəsmi Valyuta ehtiyatları həcmi(mln.USD)6400.90
MB Pul Bazarı
(mln.AZN)
12112.30

Webmail


Webmail

2020 © Naxçıvan Muxtar Respublikası İdarəsi. Bütün hüquqlar qorunur.