Azərbaycan Respublikası Mərkəzi Bankı
        Naxçıvan Muxtar Respublikası İdarəsi

  • Ünvanı: Naxçıvan şəhəri C.Məmmədquluzadə-32
  • Saytın ünvanı: www.cbar.nakhchivan.az
  • Email ünvani: mb@nakhchivan.az
  • Telefon(faks): 550-59-11 550-59-12 550-59-13

Bütün Xəbərlər

İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən koronavirus sınağından da uğurla çıxmasının başlıca şərtidir
31.03.2020

Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən koronavirus sınağından da uğurla çıxmasının başlıca şərtidirBunu Trend-ə Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.Onun sözlərinə görə, Azərbaycanın bu günə kimi əldə etdiyi bütün siyasi, iqtisadi, hərbi və diplomatik uğurlarının əsasında milli həmrəylik, milli birlik, xalq-iqtidar birliyi amili dayanıb. Bu birlik və həmrəylik müxtəlif dövrlərdə ölkəmizin həyatında ən mürəkkəb məsələlərin öhdəsindən uğurla gəlməyə, bütün sınaqlardan çıxmağa imkan verib: "Hesab edirəm ki, milli həmrəylik və birlik Azərbaycanı koronavirus sınağından da uğurla çıxmasını şərtləndirən əsas amillərdən biri hesab olunur. Azərbaycan hökumətinin ölkədə COVİD-19 virusunun geniş yayılmasının qarşısını alan tədbirlər görməsi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olub".

İ.Hüseynov əlavə edib ki, ötən dövr ərzində koronavirusla mübarizə sahəsində çox önəmli addımlar atılıb. Görülən bütün işlər, qəbul edilmiş önəmli qərarlar virusun geniş ərazilərə yayılmasının qarşısını almaq, az itkilərlə sınaqdan çıxmaq və maksimum dərəcədə vətəndaşlarımızı qorumaq məqsədi güdür.

Politoloq qeyd edib ki, Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır, onun təhlükəsizliyini və sağlamlığını qorumaq üçün bütün imkanlarını səfərbər edir.

İ.Hüseynov bildirib ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna qısa müddətdə 90 milyon manadan artıq vəsaitin yığılması Azərbaycan xalqının necə müdrik və böyük xalq olduğunu, ən ağır dövrdə dərhal birləşə bildiyini bir daha əyani şəkildə nümayiş etdirdi:

"Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi “Biz birlikdə güclüyük!” fikri artıq geniş ictimaiyyət arasında şüara çevrilib. Bu şüar koronavirus COVİD-19 infeksiyası ilə mübarizənin gərgin günlərində səslənməsinə rəğmən, hesab edirəm ki, hələ uzun illər qüvvədə olacaq. Çünki bizə birləşmək, həmrəy və həmfikir olmaq hər zaman lazımdır".

Politoloqun qənaətincə, koronavirusla mübarizədə dövlətin gördüyü genişmiqyaslı işlər, fədakar həkimlərimizin gərgin əməyi, xalqımızın birlik və həmrəyliyi, həmçinin vətəndaşlarımızın məsuliyyəti bu çətin sınaqdan az itkilərlə çıxmağa imkan verəcək:

"Bu çətin dönəmdə hamı bir olmalı, məsuliyyəti dərk etməli, özünü, yaxınlarını və ətrafındakıları qorumalı, qəbul olunan qərarlara laqeyd yanaşmamalı, məsuliyyət, iradə və əzm nümayiş etdirməlidir. Müdrik xalqımız bu çətin sınaqdan da başıuca çıxacaq".

"İqtisadiyyatı
güclü olan dövlət
hər şeyə qadirdir"

Heydər Əliyev

Heydər Əliyevin
90 illik yübleyi
ilə əlaqədar
xüsusi səhifə

Bankların Valyuta Kursları

Bankların Valyuta Kursları

Mərkəzi Bankın
Maliyyə məlumatları

AMB kursları
30.11.2020
1 ABŞ dolları 1.7000
1 Avro 2.0156
1 Rusiya rublu 0.0240
1 Avstriya dolları 1.3726
1 Funt sterlinq 2.4094
1 Türk lirəsi 0.2585
100 İran rialı 0.0047
1 Kanada dolları 1.3800
1 Küveyt dinarı 5.6725
1 Sinqapur dolları 1.2977
1 Ukrayna qrivnası 0.0607
100 Yapon yeni 1.5619
1 Gürcü larisi 0.6800
1 Zelandiya dolları 1.0131
1 Qazaxıstan tengesi 0.0038
1 Qırxizstan somu 0.0207
1 Polşa zlotısı 0.4109
1 Tayvan dolları 0.0561

Faiz dəhlizinin parametrləri
30.11.2020
Dəhlizinin aşağı həddi6.25 %
Dəhlizinin yuxarı həddi7.25%
Uçot faiz dərəcəsi6.75 %

Bank sektoru
01.08.2020
Kredit qoyuluşları (min.AZN)195202.80
Əhalinin əmanətləri (min.AZN)9164.70

Bank metalları
30.11.2020
1 t.u.Qızıl2684.1640
1 t.u. Gümüş26.6648
1 t.u Platin1350.6670
1 t.u Palladium3223.4975

Mərkəzi Bank
Pull bazarı
30.11.2020
Dövriyyədə olan notların həcmi
(mln.AZN)
370.00
Notlar üzrə son
faiz dərəcəsi
(faiz)
3.85%

Mərkəzi Bank Monetar göstəricilər
30.11.2020
Rəsmi Valyuta ehtiyatları həcmi(mln.USD)6400.90
MB Pul Bazarı
(mln.AZN)
12112.30

Webmail

Webmail

2020 © Naxçıvan Muxtar Respublikası İdarəsi. Bütün hüquqlar qorunur.