Azərbaycan Respublikası Mərkəzi Bankı
        Naxçıvan Muxtar Respublikası İdarəsi

  • Ünvanı: Naxçıvan şəhəri C.Məmmədquluzadə-32
  • Saytın ünvanı: www.cbar.nakhchivan.az
  • Email ünvani: mb@nakhchivan.az
  • Telefon(faks): 550-59-11 550-59-12 550-59-13

Bütün Xəbərlər

Sahibkarların və vətəndaşların fonda olan dəstəyi koronavirusla mübarizədə milli həmrəyliyə nail olunduğunu ortaya qoyur
31.03.2020

Koronavirusla Mübarizəyə Dəstək Fonduna qısa zamanda 93 milyon manatdan çox vəsaitin ianə olaraq toplanması sahibkarların, vətəndaşların və fiziki şəxslərin koronavirus infeksiyasına qarşı aparılan mübarizəyə dəstəyindən xəbər verir.Onun sözlərinə görə, bu ianələr sahibkarlarla yanaşı, vətəndaşların da bu mübarizədə yaxından iştirak etdiyini ortaya qoyur:

"Azərbaycan hökuməti koronavirusla mübarizəyə çevik reaksiyalar verir. Azərbaycan regionda bu infeksiya ilə mübarizə üçün xüsusi fond yaradan ilk ölkələrdən biridir. Bu fondun yaradılması həm dövlət vəsaiti, həm də büdcədənkənar mənbələrin cəlbi baxımından geniş imkan yaradır. Azərbaycan dövləti bu virusun ölkə iqtisadiyyatına zərərlərini minimallaşdırmaq istiqamətində səmərəli tədbirlər həyata keçirir. Dövlət üçün sahibkarların qorunması prioritet məsələlərdən biridir. Bu istiqamətdə dörd işçi qrupunun yaradılması və onların koronavirusdan ən çox zərər görən 12 fəaliyyət sahəsini müəyyənləşdirməsi sahibkarlara birbaşa dövlət dəstəyi mexanizminin təşkilindən xəbər verir".

Deputat vurğulayıb ki, fondun yaradılması və fəaliyyət istiqaməti koronavirusun qlobal təsirlərinin ölkə ərazisindəki coğrafiyasını məhdudlaşdırmaq məqsədi daşıyır:

"Fonda vəsaitlərin yığılması bu virusa qarşı mübarizənin daha effektiv şəkildə aparılmasına şərait yaradacaq. Fondun fəaliyyəti Azərbaycan hökumətinin koronavirus infeksiyasına qarşı kompleks tədbirlərini ön plana çıxarır. Yaxın günlərdə dövlətin sahibkarlara birbaşa dəstək mexanizmi ictimaiyyətə təqdim olunacaq. Sahibkarların və vətəndaşların fonda olan dəstəyi bu infeksiya ilə mübarizədə milli həmrəyliyə nail olunduğunu ortaya qoyur. Ölkə başçısının da qeyd etdiyi kimi, koronavirusa qarşı mübarizədə biz birlikdə güclüyük".

"İqtisadiyyatı
güclü olan dövlət
hər şeyə qadirdir"

Heydər Əliyev

Heydər Əliyevin
90 illik yübleyi
ilə əlaqədar
xüsusi səhifə

Bankların Valyuta Kursları

Bankların Valyuta Kursları

Mərkəzi Bankın
Maliyyə məlumatları

AMB kursları
30.11.2020
1 ABŞ dolları 1.7000
1 Avro 2.0156
1 Rusiya rublu 0.0240
1 Avstriya dolları 1.3726
1 Funt sterlinq 2.4094
1 Türk lirəsi 0.2585
100 İran rialı 0.0047
1 Kanada dolları 1.3800
1 Küveyt dinarı 5.6725
1 Sinqapur dolları 1.2977
1 Ukrayna qrivnası 0.0607
100 Yapon yeni 1.5619
1 Gürcü larisi 0.6800
1 Zelandiya dolları 1.0131
1 Qazaxıstan tengesi 0.0038
1 Qırxizstan somu 0.0207
1 Polşa zlotısı 0.4109
1 Tayvan dolları 0.0561

Faiz dəhlizinin parametrləri
30.11.2020
Dəhlizinin aşağı həddi6.25 %
Dəhlizinin yuxarı həddi7.25%
Uçot faiz dərəcəsi6.75 %

Bank sektoru
01.08.2020
Kredit qoyuluşları (min.AZN)195202.80
Əhalinin əmanətləri (min.AZN)9164.70

Bank metalları
30.11.2020
1 t.u.Qızıl2684.1640
1 t.u. Gümüş26.6648
1 t.u Platin1350.6670
1 t.u Palladium3223.4975

Mərkəzi Bank
Pull bazarı
30.11.2020
Dövriyyədə olan notların həcmi
(mln.AZN)
370.00
Notlar üzrə son
faiz dərəcəsi
(faiz)
3.85%

Mərkəzi Bank Monetar göstəricilər
30.11.2020
Rəsmi Valyuta ehtiyatları həcmi(mln.USD)6400.90
MB Pul Bazarı
(mln.AZN)
12112.30

Webmail

Webmail

2020 © Naxçıvan Muxtar Respublikası İdarəsi. Bütün hüquqlar qorunur.