Azərbaycan Respublikası Mərkəzi Bankı
        Naxçıvan Muxtar Respublikası İdarəsi

  • Ünvanı: Naxçıvan şəhəri C.Məmmədquluzadə-32
  • Saytın ünvanı: www.cbar.nakhchivan.az
  • Email ünvani: mb@nakhchivan.az
  • Telefon(faks): 550-59-11 550-59-12 550-59-13


 

Bütün Xəbərlər

Kibertəhlükəsizlik həftəsi” çərçivəsində “Təhlükəsiz hökumət buludu” tədbiri keçirilib
31.03.2020

II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində “AzInTelecom” MMC-nin təşkilatçılığı ilə “Təhlükəsiz hökumət buludu” mövzusunda tədbir keçirilib.Trend-in məlumatına görə, məqsəd “Hökumət buludu” layihəsinin əhəmiyyəti və həyata keçirilən təhlükəsizlik tədbirlərinin ictimaiyyətə çatdırılmasıdır.

Tədbiri giriş nitqi ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “Hökumət buludu konsepsiyası və beynəlxalq təcrübə” mövzusunda məruzə ilə çıxış edib. Nazir müavini bildirib ki, hökumət buludu beynəlxalq təcrübədə qabaqcıl texnologiyalar arasında elektron hökumətin keyfiyyətcə yeni inkişaf mərhələsidir. “Hökumət buludu dövlət orqanlarının malik olduğu informasiya sistemlərinin beynəlxalq standartlara cavab verən vahid data mərkəz infrastrukturunda dayanıqlı, çevik, təhlükəsiz və optimallaşdırılmış xərclərlə fəaliyyətinə zəmin yaradan, bulud xidmətlərindən istifadəni təmin edən və istənilən məkandan məlumatların əldə edilməsinə imkan verən bulud hesablama texnologiyasıdır. Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycanda telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji Yol Xəritəsinin Tədbirlər Planında ölkədə hökumət buludunun yaradılması və fəaliyyətinin təmini qarşıya qoyulan mühüm vəzifələrdəndir”.

Elmir Vəlizadə bildirib ki, bu vəzifənin icrasını təmin etmək məqsədilə yaradılacaq hökumət buludunun mahiyyətini açıqlayan, onun yaradılması əsaslarını müəyyənləşdirən hökumət buludu konsepsiyası hazırlanaraq təsdiq olunub. “Hazırlanmış konsepsiya ölkədə dayanıqlı, təhlükəsiz və səmərəli e-hökumət infrastrukturunun inkişafına, dövlət qurumlarının informasiya ehtiyatlarına operativ, fasiləsiz çıxışın təmin edilməsinə, e-xidmətlərin yaradılması və göstərilməsinə tələb olunan xərclərin optimallaşdırılması, e-xidmətlərin genişləndirilməsi və məlumatların əldə edilməsinə artan tələbatın təmin olunmasına xidmət edir”.

“AzInTelecom” MMC-nin, Kommersiya Departamentinin rəhbəri Ruslan Əliyev “Bulud texnologiyaları və hökumət buludu ilə tanışlıq” mövzusunda təqdimatla çıxış edərək şirkətin beynəlxalq səs trafiki, sertifikatlaşdırma və “Azcloud” xidmətləri sahəsindəki fəaliyyəti haqqında danışıb. R.Əliyev Bulud xidmətlərinin növləri, rezervlənmə xidməti, “Trend MicroDeep Security”, müştəri xidmətləri, “Azcloud” hökumət həlləri, İT xərcləri üzrə tendensiya, ənənəvi İT infrastrukturundan buluda keçid haqda ətraflı məlumat verib.

“Hökumət buludu” layihəsinin rəhbəri Ənvər Abbasov “Azcloud hökumət həlləri: cari status, miqrasiya planı və təhlükəsizlik” mövzusunda çıxış edərək, layihə çərçivəsində aparılan işlər, hökumət buludunun arxitekturası haqqında məlumat verib. Dövlət qurumlarında buluda keçidlə bağlı atılacaq addımlardan söz açan Ə.Abbasov 2021-ci ildə ölkədə ilk G-Cloud binasının inşa ediləcəyini, həmçinin arxiv mərkəzinin yaradılacağını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Xüsusi Dövlət Mühafizə Xidməti, Kritik İnfrastrukturun və İnternetin Təhlükəsizliyi İdarəsinin rəisi Tural Məmmədov dövlət informasiya resurslarında təhlükəsizlik tədbirlərindən danışıb. T.Məmmədov 2017-ci ildən başlayaraq virtual oğurluq və saxtalaşdırma hallarının artdığını qeyd edərək, kiberhücumlar, istifadə olunan metodlar, hakerlərin marağında olan məlumatlar, statistik rəqəmləri diqqətə çatdırıb.

Eyni zamanda, tədbirdə “Azcloud” bulud provayderinin təqdim etdiyi məlumatların rezervlənməsi, təhlükəsiz bulud xidmətləri, saxlanılan məlumatların itkisinin qarşısının alınması kimi məsələlər barədə təqdimatlar nümayiş olunub.Qeyd edək ki, “Kibertəhlükəsizlik həftəsi” sahə üzrə əlaqəli fəaliyyətin səmərəliliyinin artırılması və maarifləndirmə səviyyəsinin yüksəldilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ikinci ildir keçirilir.



"İqtisadiyyatı
güclü olan dövlət
hər şeyə qadirdir"

Heydər Əliyev

Heydər Əliyevin
90 illik yübleyi
ilə əlaqədar
xüsusi səhifə





Bankların Valyuta Kursları

Bankların Valyuta Kursları

Mərkəzi Bankın
Maliyyə məlumatları

AMB kursları
30.11.2020
1 ABŞ dolları 1.7000
1 Avro 2.0156
1 Rusiya rublu 0.0240
1 Avstriya dolları 1.3726
1 Funt sterlinq 2.4094
1 Türk lirəsi 0.2585
100 İran rialı 0.0047
1 Kanada dolları 1.3800
1 Küveyt dinarı 5.6725
1 Sinqapur dolları 1.2977
1 Ukrayna qrivnası 0.0607
100 Yapon yeni 1.5619
1 Gürcü larisi 0.6800
1 Zelandiya dolları 1.0131
1 Qazaxıstan tengesi 0.0038
1 Qırxizstan somu 0.0207
1 Polşa zlotısı 0.4109
1 Tayvan dolları 0.0561

 
Faiz dəhlizinin parametrləri
30.11.2020
Dəhlizinin aşağı həddi6.25 %
Dəhlizinin yuxarı həddi7.25%
Uçot faiz dərəcəsi6.75 %

 
Bank sektoru
01.08.2020
Kredit qoyuluşları (min.AZN)195202.80
Əhalinin əmanətləri (min.AZN)9164.70

 
Bank metalları
30.11.2020
1 t.u.Qızıl2684.1640
1 t.u. Gümüş26.6648
1 t.u Platin1350.6670
1 t.u Palladium3223.4975

 
Mərkəzi Bank
Pull bazarı
30.11.2020
Dövriyyədə olan notların həcmi
(mln.AZN)
370.00
Notlar üzrə son
faiz dərəcəsi
(faiz)
3.85%

 
Mərkəzi Bank Monetar göstəricilər
30.11.2020
Rəsmi Valyuta ehtiyatları həcmi(mln.USD)6400.90
MB Pul Bazarı
(mln.AZN)
12112.30

Webmail


Webmail

2020 © Naxçıvan Muxtar Respublikası İdarəsi. Bütün hüquqlar qorunur.