Azərbaycan Respublikası Mərkəzi Bankı
        Naxçıvan Muxtar Respublikası İdarəsi

  • Ünvanı: Naxçıvan şəhəri C.Məmmədquluzadə-32
  • Saytın ünvanı: www.cbar.nakhchivan.az
  • Email ünvani: mb@nakhchivan.az
  • Telefon(faks): 550-59-11 550-59-12 550-59-13

Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsi
Nağdsız ödəniş pul vəsaitlərinin ən etibarlı hesablaşma şəklidir.

sekil 1

Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsi Nağdsız ödəniş pul vəsaitlərinin ən etibarlı hesablaşma şəklidir.

Nağdsız ödəniş pul və pul vəsaitlərinin nağd olmadan banklar və səlahiyyəti olan digər maliyyə mənbələri vasitəsilə həyata keçirilən pul dövriyyəsinin forması olub, ən etibarlı hesablaşma şəklidir. Təbii ki, bunun üçün etibarlı əməliyyat sistemi, geniş texniki imkanlar və subyektlər arasında inam olmalıdır. İlk iki məsələni yalnız maddi imkanlar hesabına, özü də qısa müddətdə reallaşdırmaq mümkündürsə, üçüncü məsələ maarifləndirmə və təbliğat tələb edir. Nağdsız ödəniş sistemlərinin dünyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyatlarındakı çəkisinə diqqət edərkən bu sistemin iqtisadi inkişaf üçün nə dərəcədə əhəmiyyət kəsb etdiyini görmüş olarıq. Bunu statistic rəqəmlər də göstərir. Nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında maliyyə- iqtisadi siyasətin reallaşdırılması məqsədini daşıyır. Bu sahədə beynəlxalq təcrübədən, inkişaf etmiş ölkələrdə tətbiq olunan stimullaşdırıcı tədbirlərdən yararlanmaqla, habelə əhalinin maarifləndirilməsi və məlumatlandırılması yolu ilə nağdsız ödəniş sisteminin genişləndirilməsinə nail olmaq mümkündür. Dünya təcrübəsində təyin olunmuş limitdən artıq nağd hesablaşmalar həyata keçirən hüquqi şəxslərə cərimələr tətbiq olunur. Fransada bir əqd üzrə nağd aparılmış əməliyyat həcmi 1300 ABŞ dolları həcmini aşdıqda, artıq məbləğin 5 faizi həcmində cərimə tətbiq edilir. Müvafiq olaraq, bu göstəricilər Rusiyada 3400 ABŞ dollarını aşdıqda 50 faiz, Bolqarıstanda 3300 ABŞ dollarını aşdıqda fiziki şəxslərə 25 faiz, hüquqi şəxslərə 50 faiz həcmində müəyyən olunur.

sekil 2

Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsi Nağdsız ödəniş pul vəsaitlərinin ən etibarlı hesablaşma şəklidir.

Fransada bir əqd üzrə nağd aparılmış əməliyyat həcmi 1300 ABŞ dolları həcmini aşdıqda, artıq məbləğin 5 faizi həcmində cərimə tətbiq edilir. Müvafiq olaraq, bu göstəricilər Rusiyada 3400 ABŞ dollarını aşdıqda 50 faiz, Bolqarıstanda 3300 ABŞ dollarını aşdıqda fiziki şəxslərə 25 faiz, hüquqi şəxslərə 50 faiz həcmində müəyyən olunur. Muxtar respublikada nağdsız aparılan əməliyyatlara görə müxtəlif güzəştlər tətbiq edilir, bonuslar və mükafatlar verilir. “Naxçıvanbank”Açıq Səhmdar Cəmiyyəti tərəfindən Naxçıvan şəhərində fəaliyyət göstərən bir sıra böyük xidmət və ticarət müəssisələrində aparılan nağdsız əməliyyatlara görə 5 faiz həcmində güzəştlər edilir.Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi tərəfindən də həvəsləndirici tədbirlər həyata keçirilir. Cari ilin iyul ayında daha çox nağdsız əməliyyat aparmaqda fərqlənmiş 76 nəfər qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. Belə tədbirlər davam etdiriləcəkdir. Nağdsız ödəniş sistemi maliyyə vəsaitləri- nin dövriyyəsinin sürətlənməsi, nağd pul kütləsinin ixtisarı, ödəniş məbləğinin dəqiq aparılması kimi iqtisadi, vaxt itkisinin aradan qaldırılması kimi sosial əhəmiyyətli üstünlüklərə malikdir. Çünki, əsasən, bankların və digər maliyyə təşkilatlarının yaratdığı sistem vasitəsilə həyata keçirilən nağdsız ödəniş əməliyyatlarında bütün hüquqi və fiziki şəxslər sərbəst şəkildə iştirak etmək imkanlarına malik olurlar.

sekil 3

Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsi Nağdsız ödəniş pul vəsaitlərinin ən etibarlı hesablaşma şəklidir.

Hazırda nağdsız ödənişlərin muxtar respublikamızın maliyyə sektorundakı payı artan templə davam etməkdədir. Bu mənada nağdsız ödənişlərin iqtisadiyyatdakı çəkisini artırmaq üçün 2013-2015-ci illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması üzrə Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər Planına uyğun olaraq, maliyyə sektorunun aparıcı subyektləri olan banklar və digər maliyyə təsərrüfatları tərəfindən nağdsız ödəniş sisteminin tətbiqinin texniki tərəflərinin həll edilməsi, infrastrukturun inkişafı və təkmilləşdirilməsi, ictimaiyyətin maarifləndirilməsi və maraqlandırılması, geniş təbliğat-təşviqat işlərinin aparılması istiqamətindəki fəaliyyət uğurla həyata keçirilir. Məhz bunun nəticəsidir ki, tədbirlər planının qəbulundan əvvəlki dövrlə müqayisədə böyük irəliləyişlər əldə edilmiş, istər infrastruktur, istərsə də əhalinin maarifləndirilməsində böyük uğurlara nail olunmuşdur. Belə ki, muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən indiyədək təkcə Naxçıvan şəhərində 424, rayonlarda və kənd mərkəzlərində 268 olmaqla, ticarət və xidmət müəssisələrində, restoranlarda, otellərdə və digər iaşə obyektlərində 692 ədəd POS-terminal quraşdırılmışdır. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfədən çox artım deməkdir.

sekil 4

Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsi Nağdsız ödəniş pul vəsaitlərinin ən etibarlı hesablaşma şəklidir.

Hazırda muxtar respublikada ödəniş kartlarının sayı 198 min 899 ədədə çatdırılmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz – 21 min 459 ədəd artım deməkdir. Quraşdırılmış bankomatların sayı isə 7 ədəd artırılaraq 92 ədəd təşkil etmişdir. Nağdsız ödənişlərin genişləndirilməsi məqsədilə muxtar respublikada vətəndaşlara ödəniş kartları vasitəsilə vergi və rüsumları, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu və yerli şöbələrinə sosial sığorta haqlarını nağdsız şəkildə, istər müvafiq idarələrdə quraşdırılmış POS-terminal, istərsə də internet portalları vasitəsilə ödəmə imkanları təqdim edilir. Eyni zamanda mobil və stasionar rabitə üzrə xərclər, qaz, enerji kimi kommunal xərclər internet üzərindən elektron şəkildə ödənilə bilər. Bunlara uyğun olaraq, banklar tərəfindən müştərilərə təqdim edilən çeşidli nağdsız ödəniş vasitələri də bu sistemin genişlənməsi istiqamətində öz rolunu oynayır. Nağdsız ödəniş alətləri infrastrukturunun genişləndirilməsi, əhalinin bu istiqamətdə maarifləndirilməsi və həyata keçirilən digər tədbirlər nağdsız ödənişlərin həcminin artması ilə nəticələnmişdir. Belə ki, təkcə bu ilin avqust ayı ərzində banklar tərəfindən muxtar respublikada quraşdırılmış POS-terminallar, internet və digər ödəniş sistemləri vasitəsilə aparılan nağdsız əməliyyatların həcmi, ümumilikdə, 1 milyon 325 min 217 manat təşkil etmişdir. Muxtar respublikada elektron hökumətin inkişaf etdirilməsi, müvafiq infrastrukturun yaradılması nağdsız ödəniş sisteminin inkişafına xidmət edən amillərdir.

sekil 5

Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsi Nağdsız ödəniş pul vəsaitlərinin ən etibarlı hesablaşma şəklidir.

Hazırda Muxtar Respublikamızın maliyyə bazarında nağdsız ödəniş sisteminin yüksək səviyyədə inkişaf etdiyini söyləmək çətindir. Çünki hələ də sahibkarlıqla məşğul olan orta səviyyəli bir çox hüquqi və fiziki şəxslər pul vəsaitlərinin daha tez əldə edilməsi məqsədilə nağd şəkildə əməliyyatlara üstünlük vermələri ilə yanaşı, sıravi vətəndaşların da çox cüzi bir hissəsi nağdsız ödənişlərə maraq göstərirlər. Lakin nəzərə almaq lazımdır ki, nağdsız ödənişlər, xüsusilə də böyük həcmli məbləğlərdə, vəsaitə üçüncü şəxslərin müdaxiləsi imkanlarını, saxta pul əskinaslarından istifadə hallarını aradan qaldırır.

Vətəndaşların isə nağdsız ödənişlərə az maraq göstərmələri bu sistemin imkanlarından məlumatsızlıqları və ümumiyyətlə sistemin hələ ki, maliyyə bazarını tam əhatə etməməsidir. Digər tərəfdən hər hansı ticarət obyektindən alış-veriş edən şəxsin ödənişi nağd deyil, ödəniş kartı vasitəsilə nağdsız şəkildə ödəməsinə əsas yaradan amillər kifayət qədər deyil. Yəni, başqa sözlə desək, alıcını indiyə qədər adət etdiyi nağd ödəniş sistemindən imtina edərək, ödəniş kart əldə etməyə, ondan istifadə qaydalarını öyrənməyə, istifadə etməyə maraqlandıran stimullaşdırıcı səbəblər olmalıdır.

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən muxtar respublika iqtisadiyyatında nağdsız dövriyyənin həcminin yüksəldilməsi və ödəniş alətləri bazarının inkişaf etdirilməsi əsas məqsəd kimi qarşıya qoyulmuşdur. Məqsəd elektron ödəniş alətlərindən və xidmətlərindən istifadənin kütləvi hal alması və inkişafına nail olmaqdır. Məqsədə çatmaq üçün isə ilk növbədə ictimaiyyətin müasir elektron ödəniş alətlərinin üstünlükləri və imkanları barəsində maarifləndirilməsi davam etdirilməlidir. Eyni zamanda alqı-satqı əməliyyatları üzrə hesablaşmalarda kartlardan istifadənin miqyasının genişləndirilməsi üçün geniş təbliğat kampaniyalarının da həyata keçirilməsinə ehtiyac duyulur.

Məlumat üçün çatdıraq ki, nağdsız ödəmə vətəndaşları bir çox problemlərdən azad edir. Məsələn, üstündə külli miqdarda nağd pul gəzdirmək məcburiyyətində deyilsən. Pulu evdə unutmaq, yaxud hardasa itirmək mümkün deyil. Bu yolla vəsaitin oğurlanmasının da qarşısı alınır. Kart itəndə, yaxud oğurlananda banka məlumat vermək kifayətdir ki, bloklaşdırma aparılsın və heç kim ondan istifadə edə bilməsin. Ödəniş kartlarının köməyilə istənilən sahədə onlayn ödəniş aparmaq mümkündür. Artıq vətəndaşlarımız ödəniş kartları vasitəsilə vergi və rüsumları, Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi, pasport və şəxsiyyət vəsiqəsi alınması üçün rüsumları, Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu və yerli şöbələrinə sosial siğorta haqlarını, mobil və stasionar rabitə üzrə xərcləri, internet ödənişləri və gömrük rüsumlarını elektron ödəniş formasında apara bilərlər. Hal-hazırda Muxtar Respublikamızda nağdsız ödənişlər müxtəlif ödəniş vasitələrinin köməyilə həyata keçirilir. Son illərdə ölkəmizdə bank sisteminin geniş inkişafı, bank məhsullarının və xidmətlərinin çeşidliliyinin durmadan artması nağdsız dövriyyənin formalaşmasına və genişləndirilməsinə səbəb olan əsas amillərdəndir.

Cari ilin on bir ayı ərzində də banklar tərəfindən ödəniş kartları infrastrukturu inkişaf etdirilib. Elektron ödəniş məkanının formalaşdırılması işləri davam etdirilir. Muxtar Respublikada 181883 ədəd bank ödəniş kartı mövcuddur, muxtar respublikanın şəhər, rayon və iri kənd yaşayış mərkəzlərində 89 ədəd bankomat və 227 ədəd POS-terminal quraşdırılıb. Ümumilikdə banklar tərəfindən emissiya edilmiş 181883 ödəniş kartının 98.9 %-i debet, 1.1 %-i isə kredit yönümlüdür. Əməkhaqqı və pensiyaların, sosial müavinətlərin ödənilməsinin 97,5 %-i, qeyri-dövlət sektorunda isə əməkhaqlarının 27 %-i ödəniş kartları vasitəsilə həyata keçirilir. Onu da qeyd etmək lazımdır ki, kartlardan istifadə səviyyəsinin artımı ilə istehlak, iqtisadi artım arasında elastiklik əlaqəsi güclüdür. Belə ki, kartlardan istifadə səviyyəsinin 1% artması istehlakın 0,056%, iqtisadi artımın isə 0,035% artımına səbəb olur. Bankomatların və POS-terminalların sayında da əvvəlki aylarla müqayisədə artım müşahidə olunmaqdadır. Naxçıvan şəhərində maliyyə xidmətlərinə çıxış imkanları olan bankomatların sayı hər 10 min nəfərə 7.4 ədəd təşkil edir ki, bu da ölkə üzrə orta göstəricidən xeyli yüksəkdir.

Ancaq bütün bunlara baxmayaraq, muxtar respublikada nağdsız ödənişlərin xüsusi çəkisi ümumi ödənişlərin 3,8-4 faizini təşkil edir ki, bu da aşağı göstəricidir. Məhz bu göstəricinin iqtisadiyyatdakı çəkisini artırmaq məqsədilə 2013-2015-ci illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması üzrə tədbirlər planı” işlənib hazırlanmışdır. Tədbirlər planında maliyyə sektorunun aparıcı subyektləri olan banklar və digər maliyyə təsərrüfatlarının qarşısına nağdsız ödəniş sisteminin tətbiqinin genişləndirilməsi ilə yanaşı, ictimaiyyətin maarifləndirilməsi və maraqlandırılması istiqamətində də geniş təbliğat-təşviqat işlərininin aparılması vəzifəsi qoyulmuşdur.Aparılan tədbirlər gələcəkdə nağdsız əməliyyatların həcmini yüksəltməklə bu sahədə keyfiyyətcə yeni nəticələrin əldə olunmasına zəmin yaradacaqdır.

sekil 6

Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsi Nağdsız ödəniş pul vəsaitlərinin ən etibarlı hesablaşma şəklidir.

Nağdsız ödəniş pul və pul vəsaitlərinin nağd olmadan banklar və səlahiyyəti olan digər maliyyə mənbələri vasitəsilə həyata keçirilən pul dövriyyəsinin forması olub, ən etibarlı hesablaşma şəklidir. Təbii ki, bunun üçün etibarlı əməliyyat sistemi, geniş texniki imkanlar və subyektlər arasında inam olmalıdır. İlk iki məsələni yalnız maddi imkanlar hesabına, özü də qısa müddətdə reallaşdırmaq mümkündürsə, üçüncü məsələ maarifləndirmə və təbliğat tələb edir. Nağdsız ödəniş sistemlərinin dünyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyatlarındakı çəkisinə diqqət edərkən bu sistemin iqtisadi inkişaf üçün nə dərəcədə əhəmiyyət kəsb etdiyini görmüş olarıq. Bunu statistic rəqəmlər də göstərir.

Nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında maliyyə- iqtisadi siyasətin reallaşdırılması məqsədini daşıyır. Bu sahədə beynəlxalq təcrübədən, inkişaf etmiş ölkələrdə tətbiq olunan stimullaşdırıcı tədbirlərdən yararlanmaqla, habelə əhalinin maarifləndirilməsi və məlumatlandırılması yolu ilə nağdsız ödəniş sisteminin genişləndirilməsinə nail olmaq mümkündür. Dünya təcrübəsində təyin olunmuş limitdən artıq nağd hesablaşmalar həyata keçirən hüquqi şəxslərə cərimələr tətbiq olunur. Fransada bir əqd üzrə nağd aparılmış əməliyyat həcmi 1300 ABŞ dolları həcmini aşdıqda, artıq məbləğin 5 faizi həcmində cərimə tətbiq edilir. Müvafiq olaraq, bu göstəricilər Rusiyada 3400 ABŞ dollarını aşdıqda 50 faiz, Bolqarıstanda 3300 ABŞ dollarını aşdıqda fiziki şəxslərə 25 faiz, hüquqi şəxslərə 50 faiz həcmində müəyyən olunur.

Muxtar respublikada nağdsız aparılan əməliyyatlara görə müxtəlif güzəştlər tətbiq edilir, bonuslar və mükafatlar verilir. “Naxçıvanbank”Açıq Səhmdar Cəmiyyəti tərəfindən Naxçıvan şəhərində fəaliyyət göstərən bir sıra böyük xidmət və ticarət müəssisələrində aparılan nağdsız əməliyyatlara görə 5 faiz həcmində güzəştlər edilir.Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi tərəfindən də həvəsləndirici tədbirlər həyata keçirilir. Cari ilin iyul ayında daha çox nağdsız əməliyyat aparmaqda fərqlənmiş 76 nəfər qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. Belə tədbirlər davam etdiriləcəkdir. Nağdsız ödəniş sistemi maliyyə vəsaitləri- nin dövriyyəsinin sürətlənməsi, nağd pul kütləsinin ixtisarı, ödəniş məbləğinin dəqiq aparılması kimi iqtisadi, vaxt itkisinin aradan qaldırılması kimi sosial əhəmiyyətli üstünlüklərə malikdir. Çünki, əsasən, bankların və digər maliyyə təşkilatlarının yaratdığı sistem vasitəsilə həyata keçirilən nağdsız ödəniş əməliyyatlarında bütün hüquqi və fiziki şəxslər sərbəst şəkildə iştirak etmək imkanlarına malik olurlar. Eyni zamanda bu sistem maliyyə intizamına nəzarət etməyə, maliyyə əməliyyatlarında şəffaflığın qorunmasına, vətəndaşların rahatlığının təmin olunmasına, müştərilərin və bank əməliyyatlarının təhlükəsizliyinə şərait yaradır.

Nağdsız hesablaşmalar nağd ödənişlə müqayisədə bir çox üstünlüklərə malikdir. Belə ki, bu sistem nağd ödənişlərdə olduğu kimi, pulların təkrar hesablanmasını tələb etmir, vergidənyayınma hallarının qarşısını alır, əhaliyə dövlət təşkilatları tərəfindən göstərilən kommunal və sair xidmət haqlarının rahat şəkildə, yəni heç kimə müraciət etmədən ödənilməsini, canlı ünsiyyətin azalması nəticəsində qanundankənar halların aradan qaldırılmasını təmin edir. Həmçinin nağdsız ödəniş sistemindən istifadə etməklə əlavə pulun çap olunmasına, nağd pulun daşınmasına, saxlanılmasına, yoxlanılmasına sərf edilən əlavə xərclərə qənaət edilir.

Hazırda nağdsız ödənişlərin muxtar respublikamızın maliyyə sektorundakı payı artan templə davam etməkdədir. Bu mənada nağdsız ödənişlərin iqtisadiyyatdakı çəkisini artırmaq üçün 2013-2015-ci illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması üzrə Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər Planına uyğun olaraq, maliyyə sektorunun aparıcı subyektləri olan banklar və digər maliyyə təsərrüfatları tərəfindən nağdsız ödəniş sisteminin tətbiqinin texniki tərəflərinin həll edilməsi, infrastrukturun inkişafı və təkmilləşdirilməsi, ictimaiyyətin maarifləndirilməsi və maraqlandırılması, geniş təbliğat-təşviqat işlərinin aparılması istiqamətindəki fəaliyyət uğurla həyata keçirilir. Məhz bunun nəticəsidir ki, tədbirlər planının qəbulundan əvvəlki dövrlə müqayisədə böyük irəliləyişlər əldə edilmiş, istər infrastruktur, istərsə də əhalinin maarifləndirilməsində böyük uğurlara nail olunmuşdur. Belə ki, muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən indiyədək təkcə Naxçıvan şəhərində 424, rayonlarda və kənd mərkəzlərində 268 olmaqla, ticarət və xidmət müəssisələrində, restoranlarda, otellərdə və digər iaşə obyektlərində 692 ədəd POS-terminal quraşdırılmışdır. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfədən çox artım deməkdir. Hazırda muxtar respublikada ödəniş kartlarının sayı 198 min 899 ədədə çatdırılmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz – 21 min 459 ədəd artım deməkdir. Quraşdırılmış bankomatların sayı isə 7 ədəd artırılaraq 92 ədəd təşkil etmişdir.

Nağdsız ödənişlərin genişləndirilməsi məqsədilə muxtar respublikada vətəndaşlara ödəniş kartları vasitəsilə vergi və rüsumları, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu və yerli şöbələrinə sosial sığorta haqlarını nağdsız şəkildə, istər müvafiq idarələrdə quraşdırılmış POS-terminal, istərsə də internet portalları vasitəsilə ödəmə imkanları təqdim edilir. Eyni zamanda mobil və stasionar rabitə üzrə xərclər, qaz, enerji kimi kommunal xərclər internet üzərindən elektron şəkildə ödənilə bilər. Bunlara uyğun olaraq, banklar tərəfindən müştərilərə təqdim edilən çeşidli nağdsız ödəniş vasitələri də bu sistemin genişlənməsi istiqamətində öz rolunu oynayır. Nağdsız ödəniş alətləri infrastrukturunun genişləndirilməsi, əhalinin bu istiqamətdə maarifləndirilməsi və həyata keçirilən digər tədbirlər nağdsız ödənişlərin həcminin artması ilə nəticələnmişdir. Belə ki, təkcə bu ilin avqust ayı ərzində banklar tərəfindən muxtar respublikada quraşdırılmış POS-terminallar, internet və digər ödəniş sistemləri vasitəsilə aparılan nağdsız əməliyyatların həcmi, ümumilikdə, 1 milyon 325 min 217 manat təşkil etmişdir. Muxtar respublikada elektron hökumətin inkişaf etdirilməsi, müvafiq infrastrukturun yaradılması nağdsız ödəniş sisteminin inkişafına xidmət edən amillərdir.Bütün bu tədbirlərin həyata kecirilməsi nağd pul dovriyyəsinin məhdudlaşdırılmasında, təsərrüfat subyektlərində maliyyə intizamının gücləndirilməsində,yüksək odəniş mədəniyyətinin formalaşdırılması- nda mühüm rol oynayacaqdır.

sekil 7

Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsi Nağdsız ödəniş pul vəsaitlərinin ən etibarlı hesablaşma şəklidir.

Ailə həyatı– ailə təsərrüfatının və ailə büdcəsinin təşkili bütün dövrlərin və bütün cəmiyyətlərin aktual problemi hesab edilir. Ailənin psixoloji və sosial vəziyyəti qədər onun iqtisadi vəziyyəti də ailənin yaşayış səviyyəsinə təsir göstərən önəmli faktordur. Çünki maddi problemlərlə əlaqədar bir sıra məsələlər ailə daxilində sıxıntılara gətirib çıxarır. Bu kimi maddi problemlərin qaşısını almaq üçün ailə büdcəsinin planlaşdırılması şərtdir. Ailə büdcəsi ailə üzvlərinin tələbatlarının ödənilməsinin əsas və başlıca mənbəyidir. Müəyyən müddət ərzində ailənin gəlirlərinin və xərclərinin məcmusu olan ailə büdcəsi dövlət, müəssisə, büdcələrində olduğu kimi gəlir və xərclərin fərqindən asılı olaraq aktiv və ya müsbət büdcə, passiv və ya kəsirli mənfi büdcə kimi qiymətləndirilir. Eyni zamanda, ailə büdcəsi gündəlik, həftəlik, aylıq və illik büdcə şəklində formalaşdırılır və istifadə olunur. Ailənin gəlirlərinin və xərclərinin quruluşunun ailə büdcəsində əks olunması həm də ailənin həyat səviyyəsi haqqında tədqiqat və araşdırma aparmağa imkan verir və əlverişli məlumat mənbəyi kimi çıxış edir.

İnkişaf etmiş ölkələrdə ailələrin böyük bir qismi öz ailə büdcələrini planlaşdırsalar da, təəssüf ki, ölkəmizdə belə bir planlaşdırma ölkə əhalisinin sadəcə 20%-ə qədər kiçik bir hissəsi tərəfindən həyata keçirilir. Bugün Böyük Britaniyada ailələrin təxminən 90%-i ailə büdcəsini tərtib edir. Böyük Britaniyanın statistika idarəetmə saytında ailə büdcəsinin planlaşdırılması ilə bağlı xüsusi kalkul- yator var. Ailələr həmin büdcə formasından istifadə edərək, inflyasiya səviyyəsini nəzərə alaraq, gəlirlərini daxil etmək və xərclərini seçməklə büdcələrininin planlaşdırılmasını həyata keçirirlər. Həmin ölkələrdə ailə büdcəsinin planlaşdırılması üçün instisional baza mövcuddur. Bugün muxtar respublikamızda yaşayan ailələrin böyük bir qisminin ailə büdcəsi planlaşdırmasından xəbərsiz olması və ya az maraq göstərməsi ailə gəlirlərinin səmərəliliyini də aşağı salır. Bu mənada ailə büdcəsi çox vacibdir. Əgər ailədə büdcə planlaşdırılmırsa, gəlirlər kortəbii şəkildə xərclərə yönəldilirsə, ailədə qənaət yoxdursa, ərzaq və qeyri-ərzaq məhsullarının alınmasında israfçılığa yol verilirsə, gəlir çox olsa belə, ailənin xərclərinin qarşısını almaq mümkün olmayacaq. Bu isə ailələrin borclanmasına və ya qarşılaşdığı hər hansı maddi çətinlikdə kredit üçün banklara müraciət etməsinə gətirib çıxarır. Son statistik məlumatlara əsasən əhali gəlirlərinin təxminən 20%-ə qədərini borclanma təşkil edir. Ölkəmizdə artıq əhalinin qarşılaşdığı hər kiçik maddi problemlə bağlı istehlak krediti almaq üçün banklara üz tutması isə ənənəyə çevrilmişdir. Məhz bunun nəticəsidir ki, son vaxtlar istehlak kreditlərinin kredit portfelindəki payı 40%-ə qədər yüksəlmişdir. Mənfi cəhətlərdən biri də ondan ibarətdir ki, ailələrin böyük bir qismi götürdükləri kreditləri öz gəlirlərinə daxil edirlər. Bu cür yalnış yönləndirmə gələcək aylar ərzində ailələrin xərclərinin artımında özünü büruzə verir. Belə ki, alınmış kreditlər sadəcə istifadə edildiyi başlanğıc anında ailə daxilində istehlakı canlandırır. Növbəti ayda kredit üzrə geri ödənişlər başladığı andan etibarən isə ailə daxili xərcləri artırır və alıcılıq qabiliyyətini aşağı salır.

Ailə büdcəsi planlaşdırılan zaman diqqət edilməli bir neçə faktor mövcuddur. Bunlardan birincisi, ailə üzvlərinin hər birinin əldə etdiyi gəlirlərin (əmək haqqının, pensiyanın, təsərrüfat fəaliyyətindən əldə edilən gəlirlərin, əmlakın icarəsindən əldə edilən və digər gəlirlərin) əvvəlcədən müəyyənləşdirilməsi və düzgün təhlilidir. İkinci əsas amil isə xərcləri müəyyənləşdirmək, onları büdcəyə uyğunlaşdırmaq və ciddi nəzarətdə saxlamaqdan ibarətdir. Eyni zamanda lazım olmayan xərcləri müəyyən etməklə və düzgün qərarların verilməsi yolu ilə xərclərə qənaət etmək də mümkündür. Təcrübəyə əsasən, xərcləri ciddi nəzarətdə saxlamaq və düzgün təhlil etməklə gözlənilməyən xərclərdən qaçmaq və ya 25 faizədək qənaət etmək olar. Bu baxımdan ailə büdcəsini planlaşdırmaq, ailə üzvlərinin əldə etdiyi gəlirlər və edilən xərcləri müəyyənləşdirmək və bu prosesi hər ay mütəmadi şəkildə davam etdirməklə ailələr qarşılaşa biləcəkləri maddi problemlərin öhdəsindən gələ bilər və əsassız borclanmalara yol verməzlər.

Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsi Nağdsız ödəniş pul vəsaitlərinin ən etibarlı hesablaşma şəklidir.

sekil 8

Müasir bazar iqtisadiyyatı şəraitində Muxtar respublikamızda bankların verdiyi kreditlər nəticəsində iqtisadiyyatın ayrı-ayrı sahələrinin maliyyələşdirilməsi məhz bank sektorunun iqtisadiyyatın inkişafında rolunun əsas göstəricisidir. Banklarımız tərəfindən Muxtar Respublika vətəndaşlarının əlverişli maliyyə resursları ilə təmin edilməsi müxtəlif istehsal və xidmət sahələrinin yaradılmasına, onların inkişafına, bu sahələrdə fəaliyyətin genişləndirilməsinə, əhali tələbatlarının daxili bazar hesabına ödənilməsinə istiqamətlənmiş prioritet məsələdir. Muxtar Respublikada fəaliyyət göstərən banklar və bank olmayan digər kredit təşkilatları tərəfindən iqtisadiyyatın ayrı-ayrı sahələrinə verilən kreditlər həmin sahələrdə məhsulların istehsalının artımına, istehsal olunmuş məhsulların ixracına, məşğulluğun artırılmasına, ümumilikdə Muxtar Respublika iqtisadiyyatının bütün sahələrinin inkişafına birbaşa və dolayı yolla təsir edir.

Qeyd etdiyimiz kimi, Muxtar Respublikamızda kreditləşmə iqtisadiyyatın müxtəlif sahələri üzrə aparılır. Bu proses 2014-cü ilin ilk 8 ayında da banklar və bank olmayan kredit təşkilatları tərəfindən uğurla həyata keçirilmişdir. Ümumilikdə, 2014-cü ilin yanvar - avqust ayları ərzində Muxtar Respublika iqtisadiyyatının inkişafı üçün verilmiş kreditlər 37 milyon 17 min manat təşkil etmişdir, bu isə ötən ilin müvafiq dövrüylə müqayisədə 7 milyon 736 min manat artım deməkdir. Verilmiş kreditlər sənaye, tikinti, ticarət, nəqliyyat, daşınmaz əmlakla əlaqədar ipoteka krediti, digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi üçün istehlak və kənd təsərrüfatı kreditlərini əhatə edir. Bu sahələr içərisində Muxtar Respublika iqtisadiyyatının aparıcı sahələrindən hesab olunan kənd təsərrüfatı mühüm yerlərdən birini tutur. Belə ki, kənd təsərrüfatı ilə məşğul olan əhaliyə, fermerlərə, sahibkarlara bu müddət ərzində verilən kreditlərin həcmi 11 milyon 657 min manat təşkil etmiş, bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 9 min manat artım deməkdir. O cümlədən kənd təsərrüfatının da ayrı-ayrı sahələri üzrə verilən kreditlərin həcmində artım tempi müşahidə olunmaqdadır. Belə ki, bostan-tərəvəz bitkilərinin yetişdirilməsi məqsədilə verilən kreditlər ötən illə müqayisədə 857 min manat artım olmaqla 1 milyon 139 min manat təşkil etmişdir. Heyvandarlığın inkişafı üçün ayrılan kreditlərin həcmi 7 milyon 940 min manat olmuş, bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 159 min manat artım deməkdir. İstixana təsərrüfatının yaradılması və inkişafı məqsədilə banklar və bank olmayan kredit təşkilatları tərəfindən 535 min manat kredit verilmişdir, bu sahədə isə ötən ilin müvafiq dövrüylə müqayisədə 504 min manat artım olmuşdur. Cəlb edilən maliyyə resurslarının artım tempi ilə müşahidə olunan sahələrdən biri də arıçılıqdır. Belə ki, bu sahənin inkişafına istiqamətləndirilmiş kreditlərin həcmi 400 min manat olmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə 257 min manat artım müşahidə edilmişdir.

Bütün bunlarla yanaşı qarşıdan payız mövsümün gəlməsi və payızlıq əkinlərin həyata keçirilməsi ilə bağlı əhalinin maliyyə resusrlarına yarana biləcək tələbatlarının ödənilməsi üçün Muxtar Respublikada fəaliyyət göstərən bank və bank olmayan kredit təşkilatları bu istiqamətdə hazırlıqlarını davam etdirir. Payızlıq taxıl əkini kreditləşməsində sahibkarlara güzəştli kreditlərin verilməsi də davam etdiriləcəkdir. Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlığının başlıca şərtidir. Bu baxımdan ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatında əsas strateji sahə olan kənd təsərrüfatının inkişafı daim diqqət mərkəzində olmalıdır. Aqrar sahədə gü¬zəştli kreditləşdirmə imkanlarının genişlənməsi öz müsbət nəticələrini göstərməkdədir. Bü¬tün bunlar aqrar sektorda istehsal həcmini artırmaqla yanaşı, bu sahədə yüksək məhsuldarlığa və səmərəliliyə, qabaqcıl texnologiyaların tətbiqinə, emal müəssisələri şəbəkəsinin genişləndirilməsinə, ən əsası isə yerli məhsullarımızın rəqabət qabiliyyətinin artırılmasına gətirib çıxarır. Aqrar sahədə sahibkarlığın inkişafı kənddə orta təbəqənin formalaşması prosesinə də təkan verir.

Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsi Nağdsız ödəniş pul vəsaitlərinin ən etibarlı hesablaşma şəklidir.

sekil 9

Sonillərdə muxtar respublika vətəndaşlarının öz gəlirlərinin bir hissəsini banklarda əmanət şəklində saxlamaları artıq bank sektorunun əhalidə inam yaratdığının bariz nümunəsidir. Baxmayaraq ki, banklar tərəfindən əhalidən cəlb edmiş əmanətlərin həcmi ümumi kredit qoyuluşunun 6% - ni təşkil edir, ancaq ötən ilin müvafiq dövrüylə müqayisədə 01 sentyabr 2014-cü il tarixə 1 milyon 322 min manat artaraq 5 milyon 996 min manat olması ona əsas verir ki, əhali artıq banklara etibar edir. Xarici valyuta ilə cəlb olunan əmanətlərin həcmi isə 1 milyon 470 min manat təşkil edir ki, bu da ötən ilin müvafiq dövrüylə müqayisədə 439 min manat artım deməkdir. Qeyd edək ki, muxtar respublikada fəaliyyət göstərən banklar illik 4%-dən 20%-dək əmanətləri qəbul edir. Əmanətlərin siğortalanması fondunun fəaliyyət göstərməsi və muxtar respublikada fəaliyyət göstərən bütün bankların bu fondun üzvü olması əhalinin banklara olan inamının artırılmasında kifayət qədər həlledici məqamdır.

Artıq banklarda yerləşdirilən və ümumi məbləği 30 min manatdan yuxarı olmayan, illik faizi 9% - dən artıq olmayan bütün əmanətlər siğortalanır. Bu o deməkdir ki, vətəndaşın bankda yerləşdirdiyi əmanətin məbləği 30 min manatdan, illik faizi 9% - dən artıq deyilsə, bankın müflis olduğu halda belə vətəndaşın əmanəti qaytarılacaq. Çünki həmin bankdakı əmanətlər sözügedən meyarlar daxilində əmanətlərin siğortalanması fondu tərəfindən siğortalanıb. Bu baxımdan fond vətəndaşların banklara olan inamının artırılması üçün kifayət qədər həlledici və böyük təsirə malikdir.

Baxmayaraq ki, banklar tərəfindən əhalidən cəlb edmiş əmanətlərin həcmi ümumi kredit qoyuluşunun 6%-ni təşkiledir, ancaq ötən ilin müvafiq dövrüylə müqayisədə 01 sentyabr 2014-cü il tarixə 1 milyon 322 min manat artaraq 5 milyon 996 min manat olması ona əsas verir ki, əhali artıq banklara etibar edir. Xarici valyuta ilə cəlb olunan əmanətlərin həcmi isə 1 milyon 470 min manat təşkil edir ki, bu da ötən ilin müvafiq dövrüylə müqayisədə 439 min manat artım deməkdir. Qeyd edək ki, muxtar respublikada fəaliyyət göstərən banklar illik 4%-dən 20%-dək əmanətləri qəbul edir. Əmanətlərin siğortalanması fondunun fəaliyyət göstərməsi və muxtar respublikada fəaliyyət göstərən bütün bankların bu fondun üzvü olması əhalinin banklara olan inamının artırılmasında kifayət qədər həlledici məqamdır.

Artıq banklarda yerləşdirilən və ümumi məbləği 30 min manatdan yuxarı olmayan, illik faizi 9% - dən artıq olmayan bütün əmanətlər siğortalanır. Bu o deməkdir ki, vətəndaşın bankda yerləşdirdiyi əmanətin məbləği 30 min manatdan, illik faizi 9% - dən artıq deyilsə, bankın müflis olduğu halda belə vətəndaşın əmanəti qaytarılacaq. Çünki həmin bankdakı əmanətlər sözügedən meyarlar daxilində əmanətlərin siğortalanması fondu tərəfindən siğortalanıb. Bu baxımdan fond vətəndaşların banklara olan inamının artırılması üçün kifayət qədər həlledici və böyük təsirə malikdir.

Bankların Valyuta Kursları

Bankların Valyuta Kursları

Mərkəzi Bankın
Maliyyə məlumatları

AMB kursları
30.11.2020
1 ABŞ dolları 1.7000
1 Avro 2.0156
1 Rusiya rublu 0.0240
1 Avstriya dolları 1.3726
1 Funt sterlinq 2.4094
1 Türk lirəsi 0.2585
100 İran rialı 0.0047
1 Kanada dolları 1.3800
1 Küveyt dinarı 5.6725
1 Sinqapur dolları 1.2977
1 Ukrayna qrivnası 0.0607
100 Yapon yeni 1.5619
1 Gürcü larisi 0.6800
1 Zelandiya dolları 1.0131
1 Qazaxıstan tengesi 0.0038
1 Qırxizstan somu 0.0207
1 Polşa zlotısı 0.4109
1 Tayvan dolları 0.0561

Faiz dəhlizinin parametrləri
30.11.2020
Dəhlizinin aşağı həddi6.25 %
Dəhlizinin yuxarı həddi7.25%
Uçot faiz dərəcəsi6.75 %

Bank sektoru
01.08.2020
Kredit qoyuluşları (min.AZN)195202.80
Əhalinin əmanətləri (min.AZN)9164.70

Bank metalları
30.11.2020
1 t.u.Qızıl2684.1640
1 t.u. Gümüş26.6648
1 t.u Platin1350.6670
1 t.u Palladium3223.4975

Mərkəzi Bank
Pull bazarı
30.11.2020
Dövriyyədə olan notların həcmi
(mln.AZN)
370.00
Notlar üzrə son
faiz dərəcəsi
(faiz)
3.85%

Mərkəzi Bank Monetar göstəricilər
30.11.2020
Rəsmi Valyuta ehtiyatları həcmi(mln.USD)6400.90
MB Pul Bazarı
(mln.AZN)
12112.30

Webmail

Webmail

2020 © Naxçıvan Muxtar Respublikası İdarəsi. Bütün hüquqlar qorunur.